CƏMİL İSKƏNDƏROV NEYROCƏRRAH

Cəmil Nadir oğlu İskəndərov – Tibb üzrə fəlsəfə doktoru, Avropa Neyrocərrahlar Assosiasiyasının üzvüdür.
DOKTOR CƏMİL İSKƏNDƏIROVUN HƏYATI VƏ TƏHSİLİ:

Həkim-neyrocərrah Cəmil İskəndərov 1981-ci ildə anadan olub. Məktəb fən olimpiyadalarında aktiv iştirak etmişdir.
1998-ci ildə Kimya üzrə Ümumdünya Mendeleyev Olimpiyadasında 3-cü yerin qalibi olmuşdur.
1998-ci ildə ATU-nun Müalicə işi fakültəsininə ən yüksək balla daxil olmuşdur. Universiteti əla qiymətlərlə oxuduğuna görə Topçubaşov adına təqaüd almışdır.
Universiteti bitirdikdən sonra universitet rəhbərliyinin etimadını qazandığına görə ATU Neyrocərrahiyyə Kafedrasında fəaliyyətini davam etmişdir.
Cəmil İskəndərov 2010-2015-ci illər ərzində “Onurğa kanalının degenerativ stenozlarının klinika,diaqnostika və cərrahi müalicəsi” mövzusunda dissertasiya işini tamamlayaraq ,”tibb üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır.  Hal-hazırda “Onurğa travmalarının cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Bu illər ərzində dəfələrlə ölkə xaricində keçirilən müxtəlif çoxsaylı kurslar və elmi konfranslarda iştirak edərək, elmi və praktik yeniliklərə yiyələnmişdir.

İŞ TƏCRÜBƏSİ:
2004-2010-cu illər ərzində Respublika Neyrocərrahiyyə Xəstəxanasında klinik ordinator işləmişdir. 2011-2013-cü illərdə Mərkəzi Dənizçilər Xəstəxanasında işləmişdir.
Cəmil İskəndərov 2013-cü ilə qədər ATU Neyrocərrahiyyə Kafedrasının baş laborantı vəzifəsində çalışmışdır. Hal-hazırda ATU Neyrocərrahiyyə kafedrasının assistenti vəzifəsində çalışır. Həmçinin 2013-cü ildən bəri isə ATU Tədris Cərrahiyyə Klinikasında həkim-neyrocərrah işləyir.
2004-cü ildə Azərbaycan Tibb Universitetini bitirib. 2008-ci ildə Türkiyənin İzmir şəhərində Ege Universitetində Spinal cərrahiyyə üzrə kurs keçib. Spinal cərrahiyyədə yeniliklərin ölkəmizxdə geniş şəkildə tətbiqində aktiv iştirak edir. Cəmil İskəndərov 2016-cı ildə Florence Nightingale xəstəxanasında skolioz cərrahiyyəsi üzrə təkmilləşmişdir. Bundan əlavə hər il xaricdə 4-5 Beynəlxalq konfransda və ixtisasartırma kurslarında iştirak edir

İXTİSASLAŞDIĞI SAHƏ:
Doktor tərəfindən müalicəsi ( o cümlədən cərrahi əməliyyatı) icra olunan xəstəliklər:

– Skolioz

– Kifoz

Onurğa sütununun müxtəlif nahiyyələrində təsadüf olunan disk yırtıqları (boyun, döş, bel)

Onurğa sütununun travmaları

– Onurğa sütununda təsadüf olunan şişlər

– Fəqərə sürüşmələri

– Osteoporoz və bununla əlaqədar meydana çıxan sınıqlar

– Onurğa sütununun iltihabi xəstəlikləri

– Anadangəlmə onurğa sütunu xəstəlikləri (gərgin onurğa beyin sindromu,diastotematomieliya,lipomeninqosele və s.)

– Karpal tunel sindromu

– Kubital tunel sindromu

– Baş beynin şişləri

– Baş beynin travmatik zədələnmələri

– Hematomalar

– Baş beynin iltihabi xəstəlikləri (abseslər)

– Hidrosefaliya

– Baş beynin anadangəlmə yırtıqları

– Kraniostenoz və digər neyrocərrahi xəstəliklər

Məqalələri

20-dən çox elmi məqaləsi var. Bu məqalələr Türkiyənin, Rusiyanın, Qzaxstanın, Ukraynanın nüfuzlu elmi jurnallarında dərc edilmişdir.
-“Onurga kanalının bel-oma nahiyyəsinin stenozları zamanı cərrahi taktika” I Azərbaycan Nevroloqlar konfransının toplusu,Bakı-2008, səh.102.

