NAZIM ƏZİZ OĞLU QULİYEV ONKOLOQ, BAŞ-BOYUN CƏRRAHI

Nazim Əziz oğlu Quliyev. Cərrah-onkoloq, tibb elmləri namizədi
Azərbaycan Milli Onkologiya Mərkəzinin Baş-boyun şişləri şöbəsinin müdiri, cərrah-onkoloq, tibb elmləri namizədi Nazim Əziz oğlu Quliyev 13 Avqust 1969-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində doğulub. Orta məktəbi Bakıda bitirdikdən sonra 1986-cı ildə Moskva Tibb-stomatoloji Universitetinə daxil olub.
1992-ci ildən bu günə qədər Azərbaycan Milli Onkologiya Mərkəzində (MOM) baş-boyun cərrhaı işləyir. Nazim Quliyev əvvəllər klinikanın Ümumi Onkologiya şöbəsində çalışıb. 2010-cu ildən isə MOM Baş-boyun şişləri şöbəsinin müdiridir. 1997-1998-ci illərdə dissertasiya işini müdafiyə edib. Elmi işinin adı “Qırtlağın xərçənginin epidemiologiyası” olan Nazim Quliyev dissertasiyanı müdafiyə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1997-1998-ci illərdə Moskvada Bloxin adına Elmi Tədqiqat Mərkəzində çalışıb. 2012-2013-cü illərdə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universitetində Qulaq-burun-boğaz şöbəsində çalışıb.
Daha sonra Türkiyədə, Rusiya Federasiyasında digər təkmilləşdirmə kurslarında və elmi-praktik konfranslarda, onkoloji konqresslərdə iştirak etmişdir. Naizm Quliyev 2017-ci ildə İyun ayında Rusiyanın Sankt-Peterburq şəhərində “Belıye nöçi” Onkoloqlarının qurultayinda iştirak etmişdir.

2018-ci ildə Soçi şəhərində MDB və Avroasiya ölkələri onkoloqlarının 10-cu qurultayinda iştirak edərək öz təcrübəsini həmkarları ilə bölüşməkçün məruzə ilə çıxış etmişdir.
Nazim Quliyev hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir. Dissertasiyanın mövzusu “Qalxanvari vəzinin xərçənginin müasir kliniki-bioloji və genetik aspektləri”-dir. Baş-boyun şişləri şöbəsinin əsas fəaliyyət istiqaməti qırtlağın xərçəngi, qalxanvari vəzin xərçəngi, ağız boşluğunun xərçəngi, dilin xərçəngi, üst və alt dodağın xərçəngləri, tüpürcək vəzilərinin şişləridir. Şöbənin mütəxəssisləri həmçinin üzdə, başda olan dərinin şişlərinin müalicəsi, burun boşluğu şişləri, yuvenil, cavanlıq angiofibromalarının müalicəsi ilə də məşğuldur. Şöbədə açıq-endoskopik və qapalı əməliyyatlar aparılır. Bundan başqa şöbədə boyun limfa düyünlərinin limfa diseksiyası aparılır. Baş-boyun nahiyəsində patologiyaların cərrahi müalicəsindən sonra yaranan deformasiyaların plastik əməliyyatları aparılır. Şişlərin götürülməsi üçün aparılan böyük əməliyyatlardan sonra yaranan eybəcərliklərin düzəldilməsi məqsədilə rekonstruktiv-plastik əməliyyatlar icra olunur. Qida borusunda kombinə olunmuş əməliyyatları aparılır. Şişin götürülməsilə eyni zamanda qida borusu, qırtlaq çıxarılır. Daha sonra rekonstruksiya aparılır.
Şöbədə habeelə qrtlağın çıxarılmış xəstələrdə səsis bərpa etmək üçün xəstələrə səs protezi qoyulur. Azərbaycanda və xaricdə dərc olunmuş 50-yə yaxın elmi məqalələrin müəllifidir.

Doktor Nazim Quliyev internet məkanında əhalinin tibbi maarifləndirilməsində də aktiv iştirak edən mütəxəssislərdən biridir. Xüsusilə Qirtlaq xərçəngi, onkoloji xəstəliklərin cərrahi müalicəsi ilə bağlı çıxışları yayımlanmaqdadır.
Ailəlidir. 2 qızı, 1 oğlu var.

MİLLİ ONKOLOGİYA MƏRKƏZİ
DOKTOR NAZİM QULİYEVLƏ
 Əlaqə tel: (+994) 050-213-19-79

DOKTOR NAZİM QULİYEVİN ŞƏXSİ FACEBOOK PROFİLİ


YOUTUBE VİDEO – Doktor. Nazim Quliyev. Qırtlaq xərçəngi və səs protezləri ilə xəstələrdə səsin bərpası.
YOUTUBE VİDEO – Milli Onkologiya Mərkəzi cərrah onkoloq Nazim Quliyev (07.11.2019)
YOUTUBE VİDEO – Milli Onkologiya Mərkəzindən cərrah onkoloq Nazim Quliyev (08.01.2020)
YOUTUBE VİDEO – ” Esitmeyen Qalmasin” verilişinin qonağı Onkoloq- Nazim Quliyev



WIKIMED.AZ-da – CƏMİL ƏLİYEV AKADEMİK. MİLLİ ONKOLOGİYA MƏRKƏZİNİN BAŞ DİREKTORU
WIKIMED.AZ-da – ƏHLİMAN ƏMİRASLANOV AKADEMİK. ATU ONKOLOJİ KLİNİKASI
WIKIMED.AZ-da – İSA İSAYEV PROFESSOR, TİBB ELMLƏRİ DOKTORU, MOM
WIKIMED.AZ-da – NİYAZİ ƏSGƏROV CƏRRAH-ONKOLOQ, ƏMƏKDAR HƏKİM. MİLLİ ONKOLOGİYA MƏRKƏZİ
WIKIMED.AZ-da – ƏBULFƏZ SOLTANOV. TORAKAL CƏRRAH. DÖŞ QƏFƏSİ CƏRRAHİYYƏSİ
WIKIMED.AZ-da – NAZIM ƏZİZ OĞLU QULİYEV ONKOLOQ, BAŞ-BOYUN CƏRRAHI
WIKIMED.AZ-da –
WIKIMED.AZ-da –RAMIN MƏLİKOV UŞAQ CƏRRAHI, UŞAQ ONKOLOQU
WIKIMED.AZ-da – CAVİD QƏRİBOV ONKOLOQ-MAMOLOQ
WIKIMED.AZ-da – ELDAR QULİYEV İNVAZİV RADİOLOQ
WIKIMED.AZ-da – EMİL MUXTAROV UROLOQ-ANDROLOQ, ONKOLOQ
WIKIMED.AZ-da – GÜNAY ƏHMƏDOVA. ONKOLOQ-MAMMOLOQ, T.Ü.F.D.

Facebook Comments