ƏLƏKBƏR HƏMİDOV TRAVMATOLOQ-ORTOPED

Doktor Ələkbər Həmidov 1956-cı il İyun ayının 12-də Azərbaycanın Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə bitirmişdir.
2 il Sovet ordusunda Ukraynada hərbi xidmətdə olub.
Hərbi xidməti bitirdikdən sonra Ələkbər Həmidov Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1984-cü ildə həmin institututun Müalicə-Profilaktika fakültəsini bitirmişdir.

DOKTOR ƏLƏKBƏR HƏMİDOVUN ƏMƏK FƏALİYYƏTİ
Ali tibb təhsilini başa vurduqdan sonra 2 il keçmiş Mirbəşir (İndiki tərtər) rayonunda travmatoloq-ortoped işləmişdir.
Bundan sonra Ələkbər Həmidov Qavril Abramoviç İlizarovun rəhbərlik etdiyi Kurqan Ümumittifaq Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna daxil olub.
1989-1991-ci illərdə həmin institutda kliniki ordinaturada olmuşdur. Daha sonra elmi iş götürmüşdür.
Lakin həmin dövrdə 1-ci Qarabağ muharibəsi başladığına görə elmi fəaliyyətini yarımçıq qoyub müharibədə iştirak etmək üçün  cəbhə bölgəsinə, vətənə bir həkim olaraq yardım göstərməyə gəlmişdir.
Daha sonra Ələkbər Həmidov 2 il Bakıda Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda elmi işçi işləyib.
Eyni zamanda həmin dövrdə cəbhə bölgələrində olmuşdur.
Bir neçə il sonra Ələkbər Həmidov Mərkəzi Hərbi Hospitalın Travmatologiya şöbəsinin rəisi vəzifəsində fəaliyyətini davam etdirib.
1999-cu ilədək həmin şöbəyə rəhbərlik etmişdir. Həkimlik fəaliyyəti həmin illərdə ordu ilə birbaşa əlaqəli olmuşdur.
Ələkbər Həmidov bundan sonra ATU Travmatologiya kafedrasına qayıtmışdır.
2003-cü ilədək həmin kafedrada çalışmışdır.
2003-cü ildən 2010-cu ilədək Kliniki Tibbi Mərkəzdə travmatoloq-ortoped işləmişdir.
2010-cu ildən sonra doktor Ələkbər Həmidov Bakı şəhərində müxtəlif özəl klinikalarda travmatoloq-ortoped və eyni zamanda baş həkim vəzifəsində işləmişdir.
O Medi Luks klinikasında 2010-cu ildən 2016-cı ilədək baş həkim işləmişdir.
2016-cı ildən 2018-ci ilədək Ələkbər Həmidov Qarand Hospitalın, indiki EGE hospitalda baş həkimin muavini işləmişdir.
Hal-hazırda İstanbul NS klinikasında travmatoloq-ortoped olaraq əmək fəaliyyətini davam etdirir.
İlizarov üsulu ilə deformasiyaların aradan qaldırılmasını Azərbaycanda həyata keçirən fəal travmatoloq-ortopedlərdən biridir.
Ələkbər Həmidov həkimlik fəaliyyəti dövründə  Azərbaycanda və xarici ölkələrdə tibbi konfranslarda iştirak edir.
Yerli və Beynəlxalq Travmatoloq-ortopedlər Cəmiyyətlərinin üzvüdür.

FƏALİYYƏT İSTİQAMƏTİ – APARILAN MÜALİCƏLƏR..
Bütün uzun lüləli sümüklərin sınıqları zamanı aparılan osteosintez əməliyyatları,
İstənilən siqmentdə İlizarov aparatı ilə osteosintez,
Ətrafda olan əyriliklərin tam aradan qaldırılması,
Müxtəlif etiologiyalı qısalıqların aradan qaldırılması,
Müxtəlif mənşəli yalançı oynaqların ləğvi,
Oynaqlarda bağ əməliyyatları, əzələ vətər zədələnmələrinin bərpası həyata keçirilir.

