RƏŞAD ŞOLAN CƏRRAH-UROLOQ,, TRANSPLANTOLOQ, TİBB ELMLƏRİ DOKTORU

Cərrah-uroloq, transplantoloq, Rəşad Fərhad oğlu Şolan (Məmmədov Rəşad Fərhad oğlu27 iyun 1980İmişli rayonu) — cərrah-uroloq, transplantoloq, Amerika Uroloqlar Assosiasiyasının və Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü, “Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası”nın İdarə Heyətinin sədri,[1] Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi (2019–2021), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti, Respublika Diaqnostika Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri (2017–2023), AMEA A. Qarayev adına Fiziologiya İnstitutunun “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyasının müdiri, Dövlət Təhlükəsizliyi Xidməti, Hərbi-Tibb Baş İdarəsi, Elmi Təcrübə Mərkəzinin rəsi, eyni zamanda DTX HTBİ Hərbi Hospitalının “Böyrək Xəstəlikləri və Orqan Transplantasiyası” şöbəsinin rəhbəri, tibb elmləri doktoru

DOKTOR RƏŞAD ŞOLANIN TƏHSİLİ:
Rəşad Şolan 27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır.
1987-1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış,
1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur.
1997-ci ildə Rəşad Şolan təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
2000-ci ildə “Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi” mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur.
2002-ci ildə Rışad Şolan ATU birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. 2003-cü ildə “İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə” mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür.
2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin “Urologiya” kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur.
2003-2009-cu illərdə Rəşad Şolan Ege Universitetinin “Urologiya” kafedrasının assistenti olmuşdur.
Bu illərdə uroloji cərrahiyyənin bütün istiqamətləri – uroonkologiya, endourologiya, andrologiya, funksional urologiya, laparoskopik urologiya üzrə təkmilləşmişdir.
Elə həmin illərdə onun kafedranın əməkdaşları ilə həmmüəllifi olduğu bir sıra elmi məqalələri Türkiyə, ABŞ, Braziliya, Yaponiya və digər ölkələrdə çap edilmişdir.

DOKTOR ŞƏŞAD ŞOLANIN TƏHSİLİ VƏ ƏMƏK FƏALİYYƏTİ:
Rəşad Şolan 27 iyun 1980-ci ildə Azərbaycan SSR-in İmişli şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. 1987–1993-cü illərdə Bakı şəhəri 264 saylı orta məktəbdə təhsil almış, 1993-cü ildə isə müsabiqə yolu ilə akademik Azad Mirzəcanzadənin fəxri rəhbərliyi altında Həbibbəy Mahmudbəyov adına Texniki-Humanitar Litseyə qəbul olunmuşdur. 1997-ci ildə təhsilini başa çatdırmış, elə həmin ildə Azərbaycan Tibb Universitetinin birinci müalicə-profilaktika fakültəsinə daxil olmuşdur.
2000-ci ildə “Xroniki pielonefrit və qlomerulonefrit xəstələrində sidiyin mikroflorasının öyrənilməsi” mövzusunda ilk elmi-araşdırma işini aparmış və müəllifi olduğu elmi iş Tələbə Elmi Cəmiyyətinin (TEC) konqres materiallarında çap olunmuşdur. 2002-ci ildə birinci müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri seçilmişdir. 2003-cü ildə “İvanisseviçin əməliyyatı zamanı mini-çıxışdan istifadə” mövzusunda tələbə elmi işi ilin ən yaxşı tələbə işi nominasiyasına layiq görülmüşdür.
2003-cü ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Türkiyə Cümhuriyyətinin Ege Universitetinin “Urologiya” kafedrasında urologiya üzrə rezidenturaya qəbul olunmuşdur. 2003–2009-cu illərdə Ege Universitetinin “Urologiya” kafedrasının assistenti olmuşdur. Bu illərdə uroloji cərrahiyyənin bütün istiqamətləri — uroonkologiya, endourologiya, andrologiya, funksional urologiya, laparoskopik urologiya üzrə təkmilləşmişdir. Elə həmin illərdə onun kafedranın əməkdaşları ilə həmmüəllifi olduğu bir sıra elmi məqalələri Türkiyə, ABŞ, BraziliyaYaponiya və digər ölkələrdə çap edilmişdir.

