İSAX MUSTAFAYEV KARDİOLOQ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR

ELMİ DƏRƏCƏLƏRİ:
1985 Tibb elmləri namizədi
2005 Tibb elmləri doktoru
2016 Dosent
2017 Professor

PROFESSOR İSAX MUSTAFAYEVİN PEŞƏKAR TƏCRÜBƏSİ:
Daxili xəstəliklərin bütün sahələri, xüsusilə ürək-damar xəstəliklərinin diaqnostikası və
müalicəsi, terapevtik xəstəliklər zamanı intensiv terapiya

İsax Mustafayev – Tibb elmləri doktorudur, Azərbaycan Kardioloqlar Cəmiyyəti sədrinin müavini, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiridir.
Mustafayev İsax İsmayıl oğlu 10 yanvar 1955-ci ildə Tovuz rayonunda anadan olub.1982-ci ildə Moskva şəhərində SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Elmi Kardioloji Mərkəzinə aspiranturaya daxil olmuş, 1985-ci ildə müvəffəqiyətlə «Влияние гипотензивных препаратов на липопротеиды крови» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək vətənə dönmüşdür. Həmin ildən Ə. Əliyev adına ADHTİ-nun Terapiya kafedrasının assistenti vəzifəsinə təyin edilmişdir. Apardığı elmi tədqiqatların əsas istiqaməti arterial hipertoniyaların uzun müddətli medikamentoz müalicəsinin effektivliyi və təhlükəsizliyi məsələlərinə həsr olunmuşdur.
1990-cı ildə Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür.
2005-ci ildə «Гормональный гомеостаз организма при длительной антигипертензивной терапии у мужчин с гипертонической болезнью» mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmiş, 2006-cı ildə Terapiya kafedrasının dosent vəzifəsinə keçmişdir.
2007-ci ildə professor adına layiq görülmüşdür. Professor Mustafayev İ.İ. böyük əksəriyyəti yaxın və uzaq xarici ölkələrin aparıcı elmi jurnallarında çap olunmuş 120 elmi işin, o cümlədən 3 monoqrafiya, 3 metodik tövsiyə, 1 həkimlər üçün rəhbərliyin və 1 kliniki protokolun müəllifidir.
İsax Mustafayev böyük elmi potensiala malik olan elm adamı və həkim olmaqla yanaşı həm də aktiv ictimai fəaliyyətlə də məşğul olmuşdur.
Belə ki, o, Azərbaycan Kardiologiya Cəmiyyətinin inkişafında öz töhvəsini vermişdir. Bir müddət AKC-nin sədri vəzifəsində çalışmışdır.
2019-cu il Dekabr ayında Azərbaycan Kardioloqlarının qurultayında bu təşkilatın sədri seçilmişdir.
YERİ GƏLMİŞKƏN:
AKC sədri ET Kardiologiya İnstitutunun professoru Tofiq Cahangirov idi. O 2017-ci ilin sonunda AKC qurultayında İctimai Birliyin sədri seçilmişdir.
2017-ci ilə qədər AKC Sədri Azərbaycan Aritmiya Alyansının sədri Fərid Əliyev olmuşdur.
AKC-in ilk sədri Faiq Quliyev, daha sonra isə Firdovsi İbrahimov olmuşdur.
Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi 25 mart 2011-ci il tarixdə Avropa Kardiologiya Cəmiyyətinin namizədliyindən həqiqi üzvi seçilmişdir.
Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin əsas məqsədi Azərbaycan Respublikasında ürək-damar xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini dünya səviyyəsinə çatdırılmasına kömək etməkdən ibarətdir.
Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi ölkənin bütün kardiologiya infrastrukturları ilə əməkdaşlıq etməkdədir.
2021-ci ildə AKC qurultayında invaziv kardioloq Üzeyir Rəhimov bu təşkilatın sədri vəzifəsinə seçilmuişdir.
DOKTOR İSAX MUSTAFAYEVLƏ ƏLAQƏ:
Mobil: +994-50-3121193


VİKİMED.AZ İNFORMASİYA BAZASİ – SAMİR MUSTAFAYEV. İNVAZİV KARDİOLOQ
FACEBOOK PROFİLE – İSAX MUSTAFAYEV PROFESSOR, TİBB ELMLƏRİ DOKTORU
XƏBƏR LENTİ – AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİ
XƏBƏR LENTİ – ÜRƏK ÇATIŞMAZLIĞINDA YENİLİKLƏR KONQRESSİ. AZƏRBAYCAN KARDİOLOGİYA CƏMİYYƏTİ. HEART FAİLURE UPDATE CONGRESS. 3-4 İYUN 2022-Cİ İL. BAKI
XƏBƏR LENTİ –“Aterogen dislipidemiya 2019: daha az daha yaxşıdır” mövzusunda elmi və praktik konfrans keçirildi

Facebook Comments