Osteosintez əməliyyatları
– Ətrafda olan əyriliklərin aradan qaldırılması
– Yalançı oynaqların ləğvi
– Oynaqlarda bağ əməliyyatları
– Əzələ vətər zədələnmələrinin bərpası və s.

TRAVMATOLOQ-ORTOPED, DOKTOR ƏLƏKBƏR HƏMİDOVLA ƏLAQƏ:
İş yeri İstanbul NS Klinika.
Bakı,Nərimanov r-nu,
Atatürk pr-ti 140
Tel:+994 55 467 85 00
+994 50 319 37 17


İNSTAGRAM PAGE  – ƏLƏKBƏR HƏMİDOV TRAVMATOLOQ ORTOPED

FACEBOOK VİDEO – YASTIPƏNCƏLİLİK. DOKTOR ƏLƏKBƏR HƏMİDOV. TRAVMATOLOQ-ORTOPED. ƏLAQƏ TEL: 077-733-85-00 
YOUTUBE VİDEO – TRAVMATOLOGİYA TƏCRÜBƏSİNDƏ RAST GƏLİNƏN FƏSADLAŞMALAR. MÜTƏXƏSİSLƏ SÖHBƏT. DOKTOR ƏLƏKBƏR HƏMİDOV (1-ci dərəcəli Travmatoloq-ortoped) (14.06.2018)
YOUTUBE VİDEO – TELEKLİNİKA VERİLİŞİNDƏ. 1-Cİ DƏRƏCƏLİ TRAVMATOLOQ-ORTOPED ƏLƏKBƏR HƏMİDOV: SON ZAMANLAR TRAVMATİZMLƏR ARTIB. ….
YOUTUBE VİDEO – AZTOA. Elekber Hamidov. İlizarov aparatıyla deformasiyaların duzeldilmesi. Travmatoloq-ortoped.
YOUTUBE VİDEO – saglamTV. Alekber Hamidov. Ilizarov aparatıyla ortopedik qüsurların korreksiyası.
YOUTUBE VİDEO – DOKTOR ƏLƏKBƏR HƏMİDOVLA MÜSAHİBƏ. Ayaqlarda, əllərdə olan deformasiyalar – Həkim İşi 20.09.2018. XƏZƏR TV
YOUTUBE VİDEO – ƏLƏKBƏR HƏMİDOV TRAVMATOLOQ-ORTOPED. OYNAQ XƏSTƏLİKLƏRİ. XƏZƏR TV. HƏKİM İŞİ VERİLİŞİ. 24.07.2018
FACEBOOK VİDEO – TRAVMATOLOQ-ORTOPED ƏLƏKBƏR HƏMİDOV
FACEBOOK VİDEO – SÜMÜK KİSTASI. SÜMÜK KİSTASININ MÜALİCƏSİ YALNIZ CƏRRAHİ YOLLA HƏYATA KEÇİRİLİR. TRAVMATOLOQ-ORTOPED ƏLƏKBƏR HƏMİDOV. 
FACEBOOK VİDEO – DEGENERATİV-DESTRUKTİV DƏYİŞİKLİKLƏR OLAN OYNAQLARDA OYNAQDAXİLİ İNYEKSİYALARIN VURULMASI. DR. ƏLƏKBƏR HƏMİDOV. 
FACEBOOK VİDEO – SİNOVİT. SİNOVİAL TƏBƏQƏ İLTİHABLAŞDIĞI ÜÇÜN ONUN KƏSİB GÖTÜRÜLMƏSİ ƏMƏILİYYATI. TRAVMATOLOQ-ORTOPED ƏLƏKBƏR HƏMİDOV.
YOUTUBE VİDEO – İstanbul NS Klinika – Op. Dr. Ələkbər Həmidov Travmatoloq ortoped
FACEBOOK VİDEO – Doktor Elekber Hamidov. İlizarov aparatıyla deformasiyaların duzeldilmesi. Travmatoloq-ortoped. AZTOA. 10- cu konqress. Bakı. SAGLAM TV

Facebook Comments