Ağız və Üz-Çənə cərrahiyyəsi

AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİ İXTİSASI
Ağız və üz-çənə cərrahiyyəsitibdə müstəqil bir istiqamət olaraq eyni zamanda stomatologiyanın bir sahəsi kimi qəbul olunur.
Bu ixtisas üz-çənə nahiyyəsində rast gəlinən xəstəlikləri, travmatik zədələnmələri, qüsurları, estetik və funksional pozuntuları, onların diaqnostikasını və müalicəsini öyrənir.
Patoloji proseslərin etiologiyasından, patogenezindən, morfologiyasından asılı olaraq burada müxtəlif bölmələr müəyyənləşdirilib.
Ağız və üz-çənə cərrahiyyəsi ixtisasında bölmələr

Iltihabi proseslər

Travmatik zədələnmələr

Şiş və şişəbənzər xəstəliklər

Anadangəlmə və qazanılmış, qüsur və deformasiyalar

Bu bölmələr daxilində müəyyən istiqamətlər formalaşıb.
Ağız və üz-çənə cərrahiyyəsində istiqamətlər

Diş-alveolyar cərrahiyyəsi

İrinli cərrahiyyəsi

Diş implantasiyası

Paradontoloji cərrahiyyə

Ağız xərcəngi

Ağız və üz-çənə travmatologiyası

Rekonstruksiya cərrahiyyəsi

(kəllə-üz cərrahiyyəsi daxil olmaqla)

Üzün kosmetik (estetik) cərrahiyyəsi

Gicgah-çənə oynağının cərrahiyyəsi

Uşaq üz-çənə cərrahiyyəsi

Ortoqnatik cərrahiyyə

Distraksion osteogenez

Kəllə-üz cərrahiyyəsi

Mövcud əməliyyatları həyata keçirmək üçün ənənəvi cərrahi üsullarla və diaqnostik müayinələrlə yanaşı, hazırda müasir texnologiyalardan istifadə olunur. Bunlar öz növbəsində yeni istiqamətlər müəyyən edib.

Müasir diaqnostika və müalicə metodları

Endoskopik və lazer cərrahiyyəsi

Kompüter biomodelləşməsi

Mikrocərrahiyyə

Naviqasiya ilə aparılan cərrahiyyə

Tibbin digər sahələri ilə əlaqəsi.

Bu nahiyədə rast gəlinən xəstəliklər, onların diaqnostikası və müalicəsi tibbin digər sahələri ilə sıx bağlı olduğundan burada çalışan həkimlər aşağıdakı ixtisaslara xüsusi diqqət yetirməlidirlər.

Professor Çingiz Rəhimov – ATU Ağız və Üz-Çənə cərrahiyyəsi kafedrasının müdiri
Nazim Quliyev -MOM Baş-boyun şişləri şöbəsinin müdiri, cərrah-onkoloq

İxtisasa yiyələnmə yolları.

Cərrahlıq ixtisasını seçən gələcəyin həkimləri özlərində bir sıra vacib xüsusiyyətləri formalaşdırmağa çalışmalıdırlar. Ən başlıcası, onlarda cərrahi əməliyyatı etmək istəyiolmalıdır. Bu cür maraq bəzi tələbələrdə əvvəlcədən olur, bəziləri buna yalnız ixtisasla tanış olandan sonra meyl edir, bəzilərində isə bu istək ümumiyyətlə heç vaxt yaranmır.
Cərrahi əməliyyata maraq tələbələri bu sənətin incəliklərini öyrənməyə sövq etməklə onların bilik səviyyəsini artırır və bu sahədə çalışdıqca onlar lazımi təcrübə toplayırlar. İstək, bilik və təcrübə vacib şərtlər sayılsa da, bununla belə bəzi cərrahlar digərləri ilə müqayisədə daha uğurlu əməliyyat etmək qabiliyyətinə malik olurlar ki, bu da, ilk növbədə, onların şəxsibacarığından asılıdır. Uğurlu cərrah barəsində bəzən belə deyilir ki, “o, Tanrının vergisidir”, “xalis möcüzədir” yaxud “onun əli yüngüldür» və s. Həqiqətən də, bəzən uzun illər bu sənətlə məşğul olan həkimlər özlərini cərrahiyyədə sübut edə bilmir, bu səbəbdən xəstələr, həmçinin öz həmkarları, kolleqaları arasında bir o qədər də tanınmır. Görünür, rəssamlarda, yaxud digər yaradıcı adamlarda olduğu kimi, bu peşədə də xüsusi istedad tələb olunur.
Peşəkar mütəxəssis kimi yetişmək üçün istəkli, bilikli, təcrübəli, bacarıqlı gənclərə həkimlikdə, xüsusən də cərrahiyyə sahəsində vacib keyfiyyət sayılan yüksək məsuliyyət hissinin olması da mütləq şərtdir. Yuxarıda rəssamları, digər yaradıcı adamları misal çəkdik. Qeyri-peşəkarlıq burda özünü fərqli şəkildə biruzə verir: bədii yaradıcılıqda bu – əsər itkisi, həkimlik peşəsində isə insan itkisi ilə nəticələnə bilər.