Rəşad Şolan Ege Universitetindəki fəaliyyəti dövründə 802 əməliyyat həyata keçirmişdir. 2008–2009-cu illərdə tibb fakültəsi yanında Ege Universitetinin əcnəbi həkim və tələbələrinin nümayəndəliyinə rəhbərlik etmişdir. 2009-cu ildə “Testesteronun çanaq dibi əzələlərinə təsiri və təcrübədə stress tip sidik qaçırma zamanı urodinamik göstəricilər” mövzusunda dissertasiyanı müdafiə etmiş, daha sonra bu müdafiə işi Türkiyə Kontinensiya Cəmiyyətinin mükafatına layiq görülmüşdür.[2] Rəşad Şolan 2009-cu ildə Türkiyədə təhsilini həkim-uroloq ixtisası üzrə başa vuraraq Azərbaycanca dönmüşdür. Azərbaycanda laparoskopik urologiyanın tətbiqinin əsasını qoyanlardan biri olmuşdur.[3] Mərkəzi Neftçilər Xəstəxanasında həkim-uroloq kimi işə başlamış, 2010-cu ildən etibarən isə xəstəxananın uroloji təcrübəsinə uroonkoloji, rekonstruktiv, androloji əməliyyatlar daxil etməyə nail olmuşdur. 2010-cu ildə Azərbaycanda “Gənc Uroloqların Beynəlxalq Assosiasiyası”nın (International Young Urologists Association) rəsmi nümayəndəsi olmuşdur.

2011-ci ildə Azərbaycanda ilk dəfə böyrəyin laparoskopik-uroloji yolla xaric edilməsi əməliyyatını aparmışdır.
2011-ci ildə Cənubi Koreyanın Yonsei Universitetində robotik uroloji cərrahiyyə və böyrək transplantasiyası üzrə uzunmüddətli təcrübə keçmişdir.
2012-ci ildə Endouroloqların 30-cu Beynəlxalq Konqresində Azərbaycanın laparoskopik urologiya üzrə ilk seriyasını təqdim etmişdir. Həmin ildə Fransada (Strasburq Universiteti – IRCAD) eksperimental laparoskopik cərrahiyyənin tətbiqi kurslarını uğurla bitirmişdir. Eləcə də, Ege Universitetində tamamladığı dissertasiya işi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya edilərək “tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır. Daha sonra 2014-cü ildə Türkiyə Cümhuriyyətində mikrocərrahiyyə kurslarını uğurla başa vurmuşdur. 2014-cü ildə paralel şəkildə Respublika Diaqnostika Mərkəzində də uroloji fəaliyyət göstərmiş və həmin xəstəxananın rəsmi konsultantı olmuşdur.
2015-ci ildə Amerika Uroloqlar Assosiasiyasının (American Urological Association) araşdırmaçı üzvü olmuşdur.
2017-ci ildə Respublika Diaqnostika Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin əsasını qoyub və şöbənin rəhbəri olmuş, həmin dövrdən həm dövlət xətti ilə, həm də ödənişli əsaslarla böyrəkköçürmə əməliyyatlarının icrasına başlamışdır.[4] 2018-ci ildə Asiyanın ən böyük böyrək transplantasiyası mərkəzi olan Yonsei Universitetində böyrək köçürülməsi üzrə təkmilləşmə proqramını keçmişdir. 2019-cu ildə onun rəhbərliyi ilə “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsi beynəlxalq keyfiyyət sertifikatı olan ABŞ-nin JCI sertifikatını almışdır. 2019–2020-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının “Urologiya” şöbəsinə rəhbərlik etmişdir. 2019-cu ildə onun təklifi ilə “Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası” yaradılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. O, bu təşkilatın İdarə Heyətinin sədri seçilmişdir. 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin böyrək transplantasiyası üzrə baş mütəxəssisi təyin olunmuşdur. 2021-ci ildən etibarən Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-ekspertidir. 2018-ci ildə A. Qarayev adına Fiziologiya İnstitutunda “İmmunofiziologiya və eksperimental transplantologiya” laboratoriyası yaradılmış və Azərbaycan Milli Elmlər Akademiyasının prezidiumununun qərarı ilə Rəşad Şolan bu laboratoriyanın müdiri təyin edilmişdir.

