NAMİQ XƏLİLOV UŞAQ CƏRRAHI, TİBB ELMLƏRİ NAMİZƏDİ

Xəlilov Namiq Cavanşir oğlu 9 mart 1972-ci ildə Baki şəhərində ziyalı həkim ailəsində anadan olub. 1988-ci ildə Baki şəhərində orta məktəbini əla qiymətlərlə, “Qizil medalla” bitirib.
1989-1995-ci illərdə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunun, pediatriya fakultəsində təhsili alıb.
1995-1996-ci illərdə M.Nağıyev adına TTYX-da uşaq cərrahiyyəsi ixtisası üzrə internatura keçib.
1998-2000-ci illərdə Rusiya Federasiyası Moskva şəhərində Elmi Tədqiqat Pediatriya İnstitutunda “uşaq cərrahiyyəsi” ixtisası üzrə əyani aspiranturada təhsilimi davam etdirərək, 2000-ci ildə professor A.I.Lyonyuşkin rəhbərliyi altında «Хирургическая тактика при аномальных образованиях околокопчиковой зоны у детей» mövzusunda vaxtından əvvəl tibb elmlər namizədliyi dissertasiyasını müdafiyə edib və Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri namizədi elmi dərəcəsi verilib.
2000–2019-ci illərdə “Uşaq Cərrahlığı” kafedrasının baş laborantı vəzifəsində çalışıb.
2019-ci ilin sentyabr ayından hal-hazıradək “Uşaq Cərrahlığı” kafedrasının assistenti vəzifəsində işləyir.
2002-ci ildə Russiya Federasiyası, Moskva şəhərində “Lazer təbabəti” ixtisasartırma kursu (72 saat); 2014-cüildə Türkiyə, İstanbul şəhərində, İstanbul Universitesində Cocuk Cərrahiyyəsi Anabilim Dalında, 2016-cı ildə Russiya Federasiyası, Moskva şəhərində, “Uşaq urologiya-andrologiyası” və “Pediatriyada endocərrahiyyə” ixtisasartırma kurslarını keçib. 2020-cı ildə yanvar ayinda Baki şəhərində Ə. Əliyev adina ADHTI-da “Ali məktəbin pedaqogikası. Pedaqoji etika” adlı təkmilləşdirmə kursu keçib.
Hazirda ATU Rezidentura və magistratura şöbəsinin müdır müavini ,
ATU I müalicə-profilaktika fakultəsinin həmkarlar təşkilatinin sədr müavini,buro üzvü;
Uşaq cərrahlığı kafedrasının həmkarlar təşkilatının büro üzvü;
Tədris Cərrahiyyə Klinikası üzrə rezidentlərin fəaliyyətinə nəzarət edən məsul şəxs;
Tədris Cərrahiyyə Klinikası nizam-intizam, daxili yoxlama və tədris komissiyanin üzvü.

80-a yaxın elmi məqalələri, tezisləri müxtəlif jurnal və konfrans materiallarında rus, ingilis və azərbaycan dillərində çap olunmuşdur.

DR. NAMİQ XƏLİLOVUN ÜZVÜ OLDUĞU QURUMLAR?
Namiq Xəlilov Rusiya Pediatrların, Rusiya Uşaq cərrahların,
Rusiya Koloproktoloqların, Rusiya Endoskopik cərrahların,
Azərbaycan Endospopik Cərrahların,
Azərbaycan Ağız Üz-Cənə Cərrahların,
Azərbaycan Plastik Cərrahların Assosiyasiyaların üzvüdür.

DOKTOR NAMİQ XƏLİLOVLA ƏLAQƏ:
ATU TƏDRİS-CƏRRAHİYYƏ KLİNİKASI
TELEFON: 0503174748


XƏBƏR LENTİ – ATU-nun Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün növbəti ənənəvi seminar keçirilib. Seminarın bu dəfəki mövzusu “Xronik irinli orta otit və ağırlaşmaları” olub. Tədbiri açan TCK-nın rezidentlər üzrə məsul şəxs, Uşaq cərrahlığı kafedrasının assistenti Namiq Xəlilov seminarın keçirilməsinə verilən dəstəyə görə ATU-nun və klinikanın rəhbərliyinə təşəkkürünü bildirərək, mövzu barədə iştirakçıları məlumatlandırıb.
XƏBƏR LENTİ – ATU-nun əməkdaşı, doktor Namiq Xəlilov Rusiya Uşaq Cərrahlarının VIII forumunda iştirak edib
XƏBƏR LENTİ – Məşhur rekonstruktiv cərrah ATU-nun Tədris Cərrahiyyə Klinikasında mühazirə oxuyub
XƏBƏR LENTİ – ATU-nun Tədris Cərrahiyyə Klinikasında qaraciyər sistləri ilə bağlı seminar keçirilib
XƏBƏR LENTİ – 27.03.2023 tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasinda Uşaq Cərrahlığı kafedrasının seminarı keçirilmişdir. Elmi seminar Uşaq Cərrahlığı kafedrasının assistenti Dr. Murad Əlibəyov və ATU TCK rezidentlər üzrə məsul şəhsi, Uşaq Cərrahlığı kafedrasının assistenti Dr.Namiq Xəlilov birgə təşkilatçılığı ilə və moderatorlugla keçirilmişdir. 
INSTAGRAM POST – İsrailli mütəxəssislər həkim-cərrahlarımzı yeni üsulla tanış edib…..

Facebook Comments