DOKTOR ALTAY QULİYEVİN HƏYATI VƏ TƏHSİLİ:
Quliyev Altay Hüseyn oğlu 1955-ci il Yanvar ayının 11-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində (Keçmiş Leninkənd) anadan olmuşdur.
1961-ci ildə həmin qəsəbədə orta məktəbə getmiş, 1971-ci ildə orta məktəbi qızıl medalla bitirmişdir.
1971-ci ildə Altay Quliyev Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (Hazırki ATU) Müalicə-Profilaktika fakultəsinə qəbul olmuşdur. Həmin təhsil ocağında ali tibb təhsilini 1977-ci ildə bitirmişdir.
Ali təhsilini bitidikdən sonra Altay Quliyev Gəncə şəhərində Abbas Səhhət adına Mərkəzi Xəstəxanada 1 il müddətində kardiologiya və terapiya şəbələrində internatura keçmişdir.
DOKTOR ALTAY QULİYEVİN ƏMƏK FƏALİYYƏTİ:
1978-ci ildən Şəmkir rayon Çınarlı qəsəbəsində yerləşən xəstəxanada həkim-terapevt kimi əmək fəaliyyətinə başlamışdır.
1992-ci ildən doktor Altay Quliyev həmin xəstəxananın baş həkimi olmuşdur.
İxtisasca terapevt olan doktor Altay Quliyev peşə fəaliyyətində özünü təkmilləşdirmə yolu ilə tibbdə digər ixtisaslara, o cümlədən Ultrasəs həkimi ixtisasına da yiyələnmişdir.
2002-ci ildə Respublika Diaqnostika Mərkəzində ixtisasartırma kursunda olmuşdur.
2010-cu ildə Əziz əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 2 ay radiologiya kursunda olmuşdur.
2011-ci ildə doktor Altay Quliyev Türkiyənin Ankara şəhərində Dışkapı xəstəxanasında “Damarların doppler müayinəsi” üzrə 1 aylıq kursda olmuşdur. Türkiyə Sağlık Bakanlığının sertifinatını almışdır.
2021-ci ildən doktor Altay Quliyev həkimlik fəaliyyətində özəl xəstəxanalarda əmək fəaliyyətini davam etdirməkdədir.
Altay Quliyev vaxtaşırı Azərbaycanda və Avropa ölkələrində öz ixtisası, peşə fəaliyyəti ilə əlaqədar olan müxtəlif elmi-praktik konfranslarda, ixtisasartırma kurslarında, seminarlarda iştirak edir.
Ailəlidir. Bir qızı var. Qızı 2022-ci ildə ATU-nu bitirmiş rezidnet həkimdir.
DOKTOR ALTAY QULİYEVİN ÜZVÜ OLDUĞU PEŞƏKAR ASOSSASİYALAR:
Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
Azərbaycan Kardiologiya Cəmiyyətinin 2010-cu ildən bəri keçirilən bütün konfranslarında fəal iştirak etməkdədir.
DOKTOR ALTAY QULİYEVLƏ ƏLAQƏ:
Mobil telefon: +994 50 363 84 68
İŞ YERİ: GƏNCƏ MEMORİAL HOSPİTAL
Gəncə şəhəri., Şah İsmayıl Xətai pr-ti, 550 A
DOKTOR ALTAY QULİYEVİN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTİ:
Qəbul günləri: Həftənin I, II, III, IV, V, VI günləri
saat 16:00-dan 19:00-a qədərdir.
Həkim tərəfindən müayinə və müalicə edilən xəstəliklər:
Daxili orqranların və qalxanvari vəzin Ultrasəs (USM) ilə müayinəsi və
eyni zamanda müalicəsi
Ürək-damar xəstəlikləri
Hipertoniya xəstəliyi (yüksək təzyiq)
Revmatoloji xəstəliklər
Tənəffüs yolu xəstəlikləri
Qalxanvari vəz xəstəliklərinin diaqnostikası
Anemiyaların diaqnostikası və müalicəsi
Həzm orqanları xəstəliklərinin diaqnostikası və müalicəsi
Böyrəklərin, sidik yollarının, prostat vəzi xəstəliklərinin diaqnostikası və müalicəsi
Şəkərli diabet
Vitamin əksikliyi və s.FACEBOOK PROFİLE – ALTAY QULİYEV TERAPEVT-KARDİOLOQ
İNSTAGRAM PAGE – ALTAY QULİYEV GƏNCƏ MEMORİAL HOSPİTAL
İNSTAGRAM PAGE – GƏNCƏ MEMORİAL HOSPİTAL
Facebook Comments