SƏDRƏDDİN ATAKİŞİZADƏ – İNFEKSİONİST, HEPATOLOQ, QASTROENTEROLOQ, TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR

Sədrəddin Atakişizadə
Sədrəddin Atakişizadə infeksionist, tibb elmləri doktoru, professor
Atakişizadə Sədrəddin Abdulla oğlu 20 Yanvar 1966-cı ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun Murxuz kəndində anadan olmuşdur.
1982-ci ildə orta məktəbi bitirdikdən sonar Sovet İttifaqı ordusunda hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətdən sonra 1986-1992-illərdə Azərbaycan Tibb Universitetində ali təhsil almışdır.
1992-ci ildə ATU-nu fərqlənmə diploma ilə bitirərək elə həmin universitetin Yoluxucu xəstəliklər kafedrasında saxlanmışdır.
1993-1995-ci illərdə ATU Yoluxucu xəstəliklər kafedrasında klinik ordinator kimi çalışmışdır.
1995-1998-ci illərdə həmin kafedrada aspirantura təhsili almışdır.
1998-ci ildə ATU Yoluxucu xəstəliklər kafedrasında aspiranturanı müvəffəqiyyətlə bitirərək “Əsnək difteriyasının kompleks müalicəsində maqnitoterapiyanın tətbiqi” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
1998-ci ildə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
Daha sonra həmin kafedrada assistent vəzifəsində çalışmışdır.
Orada çalışmaqla bərabər 2002-2007-ci illərdə Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzində director vəzifəsində işləmişdir.
Daha sonra ATU Yoluxucu xəstəliklər kafedrasında dosent vəzifəsində çalışmışdır.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası 2014-cü ildə fəaliyyətə başladığı ilk günlərdən bu klinikada İnfeksion xəstəliklərə nəzarət şöbəsinin müdiri vəzifəsində orada işə başlamışdır.
Həkim-infeksionist, hepatoloq, qastroenteroloq ixtisaslarına yiyələnmişdir və xəstələrin müalicəsi ilə məşğul olmuşdur bu müddət ərzində.
2020-ci ildə “Xəstəxanadaxili infeksiyaların etioloji strukturu və risk amilləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
Hal-hazırda ATU Yoluxucu xəstəliklər kafedrasının professor, tibb elmləri doktoru kimi fəaliyyət göstərməklə yanaşı ATU Tədris Cərrahiyyə Klinikasında Yoluxucu xəstəliklərə nəzarət şöbəsinin müdiri vəzifəsində də çalışır.
Bu müddət ərzində doctor Sədrəddin Atakişizadənin 200-ə yaxın elmi əsərləri, o cümlədən məqalə və tezisləri çapdan çıxıb.
Həmçinin onun müəllifi olduğu 2 dərs vəsaiti, 2 monoqrafiya çapdan çıxıb.
Bütün bunlarla birlikdə professor Sədrəddin Atakişizadə istər koronavirus infeksiyasının tüğyan etdiyi dövrdə, istərsədə son illərdə rast gəlinən bir sıra yoluxucu, infeksion xəstəliklərlə mübarizədə, bu infeksiyaların düzgün müayinə və müalicəsində yaxından iştirak etmişdir.
Yeri gəlmişkən, Koronaviruslu xəstələrin müalicəsində Tədris Cərrahiyyə Klinikasının rolu danılmazdır.
Sədrəddin Atakişizadə koronavirusla mübarizəyə ayrılmış ATU TCK-da həmin aylarda klinikanın yeganə infeksionist mütəxəssisi olaraq 2000-dən çox xəstəyə qulluq göstərmiş, onların müalicə təyinatı ilə tək məşğul olmudur. .
Tibb elmləri doktoru Sədrəddin Atakişizadə hazırki əmək fəaliyyəti dövründə müxtəlif efirlərdə və tədbirlərdə əhalinin infeksion xəstəliklər barədə maarifləndirilməsində də fəal iştirak edir.
İnfeksion xəstəliklərdən hal-hazırda yayılan qızılca, parotit, koronavirus, influenza, qrip infeksiyaların müalicəsi ilə geniş məşğul olur.
Bununla yanaşı virus hepatitlərinin, xüsusən də hepatit B və Hepatit C-in geniş yayıldığını nəzərə alaraq bu virusların müalicəsi ilə də məşğuldur.
Onu da qeyd etmək lazımdır ki, B və C hepatitlərinin hazırki dövrdə diqnostikası və tam müalicəsi doktor Atakişizadə tərəfindən həyata keçirilməkdədir.
doktor Sədrəddin Atakişizadə B, C hepatitlərindən sonra yaranan Qaraciyər sirrozunun ayrı-ayrı mərhələlərində müalicəsi ilə də məşğuldur və insanların sağlamlığa qovuşmasında xidmət göstərir.
Bu müddət ərzində doktor Sədrəddin Atakişizadə bir infeksionist, qastroenteroloq, hepatoloq kimi beynəlxalq səviyyədə keçirilən əksər elmi-praktik konfranslarda, o cümlədən Almaniyada, Fransada, Türkiyədə, Gürcüstanda, Rusiya Federasiyasında, Belarusiyada, Qırğızıstanda, Özbəkistanda keçirilən konfrans və simfoziumlarda Azərbaycanı təmsil etmiş, ölkəmizdə infeksion xəstəliklərlə mübarizədə təcrübələrini xari həmkarları ilə bölüşərək çıxışlar etmişdir.
İştirak etdiyi konfranslarda sertifikatlarla təltif edilmişdir.
ATU-nu beynəlxalq tibbi konfranslarda təmsil edərək öz elmi əsərləri və klinik təcrübələri əsasında günümüzün actual mövzularında etdiyi çıxışları maraqla qarşılanmış və müzakirələrə səbəb olmuşdur.
Azərbaycan və Türkiyənin İnfeksionistlər Cəmiyyətlərinin həqiqi üzvüdür.
Eyni zamanda Bernəlxalq Hepatoloqlar Cəmiyyətinin üzvüdür.
Fəaliyyət göstərdiyi müddət ərzində dövlətin rəsmi qurumları tərəfindən, o cümlədən Səhiyyə nazirliyi, ATU rəhbərliyi tərəfindən təşəkkürnamələr almışdır.

DOKTOR SƏDRƏDDİN ATAKİŞİZADƏ İLƏ ƏLAQƏ
050-324-84-26,
055-324-84-26
ATU TCK

FACEBOOK PROFİLE – DOKTOR SƏDRƏDDİN ATAKİŞİZADƏ 
Qorxulu hepatit yayan stamotoloji kabinetlər..
Sulu qelyan debi:narkotike meyllilik, yoxsa tehlükeli xestelik?
Difteriya, angina, infeksion mononukleoz [Mətn] / S. A. Atakişizadə ; ATU. – Bakı : Gənclik, 2015. – 144 s. : şək. ; 21 sm. – 100 nüs.

VİDEO  YOUTUBE – Sədrəddin Atakişizadə – Qaraciyər xəstəlikləri
VİDEO YOUTUBE -Sədrəddin Atakişizadə – Qaraciyər hepatitləri
VİDEO YOUTUBE – Hekim-infeksionist Sedreddin Atakişizade. Virus Hepatitlerinin elametleri. Serfeli sağalma üsulu.

Facebook Comments