Hepatit C

Hepatit C eyni adla xatırlanan (Hepatit C virusu) virusla bağlı inkişaf edən xəstəlikdir. Xəstəlik uzun müddətə qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Virus 1989-cu ildə kəşf edilmişdir. Bilinmədiyi dövrlərdə, hadisələr hepatit A və hepatit B xəstəliklərinə bənzədiyindən bu xəstəlik non A- non B hepatiti (A və B ye bağlı olmayan) adı ilə xatırlanmaqda idi.

Hepatit C infeksion xəstəlikdir.

Hepatit C infeksion xəstəlikdir  Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının – hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması – qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasientlərin proporsiyası anti–virus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Erkən tibbi müdaxilə faydalıdır, HCV infeksiyası ilə adamlar tez-tez mülayim simptomları yaşayır və buna görə də müalicə haqqında fikirləşmir. Ehtimal olunur ki, dünyada 150-200 milyon adam C Hepatiti ilə yoluxmuşdur.
Hepatit C virusu altı tanınmış hepatit viruslarındandan biridir: A, B, C, D, E, G.

1970-ci illərin ortalarında Səhiyyə İnstitutunun İnfeksion Xəstəliklər Bölməsinin Rəhbəri Harvi J. Alter və onun tədqiqat komandası nümayiş etdi ki, əksər hepatit xəstələrində xəstəlik törədiciləri hepatit A və B deyil. Bu kəşfə, beynəlxalq elmi-tədqiqat işi virusu tanımaq üçün, qeyri A,B hepatiti adlandırdı (NANBH).

2000-ci ildə, həkimlər Alter və Houghton virusun kəşfinə görə “qabaqcıl iş üçün” Klinik Tibbi Tədqiqat Lasker Mükafatı ilə təltif olundu – hansı ki o C hepatitini növlərə ayırmağın metodlarını və virusu aşkara çıxartmışdır. Eyni zamanda ABŞ-da qan köçürmədə virusun yayılmasının 30% qarşısının almışdır.

Qaraciyər sirrozu və qaraciyər xərçəngi hepatit C virusunun təsirindən yarana bilir. Birinci faza 6 ay müddətinə çəkir. 60 – 70% xəstələrdə heç bir simptom müşahidə olunmur. Bəzi hallarda pasiyentlərdə kəskin hepatitə da rast gəlinir. Kəskin hepatit C infeksiyasının simptomlarına iştahanın azalması, yorğunluq, qarın boşluğunda ağrılar, sarılıq və qripə bənzər simptomlar aiddir. Hepatit C virusu adətən ilk 1-3 həftə ərzində qanda tapılır.Anticisimlər qanda 3-12 həftə ərzində tapılır. 15-40% şəxslərdə kəskin fazada qaraciyərin yüksək fəallığı nəti-cəsində bu virusun spontan təmizlənməsi baş verir. 60-85% Hepatit ilə yoluxmuş pasientlər C xroniki hepatitini inkişaf etdirir və infeksiya 6 aydan çox davam edir. Əvvəlki praktikada əgər xəstə öz-özünə təmizlənərdisə müalicə etmək məsləhət görülmürdü. Son tədqiqatlar göstərirki, genotipin kəskin fazasında müalicəyə sərf olunan vaxt 90% hallarda xroniki xəstəlik fazasında sərf olunan vaxtdan 2 dəfə azdır və bu zaman virusun böyük əksəriyyətinin təmizləmək mümkündür. C xroniki hepatiti altı aydan çox davam edən hepatit C virusu infeksiyası kimi müəyyən edilir. Bu əksər halda simptomsuzdur və bu əsasən təsadüfən aşkar edilir.

Xəstəliyin klinikası hər insanda müxtəlif cür olur. Ümumi simptomlara isə yorğunluğu, çəkinin azalmasını, qripə bənzər simptomları, əzələ ağrısını, oynaq ağrı- sını, dayanıqsız aşağı hərarəti, qaşınmanı, həyəcanlanmanı, qarın ağrısını xüsusilə yuxarı sektorda, iştaha dəyişikliklərini, ürək bulanmasını, diareya, mədə pozğunluğu, idrak dəyişiklikləri, depressiya, başağrıları və əhval-ruhiyyənin pozulmasını misal göstərmk olar.

Hepatit virusları xırda (50 nm ölçüdə), RNT tərkibli viruslara aiddir. Bu Flaviviridae ailəsindən hepacivirus növünün tək üzvüdür. Hepatit C virusunun altı əsas genotipi var – hansı ki rəqəmlə (məsələn, genotip 1, genotip 2 və s.) göstərilir.

Nuru Bayramov. Professor.
Aqil Niftəli Ağakişiyev.
Fərrux Nağıyev
Hepatologiya. Hepatoloqlar
Sədrəddin Atakişizadə
Hepatit C
Sirroz.
Qaraciyər sirrozu barədə hər şey

Həmçinin bax:

Hepatit C dərmanları
Hepatitləri, Virus hepatitlərini, Hepatit C-ni, qaraciyər serrozunu, qaraciyər piylənməsini müalicə edən həkimlər:
Virus Hepatitləri, Hepatit C-nin müalicəsi, Hepatit C, Qaraciyət köçürülməsi, Qaraciyər transplantasiyası, Qaraciyər serrozu, Qaraciyər serrozu barədə videolar:
Virus Hepatitləri, Hepatit C-nin müalicəsi, Hepatit C, Qaraciyət köçürülməsi, Qaraciyər transplantasiyası, Qaraciyər serrozu,
Qaraciyər xərçəngi, qaraciyər piylənməsinin müalicəsi ilə məşğul olan həkimlər

 

Facebook Comments