Musa Qəniyev.

Azərbaycan Tibb Universiteti böyük elmi şurasının, patofiziologiya, anatomiya, histologiya, farmakologiya və biokimya ixtisasları üzrə ixtisaslaşmış müdafiə şurasının, Səhiyyə Nazirliyi farmakologiya və farmakopeya ekspert şurasının, Azərbaycan Tibb curnalı və Azərbaycan əczaçılıq və farmakoterapiya jurnallarının redaksiya hey’ətinin üzvi, Azərbaycan Elmi-farmakoloqlar cəmiyyətinin sədridir.
Akademik farmakolojı təhsilini (aspirantura və doktorantura) Rusiya Federasiyası TEA-nın V.V.Zakusov adına ET Farmakologiya institutunda almışdır.
Elmi tədqiqatları psixoaktiv maddələrin (psixomator stimulyatorlar, neyroleptiklər və s.) təsir mexanizmlərinin öyrənilməsinə həsr edilmişdir.


Professor, ATU Farmakologiya kafedrasının müdiri Musa Qəniyevin müəllifi olduğu kitablar. Dərs vəsaitləri
Professor Musa Qəniyevin Azərbaycanın Əməkdar müəllimi fəxri adı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Təhsil/İş təcrübəsi:

1971 Yuxarı Xalac kənd orta məktəbini qızıl medalla bitirib.
1977 Azərbaycan Tibb İnstitutunu bitirib, diplom # MD № 023183, ixtisasca həkimdir.
1977-1982 Əli-Bayramlı (Şirvan) şəhər xəstəxanasında həkim
1982-1985 Farmakologiya kafedrasının aspirantı
1985 Tibb elmləri namizədi, 14.00.25 – farmakologiya ixtisası üzrə, Diplom # MD № 023183.
1985-1992 Farmakologiya kafedrasının assistenti
1994 Tibb elmləri doktoru, 14.00.25- farmakologiya ixtisası üzrə, Diplom # DK № 001130.
1992-1997 Farmakologiya kafedrasının dosenti
1997-2000 Farmakologiya kafedrasının professoru
2000 Farmakologiya kafedrasının müdiri

Həyatı fəaliyyəti

Musa Mehdi oğlu 2 dekabr 1954-cü ildə Salyan rayonunun Xalac kəndində Ziyalı ailəsində dünyaya göz açmışdır. Xalac kənd orta məktəbində oxuyarkən çalışqanlığı, təvazökarlığı ilə şagird yoldaşlarından fərqlənən Musa 1971-ci ildə həmin məktəbi qızıl medalla bitirərək elə həmin ildə N.Nərimanov adına
Azərbaycan Tibb İnstitutunun 1-ci kursuna qəbul olunur. Mütəmadi olaraq öz üzərində çalışmağı həyatının kedrası hesab edən Musa Qəniyev Tibb İnstitutunda təhsil alarkən tədris olunan fənnləri mənimsəməklə özünü istedadlı tələbə kimi tanıdır. 1977-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu əla qiymətlərlə başa vurmuşdur.
1977-ci ildən həkim kimi fəaliyyətə başlasa da elmin dərin sirlərinə yiyələnmək onun əsas amalı oımuş və bu fikir, bu düşüncələrlə o 1982-ci ildə təhsil aldığı İnstituta qayıdır, aspirantura üçün elan olunan müsabiqədə iştirak edir. İmtahanlardan yüksək nəticələr əldə edən Musa Qəniyev artıq elmin birinci pilləsinə ayaq qoyur. Farmakologiya kafedrasının aspirantı kimi elmi axtarışlara başlayır. Gərgin əməyin bəhrəsi olaraq 1985-ci ildə “Beyinin katexolaminergik və QAYT sistemlərinin psixostimulyator mezokarbin təsir mexanizmində rolu” mövzusunda dissertasiya işi müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi alır.
Aspirantura müddəti başa çatdıqdan sonra gənc alim Musa Qəniyev Farmakologiya kafedrasında baş laborant vəzifəsində pedoqoji fəaliyyətə başlayır. Çox keçmir ki, kafedranın asisstenti vəzifəsinə seçilir. Pedaqoq kimi püxtələşən M.Qəniyev 1992-ci ildə müsabiqə yolu ilə kafedranın dosenti vəzifəsinə seçilir.
Tələbələrlə ünsiyyət və yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq 1988-ci ildə dekan müavini vəzifəsinə, bir il sonra isə dekan vəzifəsinə təyin olunur. Tezliklə tələbələrin sevimlisinə çevrilən Musa Qəniyev 1992-ci ilə qədər bu vəzifədə şərəflə çalışır.
Elmi axtarışlarda olan gənc alim elmin daha yüksək zirvələrini fəth etmək üçün Rusiya Federasiyasının Tibb Elmləri Akademiyasının Elmi Tədqiqat Farmakologiya İnstitutunun doktorantı kimi fəaliyyətə başlayır. 1994-cü ildə apardığı elmi işlərə yekun vuraraq “Atipik neyroleptiklərin dofaminergik mexanizmlərinin öyrənilməsi. Neyrofarmakoloji və neyrokimyavi analiz” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
Artıq elmlər doktoru kimi Musa Qəniyevin elmi fəaliyyəti daha da dərinliyə doğru istiqamətlənmişdi. Onun yazdığı və nüfuzlu jurnallarda çap etdirdiyi məqalələr, tələbələr üçün yazdığı dərs vəsaitləri, dərsliklər, tələbələr üçün oxuduğu maraqlı mühazirələr nəzərə alınaraq 1997-ci ildə onu farmakologiya kafedrasının professoru vəzifəsinə seçilir.
Professor Musa Qəniyev 2000-ci ildən Farmakologiya kafedrasına uğurla rəhbərlik edir.
Onun rəhbərliyi altında 1 elmlər doktoru və 12 tibb üzrə fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Özbəkistanda, Qazaxistanda, Türkiyyədə, Polşada, Yunanistanda, Rusiyada və onun bir çox mərkəzi şəhərlərində keçirilən elmi konfrans və simpoziumlarda Professor M.Qəniyev Azərbaycan Tibb elmini təmsil etmişdir.
Professor M.Qəniyev uzun illərdir ki, Azərbaycan Tibb Universiteti nəzdində fəaliyyət göstərən dissertasiya müdafiəsi şurasının üzvüdür. Farmakoloqlar elmi cəmiyyətinin sədridir. Səhiyyə Nazirliyinin Farmakologiya və Farmakopeya Şurasının, Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalının redaksiya heyyətinin üzvüdür.
Professor M.Qəniyev 250-yə qədər elmi məqalənin, o cümlədən 14 dərslik, 13 dərs vəsaiti. 12 tədris – metodik vəsaitin və bir necə ixtranın müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə M.Qəniyev Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.

