YAŞAR CƏLİLOV. TRAVMATOLOQ. PROFESSOR, AZ.ETTOİ ELMİ BÖLMƏ RƏHBƏRİ, Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyasının Prezidenti.

YAŞAR R. CƏLİLOV, T.e.d, Az.ETTOİ-nin Elmi Bölmə Rəhbəri,
Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyasının Prezidenti.

Cəlilov Yaşar Rəftar oğlu 29.01.1955-ci ildə anadan olmuşdur. Tibb elmləri Doktoru, AR SN Elmi-Tətqiqat Travmatologiya və Ortopediya İnstitutunun Ortopediya Bölməsinin Elmi Rəhbəridir.
 1971-ci ildə Yaşar Cəlilov orta məktəbi Qızıl medalla, 1978-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakultəsini Fərqlənmə diplomu ilə bitirib.
1978-87-ci illərdə Dağlıq Qarabağ Vilayət xəstəxanasında Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir.
 1984-ci ildə Yaşar Cəlilov Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva şəhəri) aspiranturaya daxil olmuş və  1987-ci ildə «Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника» mövzusunda  Tibb elmləri namizədlik dissertasiyasını müdafiyə etmişdir.
1987-ci ildən AR SN ET Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işci, böyük elmi işci, və 2001-ci ildən BO və TF Elmi bölməsinin Rəhbəri vəzifəsində çalışır. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
 2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva şəhəri) «Комплексное консервативное и оперативное лечение сколиоза»  mövzusunda  Tibb Elmləri Doktoru dissertasiyasını müdafiyə etmişdir.
2004-cü ildə “Azərbaycan Travmatoloq və Ortopedlərinin Assosiasiyası”-nın (AzTOA) təsiscilərindən biridir. 2009 ildən AzTOA-nın Vitse Prezidenti, 2012–ci ildən isə onun Prezidentidir.
2019-cu ildən onlayn Yaşar Cəlilov nəşr olunan AzTOA-nın “AZƏRBAYCAN ORTOPEDİYASI-ORTHOPEDİCS OF AZERBAİJAN” elmi-praktiki jurnalın Baş redaktorudur.
2007-ci ildən nəşr edilən AR Səhiyyə nazirliyi ETTOİ-nin “Azərbaycan Ortopediya  və Travmatologiya jurnalı”-nın Redaksiya Heyyətinin üzvüdür
2010-cu ildən Beynəlxalq Cərrahi Ortopediya və Travmatologiya Cəmiyyətinin (Société Internationale de Chirurgie Orthopédique et de Traumatologie (SICOT) aktiv üzvüdür. 2011 ildən Avropa ölkələrinin EFORT federasiyasının üzvüdür.
Y.R.Cəlilov aktiv ortoped-cərrahdır. O onurğa skoliozu, hiperkifozu, bel osteoxondrozu, spondilolistez, fəqərə sınıqları, ətrafların travmaları və ortopedik xəstəlikləri olan minlərlə pasiyentlərə mürəkkəb və uğurlu cərrahi əməliyyatlar icra etmişdir və indidə bu fəaliyyətini davam edir. Onun Elmi-kliniki fəaliyyəti 140 məqalə və metodiki tövsiyyələrdə işıqlandırılmışdır. Elmi məqalələrinin 45-i xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir.
Y.R.Cəlilov SSRİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərələşdirici təklifinin müəllifidir.
Y.R.Cəlilovun Elmi və kliniki tətqiqatlarının əsas istiqamətləri:
– onurğanın degenerativ  xəstəliklərinin ortopedik və cərrahi müalicəsi;
– onurğa sütununun deformasiyalarının ortopedik və cərrahi müalicəsi;
– ətrafların müxtəlif etiologiyalı ortopedik-travmatik patologiyasına həsr edilmişdir.

