Dodaq və damaq yarıqları dodaq, damaq və alveol kimi strukturların birləşməməsindən yaranan anadangəlmə anomaliyadır. Dodaq və damaq yarıqları əksər mənbələrə görə 1.000 doğumdan bir, damaq yarıqları isə 2.500 doğumdan bir olaraq qeydə alınır. Bu anomaliyalar dünyanın hər yerində çox sıx rast gəlinən, həm uşaq, həm də ailə üçün ağır bir travma olmaqla uşaqda psixi və fiziki inkişaf problemlərinə gətirib çıxaran bir vəziyyətdir.
Mənbə: 5-ci Beynəlxalq Dodaq və damaq yarığı konfransı
5-Th Conference of Lip Cleft and Palate
Bakıda V beynəlxalq dodaq və damaq yarığı konfransı
Ağız və Üz-Çənə cərrahiyyəsi
Vagif Galandar. Vaqif Qələndər. Plastik-rekonstruktiv əməliyyatlar.
Həsən Əsədov. Hasan Asadov. Üz-çənə əməliyyatları.
Dr.Dilqem Meherremov. En çox soruşulan Estetik-plastik emeliyyatlar. Teleklinika verilişi
Vaqif Qələndər
Çingiz Rəhimov
Bu patologoyalari aradan qaldırmaq məsələsi üz-çənə cərrahiyyəsinin ən aktual problemləri sirasına aiddir. Bir çox ölkələrdə məsələnin aktuallığını nəzərə alaraq dodaq və damaq yarıqları dərnəkləri yaradılıb və bu istiqamətdə ciddi elmi araşdirmalar aparılır.
Döl ana bətnində olduğu zaman üst dodaqların bitişməməsi nəticəsində dodaq yarığı, ağız içində də bitişmə olmazsa damaq yarığı əmələ gəlir. Bir başqa araşdırmalarda isə təxmini hər 750 uşağın birində rast gəlindiyi bildirilir.
Dodaq-damaq yarıqlarının əmələ gəlmə səbəbləri nədir?
Müxtəlif səbəblərdən yarana bilər. Bu səbəblərə aiddir:
Genetik faktorlar
Hamiləlik vaxtı keçirilən infeksiyalar (toksoplazma, rubella)
Vitamin əksikliyi
Hamilə vaxtı siqaret və alkolqoldan istifadə etmək
Əvvəlki hamiləlikdə dodaq-damaq yarığı ilə uşaq doğulubsa növbəti hamiləlikdə bu anomaliyanın rast gəlmə ehtimalı nə qədər yüksəkdir?
Sağlam ana və atanın ilk uşaqlarında dodaq-damaq yarığı olubsa növbəti hamiləlikdə rast gəlmə mümkünlüyü 4% -dir. Əgər ana və ya atada dodaq-damaq yarığı varsa və ilk uşaqları da bu anomaliya ilə doğulubsa onda 2-ci uşaqda rastgəlmə mümkünlüyü 16% olur.
Hamiləlik vaxtı döldə bu anomaliyanın olub-olmadığını necə bilmək olar?
Ultrasəs müayinəsi ilə dodaq-damaq yarıqlarının 25%-i ni təyin etmək olur.
Dodaq-damaq yarığı olan uşaqlarda hansı şikayətlər görülə bilər?
Həyatının ilk dövrlərində belə uşaqlarda qidalanma problemləri, sonrakı illərdə isə orta qulaq iltihabı, eşitmə və nitq problemləri yarana bilər.
Bakıda V beynəlxalq dodaq və damaq yarığı konfransı
5-Th İnternational Conference of Lip Cleft and Palate
Video çarx – 5-ci Beynəlxalq Dodaq-damaq yarığı konfransı
Dodaq-damaq yarığı olan uşaqlar necə qidalanmalıdırlar?
Dodaq-damaq yarığı olan uşaqlar normal uşaqlar kimi rahat qidalana bilmirlər. Belə uşaqlara xüsusi qidalanma plakı təyin edilir. Bu plaklar yarığı bağlıyır ki, bu da alınan qidanın burun boşluğuna keçməsinin qarşısını alır. Qidalanma zamanı yenidoğulmuş 45 dərəcə bucaq altında tutulmalıdır, əmziyin ucundakı dəlik böyüdülməlidir. Digər uşaqlara nisbətən belə uşaqlar qidalanma zamanı daha çox hava udur ona görə də mütləq hər qidalanmadan sonra dik tutularaq udulmuş qaz çıxarılmalıdır.
Belə uşaqlarda hansı nitq pozulmaları əmələ gəlir?
Dodaq-damak yarığı olan uşaqlarda yumşaq damağın əzələləri qısa olduğu və düzgün yerləşmədiyi üçün uşaqlar bəzi səsləri düzgün tələffüz edə bilmir. Sonrakı illərdə belə uşaqlarda diş inkişafı da pozulur. Dişlərin düzgün çıxması danışıqda böyük rolu var. Beləliklə həm danışıq əzələlərinin, həm də dişlərin düzgün çıxmaması bu uşaqlarda nitq problemlərinin əmələ gəlməsinə səbəb olur. Bu hal belə uşaqların sosial və psixoloji inkişafına mənfi təsir göstərir. Vaxtında əməliyyat olunan və əməliyyat sonrası loqopedlə məşğələ keçmiş uşaqlarda gələcəkdə danışıqla bağlı problem olmur.
Dodaq-damaq yarığı olan uşaqlar nə vaxt əməliyyat olunmalıdırlar?
Dodaq yarığı olan uşaqlar həyatlarının ilk 3 ay sonrası, damaq yarığı olanlar isə uşağın çəkisi və qan təhlilinin göstəricilərindən asılı olaraq 8-18 aylarda əməliyyat olunurlar.
Əməliyyatdan sonrakı qulluq necə olmalıdır?
Dodaq yarığı əməliyyatı keçirmiş xəstə sonra 1 gün xəstəxanada qalır. Qidalanma qaşıqla, oturaq vəziyyətdə olmalıdır. 1 həftə sonra tikişlər sökülür.
Damaq yarığı əməliyyatı sonrası isə ağız içinə sızma şəklində qanama olur və dil şişir, bu hallar boğulmaya səbəb ola bildiyi üçün daha diqqətli qulluq olunmalıdır. İlk 48-72 saat ərzində alınan qidaların tərkibində xırda hissəciklər olmamalıdır, püre şəklində olmalıdır. Qidalanma qaşıqla olmalıdır. Yalançı əmzik verilməməlidir. Əməliyyatından sonrakı 1 ay ərzində uşağın əlini ağzına aparmamasına diqqət göstərmək lazımdır.
VİDEOO – 5-Th İnternational Conference of Lip Cleft and Palate.
Facebook Comments