2023-cü ilin fevral ayından etibarən Respublika Diaqnostika Mərkəzindən öz istəyi ilə ayrılmış, elə həmin vaxtdan Dövlət Təhlükəsizliyi Xidmətinin, Hərbi-Tibb Baş İdarəsinin Hərbi Hospitalında onun təşəbbüsü ilə “Böyrək Xəstəlikləri və Orqan Transplantasiyası” şöbəsi yaradılmış və qısa zamanda t.e.d. Rəşad Şolan tərəfindən bu tibb ocağında böyrək transplantasiyası əməliyyatlarına start verilmişdir. Eyni zamanda Rəşad Şolan tərəfindən hospitalın təcrübəsinə texniki cəhətdən mürəkkəb, rekonstruktiv, uroonkoloji, pediatrik uroloji əməliyyatlar daxil etmişdir.

20 oktyabr 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsində yeni yaradılmış Elmi-Təcrübə Mərkəzinə rəis təyin edilmişdir.

Rəşad Şolan 100-dan artıq elmi işin müəllifidir. Azərbaycanda və regionda interstisial sistitin diaqnostikası, patogenezi və patofiziologiyası ilə bağlı doktorluq dissertasiyası müdafiə edən ilk mütəxəssisdir. Onun interstisial sistit barədə eksperimental modelləri ESSIC 2019 və SUFU 2020 kimi nüfuzlu konqreslərdə qəbul olunmuşdur.

Rəşad Şolan 1 aprel 2022-ci il tarixində “İnterstisial sistitin/ağrılı sidik kisəsi sindromunun modelləşdirilməsi, etiopatogenezində multifaktorial amillərin araşdırılması və diaqnstik biomarkerlərin rolunun öyrənilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 oktyabr 2022-ci il tarixli qərarı ilə Rəşad Şolana “tibb elmləri doktoru” (iki ixtisas üzrə: urologiya və patoloji fiziologiya) elmi dərəcəsi verilmişdir.

Rəşad Şolana 31 yanvar 2023-cü ildə Namanqan Dövlət Universitetinin (Özbəkistan Respublikası) Böyük Elmi Şurasının 6 saylı qərarı ilə “Fəxri Professor” elmi adı verilmişdir.

Eyni ildə Rəşad Şolana digər universitetin — Mərkəzi Asiya Tibb Universitetinin (Özbəkistan Respublikası) Böyük Elmi Şurasının 8 iyun 2023-cü il tarixli, 8 saylı qərarı ilə “Fəxri Professor” elmi adı verilmişdir

RƏŞAD ŞOLANIN MÜKAFATLARI:
2016-cı ildə səhiyyə sahəsində məhsuldar fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif olunub.
2018-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Fəxri fərman”la təltif olunub.
2019-cu ildə Mənəvi Dəyərlərin Təbliği Fondunun mükafatına layiq görülüb.