İştirak etdiyi təlimlər və kurslar haqqında

26-28 sentyabr 2001-ci il. Varşava şəhəri, Polşa – TRİPS müqaviləsi və onun Şərqi Av-ropa bazarında əczaçılıq preparatla-rının qiymət və mövcudluq imkanla-rına təsiri
18-22 noyabr 2002-ci il. Karaqanda şəh.Qazaxıstan. ÜST Avropa regional birosunun yeni müstəqil dövlətlərdə farmasiya haq-qında Xüsusi proekti çərçivəsində “Dərmanlardan rasional istifadə və farmakoterapiyanın öyrənilməsi prob-lemləri”
28-30 oktyabr, 2004-ci il. Bakı şəh.Azərbaycan. ÜST Avropa regional birosunun yeni müstəqil dövlətlərdə farmasiya haq-qında Xüsusi proekti çərçivəsində “Dərmanlardan rasional istifadə və farmakoterapiyanın öyrənilməsi prob-lemləri”
28-30 оktyabr 2004 г.. Bakı şəh.Azərbaycan. Зашита прав человека и доступ-ность лекарств при проведении биомедицинских исследований в государств- участниках СНГ. В рамках развития Стратегической Инциативы Развития Возможностей Этической Экспертизы
1-3 dekabr, 2004-ci il. Bakı şəh.Azərbaycan  Səhiyyə nazirliyi və dünya bankı tərəfindən Səhiyyədə islahatlar möv-zusunda milli konfrans.
07-11 mart 2005-ci il. Bakı şəh.Azərbaycan. Azərbayjan Respublikası Səhiyyə Na-zirliyinin Ümumdünya Səhiyyə Təşki-latı Avropa Regional Bürosu ilə birgə Azərbayjanda «İİV/QİÇS-in müalijəsi üzrə milli protokol»un hazırlanmasına dair seminarı
10-11 оktyabr 2011-ci il. Bakı şəh.Azərbaycan. Bakı Beynəlxalq humanitar forumu

Tibb elmləri doktoru
Professor, kafedra müdiri Musa Qəniyevlə
Əlaqə tel: (+994 12) 495 49 86 , 495 39 48
E-mail: musaganiyev@azeronline.com





Cəmil Əliyev 
Əhliman Əmiraslanov.
Rəşad Mahmudov
Gəray Gəraybəyli
Sahib Musayev
Qələndər  Canbaxışov
Vaqif Bilas oğlu Şadlinski
Çingiz Rəhimov
Yunis Yusifov
Nuru Bayramov
Musa Qəniyev
Surxay Novruz oğlu Musayev
Nəsib Cəfər oğlu Quliyev
Vaqif Qələndər
Qalib Şalon oğlu Qarayev
Yaşar Cəlilov
Xaləddin Musayev

 

 

Facebook Comments