-“Surgical options for lumbar spinal stenosis” VI Qara Dəniz Neyrocərrahlar konqresinin materialları,İstanbul-2009,səh.181

“Onurğa kanalının degenerativ stenozlarının cərrahi müalicəsi” Sağlamlıq jurnalı, 2010, №3, səh.35-38.

-“Onurğa kanalının bel-oma nahiyyəsinin degenerativ stenozunun klinika, diaqnostika və cərrahi müalicəsinə müasir yanaşma” Sağlamlıq jurnalı, 2011, №5, səh.171-175.

-“Clinical features of degenerative stenoses of the spine-femural area of the spinal canal” XIII Beynelxalq Avrasiya cərrahiyyə və qastroenterologiya konqresinin materialları, Bakı-2013, 12-15 sentyabr,səh.323

-“Хирургическое лечение дегенеративных стенозов пояснично- крестцового отдела позвоночного канала” Материалы V Съезда нейрохирургов Украины. Ужгород. Украина 25-28 июня 2013,  cтр. 103

-“Onurğa sütununun bel-oma nahiyyəsinin degenerativ stenozlarının klinik və paraklinik xüsusiyyətləri,,Cərrahiyyə jurnalı, Bakı- 2013, №1, səh.68-71.

-“Onurğa kanalının bel-oma nahiyyəsinin degenerativ stenozu olan xəstələrdə müalicə taktikasının seçilməsi və cərrahi müalicə effektivliyinin qiymətlənirilməsi” Sağlamlıq jurnalı,2014,№4,səh.67-72.

-“Хирургическое лечение стеноза поясничного- крестцового отдела позвоночного канала у больных разных возрастных груп” Вестник хирургии Казахстана, 2014, №2, стр.42-47.

-,,Стенозы позвоного канала на пояснично-крестцовом  уровне: типы клинического течения, результаты лечения, оперативная тактика” Центрально Азиатский Медицинский Журнал, 2014, №1, стр. 35-38.

HAL-HAZIRDA ATU Tədris Cərrahiyyə Klinikasında və BAKI SAĞLAMLIQ MƏRKƏZİNDƏ həkim-neyrocərrah işləyir
DOKTOR CƏMİL İSKƏNDƏROVLA
ƏLAQƏ:

Tel: (+994) 050-322-78-22
ŞƏXSİ FACEBOOK PROFİLİ – DOKTOR CƏMİL İSKƏNDƏROV
XƏBƏR LENTİ – Neyrocərrah Cəmil İskəndərov: “Bu xəstəlikdə əməliyyat 95-97 faiz yaxşı nəticə verir”
XƏBƏR LENTİ –
Skoliozdan əziyyət çəkənlərin özbaşına korset alması tövsiyə edilmir. DOKTOR CƏMİL İSKƏNDƏROV
XƏBƏR LENTİ – DOKTOR CƏMİL İSKƏNDƏROV: Tibbi ədəbiyyatda rast gəlinən bütün onurğa əməliyyatları Azərbaycanda yüksək səviyyədə icra olunur

YOUTUBE  VİDEO – Dr.Cemil İskenderov.Neyrocerrah.ATU TCK. Boyun emeliyyatı.Video reportaj
YOUTUBE VİDEO – Neyrocerrah. Dr.Cemil Iskenderov. Boyun feqeresinde agır travmanın korreksiyası emeliyyatı.
YOUTUBE VİDEO – Neyrocerrah. Dr.Cemil İskenderov. Onurğa kanalının stenozu. Disk yırtığı.
YOUTUBE VİDEO -Neyromonitoring. Neuromonitoring. Cemil İskenderov. ATU TCK.
YOUTUBE VİDEO – Fəqərə sütunu, onurğa beyni travmaları
BAKI SAGLAMLIQ MERKEZİ -XƏBƏRLƏR –  Neyrocərrah, t.ü.f.d., Dos. Dr. Cəmil İskəndərov İctimai Televiziyada
BAKI SAĞLAMLIQ MƏRKƏZİ – XƏBƏRLƏR- Mərkəzimizin Neyrocərrahı, t.ü.f.d., Dos. Dr. Cəmil İskəndərovun “Onurğa kanalının stenozu və disk yırtığı” əməliyyatından görüntülər


Facebook Comments