ALİM HƏMZƏOĞLU ŞIXƏLİYEV TİBB ELMLƏRİ NAMİZƏDİ, KARDİOLOQ. ƏHMƏDLİ KLİNİKASININ BAŞ HƏKİMİ

Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü,  Əhmədli Tibb Mərkəzinin baş həkimi Alim Şıxəliyev

DOKTOR ALİM HƏMZƏOĞLU ŞIXƏLİYEVİN
TƏHSİLİ VƏ ƏMƏK FƏALİYYƏTİ:
Alim Həmzə oğlu Şıxəliyev 1953-cü ildə Lerik rayonunun Kəlxan kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olub.
Ali təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra həkimlik fəaliyyətinə başlayıb.
Doktor Alim Şıxəliyev həkimlik fəaliyyətinə 1976-cı ildən Bakıdakı 11 saylı poliklinikada sahə terapevti kimi başlayıb.
A.Şıxəliyev 1982-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun 1-ci terapiya kafedrasında 4 aylıq kursu bitiridikdən sonra, 1983-cü ildə təhsilini Moskvanın Botkin adına xəstəxanasının nəzdindəki Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutununn terapiya kafedrasında davam etdirir.
Alim Həmzəoğlunun Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Konfransında təqdim etdiyi elmi iş uğurlu sayılıb və 1-ci dərəcəli mukafata layiq görülüb.
1987-ci ildə Alim Şıxəliyev Moskvada dissertasiya müdafiə edib və tibb elmləri namizədi elmi dərəcəsi alır.
Alim Şıxəliyevin elmi işlərinin çoxu əsasən xroniki ürək çatışmazlığının müalicəsinə həsr olunub.
1994-1995-ci illərdə doktor Alim Şıxəliyev İranın  Ərdəbil şəhərində həkim terapevt kimi fəaliyyət göstərmişdir.
1995-2003-illərdə Xəzər Dəniz Gəmiçilik idarəsinin “Xəzər”poliklinikasında kardioloq vəzifəsində çalışmışdır.
1998-ci ildən etibarən doktor Alim Şıxəliyev özəl sahədə çalışıb,
2003-cü ildən özünün təsis etdiyi Əhmədli Tibb Mərkəzinin baş həkimidir.
Alim Şıxəliyev Avropa Kardeoloqlar Cəmiyyətinin (AKC) üzvüdür.
Ömrünün yarıdan çoxunu tibb elminin kardiologiya bölümünə həsr etmiş alim, doktor Alim Həmzəoğlu Şıxəliyev 40-dan çox elmi məqalənin, bir kitabın müəllifidir.

DOKTOR ALİM HƏMZƏOĞLU ŞIXƏLİYEVİN
ÜZVÜ OLDUĞU PEŞƏKAR ASSOSSASİYALAR:
Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC)
Avropa Kardiologiya Cəmiyyəti (ESC)

DOKTOR ALİM HƏMZƏOĞLU ŞIXƏLİYEVLƏ 
ƏLAQƏ TELEFONLARI:
012-373-80-82
050-313-86-53


ƏMHƏMLİ TİBB MƏRKƏZİNİN VEB İNTERNET SAYTI – EHMEDLİKLİNİKASI.AZ
XƏBƏR LENTİ – ALİM HƏMZƏOĞLU ŞIXƏLİYEV, ÜRƏKLƏRİN DOSTU
XƏBƏR LENTİ – ƏHMƏDLİ KLİNİKASININ BAŞ HƏKİMİ ORDUYA DƏSTƏK ÜÇÜN YARDIM ETDİ – FOTOLAR

Facebook Comments