DR.RƏŞAD ŞOLANIN TƏMSİL OLUNDUĞU TİBBİ ASSOSİASİYALAR:
Amerika Uroloqlar Assosiasiyasının
Avropa Uroloqlar Assosiasiyasının araşdırmaçı üzvü,
“Böyrək Transplantasiyası üzrə Mütəxəssislər Assosiasiyası”nın İdarə Heyətinin sədri

DOKTOR RƏŞAD ŞOLANIN İŞ YERİ:
CƏRRAH-UROLOQ TRANSPLANTOLOQ, T.E.D. RƏŞAD ŞOLAN
DÖVLƏT TƏHLÜKƏSİZLİK XİDMƏTİ TİBB İDARƏSİNDƏ (HOSPİTAL) ÇALIŞIR
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi Elmi-Təcrübə Mərkəzinin rəisi
ƏLAQƏ TELEFONU:
050-327-08-14


VİKİPEDİA -AZAD ENSİKLOPEDİYA SƏHİFƏSİ – TİBB ELMLƏRİ DOKTORU RƏŞAD ŞOLAN
WİKİPEDİA PAGE RUSSIAN VERSION – Шолан, Рашад Фархад оглы
ŞƏXSİ VEB İNTERNET SAYTI – RASHADSHOLAN.COM
FACEBOOK PROFİLE – RƏŞAD ŞOLAN
İNSTAGRAM PAGE – RƏŞAD ŞOLAN UROLOQ, TRANSPLANTOLOQ, T.E.D
YOUTUBE CHANNEL – DOCTOR RASHAD SHOLAN. DR. RƏŞAD SHOLAN CƏRRAH-UROLOQ,
XƏBƏR LENTİ – Azərbaycanda unikal əməliyyat – hemodializ xəstəsinə böyrək köçürüldü. DR. RƏŞAD ŞOLAN CƏRRAH-UROLOQ TRANSPLANTOLOQ
XƏBƏR LENTİ – TEXNİKİ CƏHƏTDƏN ÇOX MÜRƏKKƏB OLAN BÖYRƏK KÖÇÜRÜLMƏ ƏMƏLİYYATI HƏYATA KEÇİRİLİB. DOKTOR RƏŞAD ŞOLAN
XƏBƏR LENTİ – Azərbaycanda ilk dəfə böyüklərdə tək port laparoskopik cərrahiyyə də cərrah-uroloq Rəşad Şolan tərəfindən həyata keçirilib…..
XƏBƏR LENTİ – RMDM-də böyrək transplantasiyası uğurla həyata keçirilib. CƏRRAH-UROLOQ RƏŞAD ŞOLAN
XƏBƏR LENTİ – “İyileşen hastalarım beni hayata daha sıkı bağlıyor – DR. REŞAD ŞOLAN
XƏBƏR LENTİ – NAZİRDƏN YENİ TƏYİNAT: Rəşad Şolan Səhiyyə nazirinin əmri ilə Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə Baş mütəxəssisi təyin olunub. 04 NOYABR 2019
XƏBƏR LENTİ – 2 AYLIQ KÖRPƏ ÜZƏRİNDƏ ÇOX MÜRƏKKƏB ƏMƏLİYYAT. DR. RƏŞAD ŞOLAN
XƏBƏR LENTİ – KÖRPƏ ÜŞADLI QADINA BÖYRƏK KÖÇÜRÜLÜB…..
XƏBƏR LENTİ – BAKIDA BACI ÖZ BÖYRƏYİNİ KİÇİK QARDAŞINA BAĞIŞLADI…
XƏBƏR LENTİ – AZƏRBAYCANDA BALDIZ BÖYRƏYİNİ GƏLİNƏ BAĞIŞLADI…
XƏBƏR LENTİ – Azərbaycanda qadın böyrəyini qardaşının həyat yoldaşına bağışlayıb. BÖYRƏK KÖŞÜRMƏ ƏMƏLİYYATINI DR. RƏAD ŞOLAN İCRA ETDİ…
XƏBƏR LENTİ – Fiziologiya İnstitutunun Eksperimental transplantologiya və immunafiziologiya laboratoriyasında elmi tədqiqatlar genişləndiriləcək
XƏBƏR LENTİ – Bakıda 65 yaşlı ana böyrəyini 37 yaşlı oğluna bağışladı
XƏBƏR LENTİ – ATADAN KÖŞÜRÜLƏN BÖYRƏK GƏNCİN HƏYATININ XİLAS ETDİ. BU BARƏDƏ ƏMƏLİYYATI İCRA EDƏN CƏRRAH-UROLOQ, TRANSPLANTOLOQ RƏŞAD ŞOLAN MƏLUMAT VERDİ.
XƏBƏR LENTİ – Səhiyyədə bir ilk: uşaqlarda tək port cərrahiyyə tətbiq edilib
XƏBƏR LENTİ –
XƏBƏR LENTİ – 2015-Cİ İL. İlhamə Quliyevanın səhhəti ilə bağl onun həkimi rəşad Şolan bağlı  məlumat verdi…
XƏBƏR LENTİ – MƏRKƏZİ NEFTÇİLƏR XƏSTƏXANASININ DAHA BİR UĞURU. DR.RƏŞAD ŞOLAN…