PROFESSOR YAŞAR CƏLİLOVUN ƏSƏRLƏRİNDƏN:
 Оперативное лечение поясничного остеохондроза// Ортопедия, травматология и протезирование. М. Медицина, 1986, № 10;
Контрастная миелография в диагностике грыжевых выпячиваний межпозвонкового диска при остеохондрозе. // Вестник рентгенологии и радиологии, М., Медицина, 1987, № 6;
 – Onurğa sütununun bel hissəsi osteoxondrozunun cərrahi müalicə metodunun secilməsinin əsas prinsipləri. //Azərbaycan Tibb Jurnalı, Bakı 1990, № 2.;
 – Lumbal osteohkondrozun stabil ve unstabil formalarının cerrahi tedavi prensipleri //Acta Ortopedica et Travmatologica Turcica, vol. 28, № 3, 1994;
 – Комплексное  ортопедо-хирургическое лечение сколиотической болезни // Вестник травматологии и ортопедии им. Приорова. Научно-практической журнал. Москва, М. 2002., № 3;
 – Skolioz: diaqnostikası, klinikası və müalicəsi // Metodiki tövsiyyələr, Bakı, 2002;
– Skoliozun kompleks müalicəsi // Azərbaycan Tibb Jurnalı, Bakı, 2004, № 2;
 – Şeyerman-Mau xəstəliyinin diaqnostikası və müalicəsinin əsas prinsipləri // Azərbaycan Ortopediya və Travmatologiya Jurnalı, Bakı – 2008, № 1, с. 14-18.;
 – Оперативное лечение сколиоза конструкцией, создающей эффект поперечной «трансляции» позвонков// «Медицина Кыргызыстана», научно-практический журнал, №6 -2011 год. С. 13-16;
 – Хирургическое лечение сколиоза с применением дистракции и поперечной экстэнзии//Травматология жяни ортопедия, 2(20)/2011, Астана,Казахстан, с. 194;
 – Применение поперечно корригирующих («транслирующих») сил в оперативном лечении сколиоза // Вестник Травматологии и Ортопедии, Москва,2012,№3 c.14-19;
 – Некоторые аспекты патогенеза и лечения синдрома «поясничные боли» // Хирургия позвоночника, Новосибирск, 2015.Т 12. №3, с. 64-71;
 – MULTIETIOLOGICAL   SYNDROME   “LOW BACK   PAIN”.  SOME ASPECTS OF PATHOGENESIS AND  TREATMENT // The Journal of Turkish Spinal surgery,  October 2015, volume 26,number 4,p.295-302;
Skoliyozun cerrahi tedavisinde kesit yuzeyi düzeltme kuvvetlerinin uygulaması. 25 Ulusal Türk Ortopedi ve Travmatoloji Kongresi, 2015, Antalya, Türkiye;
– “Bel Ağrısı” sendromunun patogenezi ve tedavisindeki bazi bakış açıları. 25 Ulusal Türk Ortopedi ve Travmatoloji Kongresi, 2015, Antalya, Türkiye;
  –  Bel ağriları  sendromunun teshiş ve tedavisinin bazi yaklaşmaları. XII. Uluslararası Türk Omurğa Konqresi. 19-22 Nisan 2017, Antalya, Türkiye;
 – Onurğanın hiperkifozu. Diaqnostika və müalicənin əsasları. Azərbaycan Ortopediyası-Orthopedics of Azerbaijan-Ортопедия Азербайджана. Az.TOA-nın elmi-praktiki onlayn jurnalı (www.az-toa.com), 2020 № 3, s. 8-20.
– Лечение гиперкифозов:- когда корсет, когда операция? Traumatology and Orthopediks of Kazakhstan, 2021, No 58, p. 82-83. Nur-Sultan, Kazahstan.
– Polysegmentary lumbar stenosis in patients with diabetes mellitus.  Some aspects of surgical treatment. “Travmatologiya, Ortopediya va Reabilitasiya”, Taşkent, 2021, № 4s.105.
–   Diabet xəstələrində onurğa   stenozu.  Differensial  diaqnostikasi və müasir  müalicəsi. (Spinal stenosis in diabetic patients. Differential diagnosis and modern treatment.) Azərbaycan Ortopediya və Travmatologiya Jurnalı. 2022.  No-1, s. 9-15.

PROFESSOR YAŞAR CƏLİLOVLA ƏLAQƏ::
Əlaqə/Kontact: Az 1007,Azerbaijan, Baku, Abbas Sahhat str. 32,
Tel.: +994 50 213 43 46 mob.
Email: [email protected];  [email protected]
İŞ YERİ – Travmatologiya və ortopediya Elmi-Tədqiqat İnstitutu


FACEBOOK PROFİLE – TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR YAŞAR CƏLİLOV
FACEBOOK SƏHİFƏSİ – AZTOA (AZƏRBAYCAN TRAVMATOLOQ VƏ ORTOPEDLƏR ASSOSSİASİYASI

YOUTUBE VİDEO –  Professor Yaşar Celilov. Yashar Jalilov. Skoliozun müalice prinsipleri
YOUTUBE VİDEO – Professor. T.E.D. Yaşar Celilov. Yashar Jalilov. Skolioz cerrahiyyesinin esas prinsipleri
YOUTUBE VİDEO – YAŞAR CƏLİLOV. T.E.D. Travmatoloq-ortoped. Bel ağrılarının müalicəsi üsulları
YOUTUBE VİDEO – YAŞAR CƏLİLOV. T.E.D. Travmatoloq-ortoped. Bel ağrılarının diaqnostikası
YOUTUBE VİDEO – YAŞAR CƏLİLOV. T.E.D. Travmatoloq-ortoped. Bel ağrılarının səbəbləri
YOUTUBE VİDEO –  AZTOA 10-cu konqressi. Professor Yaşar Celilovun çıxışı. Onurğada stenoz
YOUTUBE VİDEO – OSTEOARTRİT XƏSTƏLİYİ. OSTEOPOROTİK ARTROPATİYALAR. ORTOPEDİK YANAŞMA. PROFESSOR YAŞAR CƏLİLOV
YOUTUBE VİDEO – OYNAQ XƏSTƏLƏRİNDƏ AĞRI. PROFESSOR, TRAVMATOLOQ-ORTOPED YAŞAR CƏLİLOV. YASHAR JALİLOV PROFESSOR
YOUTUBE VİDEO – ARTRİTLƏR VƏ OSTEOARTRİTLƏR. HANSI XƏSTƏLİKLƏR OYNAQLARDA İLTİHABA SƏBƏB OLUR? PROF.YAŞAR CƏLİLOV
YOUTUBE VİDEO – OSTEOARTROZLARIN TÖRƏNMƏ SƏBƏBLƏRİ. İDİOPATİK OSTEOARTROZLAR. PROFESSOR YAŞAR CƏLİLOV.
YOUTUBE VİDEO – YAŞAR CELİLOV TRAVMATOLOQ-ORTOPED, PROFESSOR. SƏBƏBİ MƏLUM OLMAYAN ARTROZLARIN MÜALİCƏSİ. SAGLAM TV
YOUTUBE VİDEO – OYNAQLARA VURULAN KOLLAGEN MƏHLULLU İYNƏLƏRİN, KÖK HÜCEYRƏLƏRİN ELMİ ƏSASI VARMI? PROF.YAŞAR CƏLİLOV



Facebook Comments