Cərrahlıq sahəsində ilk addımlar atan həkim hiss etməlidir ki, yanında savadlı müəllim, yaxud təcrübəli həmkarı var və istənilən anda kömək əlini uzadıb, onu çətin vəziyyətdən çıxarar. Məhz bu amil gənc həkimi bir çox hallarda əmələ gələ biləcək ağırlaşmalardan sığortalayır, onu cərrahiyyədə daha inamlı addımlar atmağa vadar edir.

Ali tibb təhsili müəsissələrində ağız və üz-çənə cərrahiyyəsi fənni Stomatoloji Fakültədə 3-cü kursdan etibarən tədris olunmağa başlanır. Bu fənni mənimsəmək üçün 1-ci və 2-ci kurslarda anatomiya, fiziologiya, biokimya elmləri və digər təməl fənlər üzrə dərslərdə əldə edilən biliklər tələb olunur. Ali məktəbdə bakalavr səviyyəsi üçün qarşıya qoyulan əsas məqsəd gələcək stomatoloqları ümumi praktiki fəaliyyətdə lazım olan ağız və üz-çənə cərrahiyyəsinə aid hərtərəfli biliklə təmin etməkdir.
Üz-çənə cərrahiyyəsi artıq bizim ölkəmizdə də, rəsmən (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2008 ci il tarixli 119 nömrəli əmri) müstəqil ixtisas kimi qəbul edilib. Hazırkı qanunvericiliyə görə, bu sahədə sərbəst fəaliyyətə icazə «həkim üz-çənə cərrahı” adını qazanandan sonra verilir. Azərbaycan Respublikasında həkim üz-çənə cərrahı adının alınması Nazirlər Kabinetinin müvafiq qərarı ilə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında 18 mart 2010-cu il tarixli 50 №-li Qərarı) müəyyənləşdirilib. Belə ki, ali tibb məktəbi Stomatologiya fakültəsinin məzunları 5 illik rezidentura Təhsil Proqramı keçməlidilər.
Rezidenturaya qəbul Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən təşkil olunan imtahanların nəticəsinə görə aparılır. Rezidentura təhsili dövlət sifarişi və ya ödənişli əsaslarla həyata keçirilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər rezidenturaya ödənişli əsaslarla qəbul olunurlar.

Digər ölkələrdə də ali tibb məktəbindən sonra ixtisas almaq üçün bakalaviaturanı bitirənlər rezidenturada və ya internaturada hazırlıq keçməlidilər. Əgər ağız cərrahiyyəsi ixtisasına stomatologiya və ya diş həkimliyi fakultəsini bitirən məzunlar buraxılırsa, üz-çənə cərrahı adı almaq üçün müxtəlif ölkələrin təhsil qanunvericiliyində fərqlər mövcuddur. Bəzi ölkələrdə bu ixtisasa yalnız müalicə işi və ya tibb fakültəsinin məzunları buraxılır. Son zamanlar isə bir çox ölkədə hər iki fakultəni – həm stomatologiyanı ( və ya diş həkimliyini), həm də müalicə işini (və ya tibb fakültəsini) bitirən məzunlar buraxılır, ancaq onların təhsil proqramalarının müddəti bir qədər fərqlənir.
Xaricdə Stomatologiya (diş həkimliyi) fakultəsini bitirənlər üçün üz-çənə cərrahı adının alınmasına sərf olunan təhsil müddəti

Təhsil müddətində qazanılan ad

Maksimum il

Minimum il

Mütləq tələb olunur

Stomatologiya(diş həkimliyi) üzrə bakalavr

5

5

+

Stomatologiyanın təməlinın öyrənilməsi

1

1

yox

Stomatologiyanın dərindən öyrənilməsi (endodontiya, ortopediya, ortodontiya və s.)