YOUTUBE CHANNEL – DOCTOR RASHAD SHOLAN. DR. RƏŞAD SHOLAN CƏRRAH-UROLOQ,
YOUTUBE VİDEO – KIDNEY TRANSPLANTATION- RASHAD SHOLAN, AZERBAIJAN/ BÖYRƏK TRANSPLANTASİYASI – RƏŞAD ŞOLAN
YOUTUBE VİDEO – BÖYRƏK TRANSPLANTASİYASININ ƏN MƏSULİYYƏTLİ ANLARINDAN BİRİ. DONOR BÖYRƏYİNİN ÇIXARILMASI…. DOKTOR RƏŞAD ŞOLAN. TRANSPLANTOLOQ
YOUTUBE VİDEO – CƏRRAH-UROLOQ TRANSPLANTOLOQ Rəşad ŞOLAN – Azərbaycanda ilk tək-port uroloji cərrahi – 21.10.2016
YOUTUBE VİDEO – RMDM-in nəzdində “Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzinin müdiri, cərrah-­uroloq, t.ü.f.d. Dr. Rəşad Şolanın “Böyrək xəstəlikləri” mövzusunda “Xəzər TV”-də veriliş çıxışı – 14.07.2017
YOUTUBE VİDEO – TANINMIŞ HƏKİMİN ŞOK VİDEOSU. DR.RƏŞAD ŞOLAN
YOUTUBE VİDEO – DR.RƏŞAD ŞOLAN. REKONSTRUKTİV ƏMƏLİYYAT. ATV KANALI. BİZİMLƏSƏN VERİLİŞİ
YOUTUBE VİDEO – BÖYRƏK TRANSPLANTASİYASI. DOKTOR RƏŞAD ŞOLAN. FİLM
YOUTUBE VİDEO – UROLOQ-CƏRRAH, TRANSPLANTOLOQ RƏŞAD ŞOLAN. ƏMƏLİYYATXANA
YOUTUBE VİDEO – DOKTOR RƏŞAD ŞOLAN. SİDİK YOLLARININ BƏRPASI VƏ BÖYRƏK ƏMƏLİYYATI.
YOUTUBE VİDEO – DR. RƏŞAD ŞOLAN. ORXİPEKSİYA. ƏMƏLİYYATXANA
YOUTUBE VİDEO –DR. RƏŞAD ŞOLAN. HEMODİALİZ XƏSTƏLƏRİNDƏ ARTERİOVENOZ FİSTULANIN QOYULMASI.
YOUTUBE VİDEO – DR.RƏŞAD ŞOLAN. PROSTATIN TRANSURETRAL REZEKSİYASI ƏMƏLİYYATI
YOUTUBE VİDEO – Böyrək transplantasiyası. Cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLAN
YOUTUBE VİDEO – Rəşad Şolan. Hipospadiyada uretranın rekonstruksiyası.
YOUTUBE VİDEO – AZƏRBAYCAN BÖYRƏK DAŞI XƏSTƏLİYİ ÜÇÜN ENDEMİK ZONA HESAB OLIUNUR. DOKTOR RƏŞAD ŞOLAN BU XƏSTƏLİK HAQQINDA…
YOUTUBE VİDEO – DOKTOR RƏŞAD ŞOLAN MÜHARİBƏ QAZİLƏRİ, QARABAĞ ƏLİLLƏRİ ÜZƏRİNDƏ ƏMƏLİYYATLAR. BİZİMLƏSƏN VERİLİŞİ. ATV KANALI.
