SƏBİNƏ ƏSGƏROVA CƏRRAH-ONKOLOQ-MAMMOLOQ

Cərrah Onko-Mammoloq Əsgərova Səbinə Etibar qızı 1993cü ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 2016-cı ildə  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsini (Russiya Federasiyası, Moskva) fərqlənmə ilə bitirmişdir.  Universiteti fərqlənmə ilə bitirdikdən sonra həmin il Gürcüstanin Tbilisi şəhərində “New Vision” Universitetində Onkologiya ixtisası üzrə rezidenturaya qəbul olmuş və 2021-ci ildə müvəffəqiyyətlə rezidentura proqramını bitirərək ölkəmizə qayıtmışdır.

S.E.Əsgərova Moskvada və Tiflisdə təhsil aldığı Universitetlərin ictimayi həyatında, Beynəlxalq konqresslərin təşkilində fəal iştirak etmişdir.
Xaricdə təhsil aldığı müddətdə daimi olaraq ölkəmizi təmsil etdiyi hissi ilə yaşamış və bu səbəbdən Birinci Moskva Dövlət Tibb Universitetində, eləcə də “New Vision” Universitetində (Gurcüstan) professor-müəllim heyəti arasında rəğbət qazanmışdır.
S.E.Əsgərova onkoloji xəstəliklərin müayinə və müalicəsində tətbiq edilən Beynəlxalq Kliniki protokollara əsaslanmış taktikalarla yaxından tanış olmuş və müvafiq əməliyyatların icrasında iştirak etmişdir.

CƏRRAH ONKO-MAMMOLOQ SƏBİNƏ ƏSGƏROVANIN TERAPEVTİK VƏ CƏRRAHİ YOLLA MÜALİCƏ ETDİYİ XƏSTƏLİKLƏR:
Süd vəzisinin diffuz fibroz kistoz mastopatiyası
Süd vəzisinin fibroadenoması
Süd vəzisinin axardaxili papilloması
Mastit
Süd vəzisinin xoşxassəli şişləri (fibroadenoma, axardaxili papilloma və s.)
Süd vəzisinin bədxassəli şişləri
Süd vəzisinin onkoplastik cərrahiyyəsi
Süd vəzisinin kiçildilməsi (reduksion mammoplastika)
Süd vəzisinin dikləşdirilməsi

DR. SƏBİNƏ ƏSGƏROVANIN İCRA ETDİYİ ƏMƏLİYYATLAR:
Süd vəzisinin onkocərrahiyyəsi
Turcut biopsiyası, incə iynəli biopsiya
Süd vəzisinin sektoral rezeksiyası
Mastektomiya
Süd vəzisindən sistlərin aspirasiyası

DOKTOR SƏBİNƏ ƏSGƏROVANIN ÜZVÜ OLDUĞU QURUMLAR:
Rusya Sud vezi xestelikleri Mutexessisleri Assosiasiyasi
Azerbaycan sud vezi xestelikleri mutexessisleri Assosiasiyasi
Gurcustan sude vezi xestelikleri mutexessisleri Assosiasiyasinin uzu

CƏRRAH ONKO-MAMMOLOQ SƏBİNƏ ƏSGƏROVANIN
ƏLAQƏ TELEFONU:

Mob. 0517270671;
Email – [email protected]
I.M. Sechenov First Moscow State Medical University
Oncology Center of Georgia Medical University


İNSTAGRAM PAGE – SƏBİNƏ ƏSGƏROVA CƏRRAH MAMMOLOQ-ONKOLOQ

Facebook Comments