2

1

+

Tibb (müalicə işi) üzrə bakalavr

5

3

+

Həkim-interna

2

2

+

Həkim- cərrah

2

1

+

Həkim – üz-çənə cərrahı

2

5

+

Ümumi hazırlıq müddəti

22

18

Orta hesabla
20 il

Xaricdə müalicə işi və ya tibb fakultəsini bitirənlər üçün üz-çənə cərrahı adının alınmasına sərf olunan təhsil müddəti

Təhsil müddətində qazanılan ad

Maksimum il

Minimum il

Mütləq tələb olunur

Tibb (müalicə işi) üzrə bakalavr

5

5

Həkim-inertna

2

2

Həkim- cərrah

2

2

Stomatologiya(diş həkimliyi) üzrə bakalavr

5

3

Stomatologiya təməlinın öyrənilməsi

1

0

Stomatologiyanın dərindən öyrənilməsi (endodontiya, ortopediya, ortodontiya və s.)

2

0

6-12 səviyyə təcrubəsi olmalıdır

Həkim -üz-çənə cərrahı

5

5

Ümumi hazırlıq müddəti

22

17

Orta hesabla
20 il

Üz-çənə cərrahiyyəsinin inkişaf tarixi.

Həkimin hərtərəfli formalaşması öz ixtisasının inkişaf tarixini bilmədən mümkün deyil. Diş həkimliyindən fərqli olaraq, yarandığı dövrdən etibarən üz-çənə cərrahiyyəsi tibbi ixtisaslarının və tibb elminin tərkib hissəsi olub. Buna görə də, biz üz-çənə cərrahiyyəsinin yaranmasını və təkamül prosesini dünya təbabətinin inkişaf tarixi daxilində təqdim edirik.
Üz-çənə cərrahiyyəsinin tarixi

Dövrlər

Tarix

ŞƏRQ TƏBABƏTİ

e.ə. 4-cü minillik – e.ə. 5-ci əsr

YUNAN-ROMA TƏBABƏTİ

e.ə. 5-ci əsr – y.e. 2-ci əsrin ortaları

İSLAM (ƏRƏB)TƏBABƏTİ

y.e 7-ci əsri –erkən orta əsrlər

QƏRBİ AVROPA TƏBABƏTİ

erkən orta əsrlər

İNTİBAH DÖVRÜN TƏBABƏTİ

XIV-XVI əsrlər

MÜASİR TƏBABƏT

XVI əsrdən

YENİ TARİX

1884-cü ildən

ƏNYENİ TARİX

2005 –ci ildən

Şərq təbabəti

E.ə. 4-cü minillikdə Çində dişlərin çıxarılmasında lingformalı alətlərdən istifadə edilir. Həmin zamanlar tibet həkimləri artıq rinoplastika əməliyyatı etməyi bacarırdılar.

Tibb Universitetinində unikal cərrahi əməliyyat icra edildi

Azərbaycan Ağız və üz-çənə cərrahları cəmiyyətinin yaradılması

ATU-nun Tədris Cərrahiyyə Klinikasında unikal cərrahi əməliyyat icra edildi

Prof.Chingiz Rəhimov – İmplantoloqların VII Beynəlxalq Xəzər Konfransı (27-29 oktyabr)

Tüpürcək vəzi törəmələri

PhD Dr. Fərman Həsənov – Ağız üz çənə cərrahı

Həsən Əsədov. Hasan Asadov. Üz-çənə əməliyyatları.

Professor Çingiz Rəhimov – Yoldaş Rövşanənin verlişində
Doktor. Nazim Quliyev. Qırtlaq xərçəngi və səs protezləri ilə xəstələrdə səsin bərpası.

Facebook Comments