YOUTUBE VİDEO  – BÖYRƏYİN BÜTÜN STRUKTURUNU BÜRÜMÜŞ DAŞLARIN GÖTÜRÜLMƏSİ ƏMƏLİYYATI. DR. RƏAD ŞOLAN…
YOUTUBE VİDEO – ORXİPEKSİYA ƏMƏLİYYATI. 1-Cİ HİSSƏ. DOKTOR RƏŞAD ŞOLAN.
YOUTUBE VİDEO – DR.RƏŞAD ŞOLAN ORXİPEKSİYA ƏMƏLİYYATI. 2-Cİ HİSSƏ
YOUTUBE VİDEO – Rəşad ŞOLAN – Azərbaycanda ilk tək port cərrahi -eyni anda hər iki böyrəyə”-16.12.2016
YOUTUBE VİDEO – Rəşad ŞOLAN – Azərbaycanda ilk laparoskopik sidik axarının rekonstruksiyası – 09.12.2016
YOUTUBE VİDEO – RƏŞAD ŞOLAN. SİSTEKTOMİYA VƏ İLEOSİSTOPLASTİKA
YOUTUBE VİDEO – TƏK PORT UROLOJİ CƏRRAHİYYƏ. DR. RƏŞAD ŞOLAN
YOUTUBE VİDEO – ДОКТОР ШОЛАН В ВОПРОСАХ И ОТВЕТАХ. PEREDACA NADEJDA İSMAYİLOVA
YOUTUBE VİDEO – DOCTOR RESHAD SHOLAN.   
YOUTUBE VİDEO – 20 YANVAR 2017. BİZİMLƏSƏN VERİLİŞİNDƏ. DR. RƏŞAD ŞOLAN. İllərdir ağır xəstəlikdən əziyyət çəkən gəncə yeni sidik axarı yaradıldı
YOUTUBE VİDEO – BALACA OĞLAN UŞAĞI ÜZƏRİNDƏ İKİTƏRƏFLİ KRPTORXİZM ƏMƏLİYYATI. DOKTOR RƏŞAD ŞOLAN CƏRRAH-UROLOQ, TRANSPLANTOLOQ.. 
YOUTUBE VİDEO – Rəşad Şolan. Uroloji qüsuru olan uşaq uğurlu əməliiyat nəticəsində öz sağlamlığına qovuşdu..UROLOGY SURGEON RASHAD SHOLAN. 
YOUTUBE VİDEO – ATV KANALI BİZİMLƏSƏN VERİLİŞİNDƏ DOKTOR RƏAD ŞOLAN. AĞIR BİR REKONSTRUKTİV ƏMƏLİYYAT. İKİNCİ HİSSƏ. SEVİNDİRİCİ NƏTİCƏ….
YOUTUBE VİDEO – DOKTOR RƏŞAD ŞOLAN. SİDİK AXARINDA ANADANGƏLMƏ QÜSURU OLAN BALACA AYTAC ÜZƏRİNDƏ REKONSTRUKTİV ƏMƏLİYYAT. BÖYRƏYİN XİLAS EDİLMƏSİ
YOUTUBE VİDEO – TRANSPLANTASİYA. ATA ÖZ OĞLUNA BÖYRƏYİNİ BAĞIŞLADI. HƏYATINI XİLAS ETDİ. DOKTOR RƏŞAD ŞOLAN.
YOUTUBE VİDEO – DOKTOR Rəşad Şolan Rashad Sholan “Bir Xəstənin Tarixçəsi” verilişində

Facebook Comments