AZƏR NAĞIYEV KARDİOLOQ. BAŞ HƏKİM AVRASİYA HOSPİTAL

Həkim-kardioloq Azər Nağıyev 23 May 1966-cı ildə Azərbaycanın Neftçala rayonunda ziyalı ailəsində doğulmuşdur.
1973-1983-cü illərdə Neftçala rayonunda orta məktəbdə təhsil almışdır.
Orta təhsil illərində xüsusi istedad və təşkilatçılıq bacarıqları ilə seçilən Azər Nağıyev sinif nümayəndəsi olmaqla yanaşı komsomil katibi olmuşdur.
Azər Nağıyev orta məktəbi bitirdikdən sonra 2 il müddətində keçmiş SSRİ-nin Moskva və Smolenski şəhərlərində hərbi xidmətdə olmuşdur.

DOKTOR AZƏR NAĞIYEVİN TƏHSİLİ:
1986-cı ildə əsgərlikdən geri dönən Azər Nağıyev 1987-ci İldə Azərbaycan Tibb Universitetinin  1-ci Müalicə-Profilaktika fakultəsinə daxil olmuşdur.
1993-cü ildə ATU-un 1-ci Müalicə-Profilaktika fakultəsini müvəffəqiyyətlə bitirmişdir.

DR.AZƏR NAĞIYEVİN ƏMƏK FƏALİYYƏTİ:
Ali təhsili bitirdikdən sonra Azər Nağıyev o vaxtlar “Semaşko xəstəxanası” adlanan hazırki Kliniki Tibbi Mərkəzdə internatura təhsili almışdır.
Daha sonra xəstəxananın reanimasiya və intensiv terapiya şöbəsində tibb qardaşı işləmişdir.
Ardınca 1994-cü ilin sonundan 2008-ci ilə qədər doktor Azər Nağıyev Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasının Neftçala rayonu Bankə qəsəbəsində yerləşən zona xəstəxanasında həkim-kardioloq, poliklinika şöbəsinin müdiri, baş həkimin müavini və baş həkim vəzifələrində çalışmışdır.
Bundan sonra Azər Nağıyev Neftçala rayon Mərkəzi Xəstəxanasında həkim-kardioloq işləmişdir.
Azər Nağıyev 2015-ci ildən etibarən Bakı şəhərində yerləşən Avrasiya Hospitalda əvvəlcə ba həkimin müavini, 6 ay sonra isə baş həkim vəzifəsində işləməyə başlamışdır.
Hazırki dövrədək həmin klinikada baş həkim vəzifəsində işləyir.

DOKTOR AZƏR NAĞIYEVİN
ÜZVÜ OLDUĞU TİBBİ ASSOSSASİYALAR:
Azərbaycan Kardiologiya Cəmiyyəti (AKC)
Avropa Kardioloqlar Cəmiyyəti (ESC)
Avropa Kardiologiya Cəmiyyətinin üzvlüyünə 2011-ci ildə Parisdə layiq görülmüşdür.
TÜrkiyə Kardioloji Dərnəyinin üzvüdür (TKD)

AZƏR NAĞIYEVİN İŞTİRAK ETDİYİ KONFRANS VƏ TƏKMİLLƏŞDİRMƏ KURSLARI:
Həkim-kardioloq kimi fəaliyyət göstərdiyi müddət ərzində doktor Azər Nağıyev Azərbaycanda və Türkiyədə, Avropanın bir sıra ölkələrində, o cümlədən Fransada, Böyük Britaniyada, Hollandiyada, Çexiyada, Almaniyada keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konfranslarında aktiv iştirak etmişdir.

DİL BİLGİSİ:
Rus, İngilis və Türk dillərində danışır

AİLƏ VƏZİYYƏTİ:
Ailəlidir. 2 övladı var. Həyat yoldaşı həkimdir.
Qızı Türkiyədə tibbdə uzmanlıq təhsili alır.
Oğlu da eyni zamanda Türkiyədə kompyüter mühəndisliyi üzrə təhsil alır.

KARDİOLOQ, AVRASİYA HOSPİTALIN BAŞ HƏKİMİ,
DOKTOR AZƏR NAĞIYEVİN İŞ YERİ:
AVRASİYA HOSPİTAL:
Həsən Əliyev küç. 15
Bakı, Azərbaycan
Tel : 1116
Mobil : +994 (55) 979 01 01

FACEBOOK PROFİLE – AZƏR NAĞIYEV KARDİOLOQ. AVRASİYA HOSPİTAL BAŞ HƏKİMİ
XƏBƏR LENTİ – AVRASİYA HOSPİTALIN ÜRƏK MƏRKƏZİNDƏ HANSI XİDMƏTLƏR GÖSTƏRİLİR?
XƏBƏR LENTİ – Azər Nağıyev: “Tarixi qələbəmiz bizim hər birimizdə ruh yüksəkliyi yaratdı”


FACEBOOK VİDEO – AVRASİYA HOSPİTALIN TƏŞKİLATÇILIĞI İLƏ 200-DƏN ÇOX KARDİOLOQUN İŞTİRAKİLƏ KONFRANS KEÇİRİLDİ. 28 APREL 2017-Cİ İL
YOUTUBE VİDEO – AVRASİYA HOSPİTALDA ÜRƏK MƏRKƏZİ
YOUTUBE VİDEO – AVRASİYA HOSPİTALDA KARDİOLOJİ KONFRANS KEÇİRİLDİ.  KLİNİKANIN BAŞ HƏKİMİ AZƏR NAĞIYEV BU HAQDA MƏLUMAT VERİR

Facebook Comments