KAMRAN YAQUBOV RADİOLOQ, ŞÜA DİAQNOSTİKA HƏKİMİ, KT, MRT

KAMRAN YAQUBOV RADİOLOQ, ŞÜA DİAQNOSTİKA, MRT, KT
Kamran Mehdi oğlu Yaqubov 6 İyul 1975-ci ildə Ermənistanın (Qərbi Azərbaycan) Spitak rayonu, Qursalı kəndində doğulmuşdur.
1982-ci ildən etibarən Kamran Yaqubov həmin kəndin orta məktəbinə gedib.
1988-ci ilin Dekabr ayında Ermənistan ilə Azərbaycan arasında yaranan Qarabağ münaqişəsi üzündən məcburi olaraq Bakı şəhərində məskunlaşmışdır.
Kamran Yaqubov Bakı şəhərində T.Q.Şevçenko adına 5 saylı orta məktəbdə təhsilini davam etdirmişdir
1992-ci ildə həmin məktəbin məzunu olmuşdur.
19 İyul 1992-ci ildə Kamran Yaqubov Türkiyə Cümhuriyyəti universitetlərində ali təhsil almaq üçün dövlət səviyyəsində keçirilən imtahanda iştirak etmiş və nəticədə Türkiyə Cumhuriyyəti Adana şəhəri Çukurova Universiteti Tibb Fakultəsində tibb təhsili almaq hüququ qazanmıdır.
1992-1993-cü illərdə Türkiyə Cumhuriyyəti Konya şəhərində türkcə dil kursunu tamamladıqdan sonra 1993-cü ilin Oktyabr ayından etibarən Çukurova Universiteti Tibb Fakultəsində tibb təhsilinə başlamışdır.
Kamran Yaqubov 30 Avqust 1999-cu ildə tibb təhsilini müvəffəqiyyətlə başa çatdırmışdır.
19 Sentyabr 1999-cu ildə Türkiyə Cumhuriyyəti Tələbə Uzmanlıq imtahanında iştirak edərək bu ölkənin Samsun şəhəri Ondokuz Mayıs Universiteti Tibb Fakultəsi Xəstəxanasında Radiodiaqnostika sahəsində yüksək tibb təhsili almaq hüququ əldə etmişdir.
Kamran Yaqubov 23 Dekabr 1999-cu ildə bu universitet xəstəxanasının Radiodiaqnostika kafedrasında təhsil almağa başlayıb.
20 Sentyabr 2004-cü ildə isə Kamran Yaqubov uzmanlıq təhsilini tamamlayaraq “Uzman doktor” stattusunu qazanmışdır (Radioloji Ana Bilim Dalı Uzmanlık)
1 Dekabr 2004-cü ildə mütəxəssis olaraq həkimlik fəaliyyətinə Azərbaycan Respublikası Bakı şəhərində yerləşən Mərkəzi Klinik Xəstəxanada başlayıb.
Doktor Kamran Yaqubov 2006-cı ildə Türkiyənin İstanbul şəhərində Neyroinvaziv təkmilləşdirmə kursu keçmişdir.
2014-cü ilin Aprel ayınadək həmin xəstəxanada çalışmışdır.
2014-cü ilin Aprel ayından 2016-cı ilin Noyabr ayına Kamran Yaqubov qədər Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının radiologiya şöbəsində işləyib.
2016-cı il Noyabr ayından etibarən yenidən Mərkəzi Klinikada çalışır.
Hazırda dr. Kamran Yaqubov klinikanın Şüa diaqnostika şöbəsinin müdiridir.
Ailəlidir, 2 övladı var.

DOKTOR KAMRAN YAQUBOVUN İŞ YERİ:
Mərkəzi Klinika
Parlament prospekti 76
Şüa diaqnostika şöbəsinin müdiri
DOKTOR KAMRAN YAQUBOVLA
ƏLAQƏ:
ALO 105,
Mobil tel: 050-522-65-41


ŞƏXSİ FACEBOOK PROFİLİ – RADİOLOQ DOKTOR KAMRAN YAQUBOV
ŞÜA DİAQNOSTİKA MÜTƏXXƏSİSİ, UZMAN RADİOLOQ KAMRAN YAQUBOV
XƏBƏR LENTİ – BAKIDA NEYRORADİOLOGİYA TƏLİMİ KEÇİRİLİB.
XƏBƏR LENTİ – AZƏRBAYCAN RADİOLOQLARININ 2-Cİ BEYNƏLXALQ KONFRANSI

Facebook Comments