ŞAHİN MUSAOĞLU ƏBİLOV USM HƏKİMİ, ŞAİR, BƏSTƏKAR, İCTİMAİ XADİM

Şahin Musaoğlu (Şahin Əbilov11 iyul 1963QızılağacMasallı rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri,İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü,MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laueratıdır. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü
Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980-86-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş.Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür.
1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş.Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.
Ş.Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur “Əsgər marşı”ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir.
Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-“İgid Əsgər, Möhkəm Dayan! “ ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş “Qərib Karvan” , Milli Ordunun ilk batalyonu haqda yazılan “Birinci Batalyon” , “Cənab Leytenant” və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır.
Ş.Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir.
Sözləri böyük şairimiz Bəxtiyar Vahabzadəyə məxsus “Bay yurdum” , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı “Bismillah”, yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi “Yalquzaq” poeziyamıza Bozqurd harayı gətirmiş Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı” şeirinin sözlərinə bəstələdiyi eyni adlı mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.

ŞAHİN MUSAOĞLU 6 KİTABIN MÜƏLLİFİDİR:
1.”İgid Əsgər Möhkəm Dayan” ,
2. “Yaşamaq gözəldir,Yaşatmaq sonsuz” ,
3. “Ağ Ümid” ,
4. “Cəng əsgəri
ييجيت سولدير الوقوف ثابتة”. 5.Güllədən biçilmiş bir köynək
6.Светить всегда, светить везде!
Həmçinin onlarla bədii ,elmi məqalələrin müəllifi olan Ş.Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasseti çıxıb.

ŞAHİN MUSAOĞLUNUN MUSİQİ ƏSƏRLƏRİNİN SİYAHISI:
“İgid Əsgər Möhkəm Dayan”
“Çağırır Vətən”
“Vətən Əmanəti”
“Öncə Vətəndir”
“İstiqlal marşı”
“And İçirik”
“Cənab Leytenant”
“Ağ Ümid”
“Birinci Batalyon”
“Səma Şahinləri”
“Səfərbərlik Marşı”
“Yurd həsrəti”
“Azadlıq yanğısı”
“Qəlbin Payızı”
“Bismillah”
“Yalquzaq”
“Torpaq”
“Salam,dar ağacı”
“Yollar Yordumu Səni”
“Bay Yurdum”
“Türkün bayrağına”
“Veteran marşı”
“Çağırışçı marşı”
“Elegiya”
“Tanrımı apardı,özünmü getdin?”
“Daha Ayrılmarıq”
“Rəqqas insan”
Yaşa Yaşa Azərbaycan
Zaman bizim Zamandı
Biz sizi unutmadıq
Gedirəm Zəngilana
Dövlət mənəm

ŞAHİN MUSAOĞLUNUN SÖZLƏRİNƏ YAZILMIŞ MAHNILAR:
Ölkəm
Bura Azərbaycandır
Qarabağ Azərbaycandır
Vətəndir ünvanımız
Heç kim unudulmur.
Şuam mən sənə qayıtdım.
Rübailər
Bayraq çağırır sizi
Könüllər fırtınası

ŞAHİN MUSAOĞLUNUN MİLLİ QƏHRƏMAN MUBARİZ İBRAHİMOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ BƏDİİ ƏSƏRLƏRİ VƏ TAMAŞALARI.
“Mübariz”pyesi
“Mübariz” Liberettosu
“Mübariz” radio tamaşası

ŞAHİN MUSAOĞLUNUN ESSELƏRİ:
On altı ilin savaş hekayəsi
Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.–
Adları əbədi yaşayacaqdır” və ya “Yalnız Tanrı bilir
Herkes ona “Bey” derdi — Türkiyə Cümhuriyəti Bütün Dünya dərgisi 1.aralık.2014
Nizami Gencevi — Türkiyə Cümhuriyəti Bütün Dünya dərgisi 1.şubat.2016
Adsız Qəhrəmanlar
Əmir Teymurun qılıncı

ŞAHİN MUSAOĞLUNUN HƏKİM-MÜTƏXƏSSİŞ KİMİ
ƏMƏK FƏALİYYƏTİ VƏ HAZIRKİİŞ YERİ:
Doktor Şahin Musayev hal-hazırda “Medserviz” Özəl Tibb Mərkəzinin poliklinika müdiri və “Badam Medikal Center” klinikasının diaqnostika şöbəsinin müdirir vəzifəsində çalışır.

YOUTUBE CHANNEL – ŞAHİN MUSAOĞLU. BƏSTƏKAR, ŞAİR, HƏKİM
FACEBOOK PROFİLE – ŞAHİN MUSAOĞLU 
İNSTAGRAM PAGE – ŞAİR, BƏSTƏKAR, HƏKİM ŞAHİN MUSAOĞLU
WIKIPEDIA- ŞAHİN MUSAOĞLUNUN WIKIPEDIA SƏHİFƏSİ

YOUTUBE VİDEO – VƏTƏNPƏRVƏRLİK BİR İDEOLOGİYADIR.Şahin Musaoğlu — “Yenilməyən Tankçılar” | Mədəniyyət TV
YOUTUBE VİDEO – ORDU XALQIMIZIN ŞƏRƏF VƏ QÜRUR MƏNBƏYİDİR.Şahin Musaoğlu — “Ordu bir millətin qeyrət məsələsidir” | Mədəniyyət TV
FACEBOOK VİDEO – ŞAHİN MUSAOĞLU. Master klass Elastography
FACEBOOK VİDEO – ŞAHİN MUSAOĞLU: DÜNYADA VƏTƏNİN ƏSGƏRİ OLMAQDAN DAHA ŞƏRƏFLİ PEŞƏ YOXDUR
FACEBOOK VİDEO – “Səni dörd göz ilə gözləyənlər var Səni göz yaşında gizləyənlər var Axır nəfəsində özləyənlər var… Zəfərin mübarək Azərbaycanım” ŞAHİN MUSAOĞLU. 
YOUTUBE VİDEO – “Cənab Leytenant” M/N-nin nümunəvi orkestr müşayiəti ilə
YOUTUBE VİDEO – Shirin Huseynov – Çağırış Marşı
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Gecələr
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Yol Gedirəm Yurd Yerinə
YOUTUBE VİDEO – Şahin Musaoğlu – Əsgər Vətən Əmanəti Balladası
YOUTUBE VİDEO – ŞAHİN MUSAOĞLU. YURD HƏSRƏTİ
YOUTUBE VİDEO – ŞAHİN MUSAOĞLU. GEDİRƏM ZƏNGİLANA
YOUTUBE VİDEO – ŞAHİN MUSAOĞLU. ÇAĞIRIR VƏTƏN. 
YOUTUBE VİDEO – ŞAHİN MUSAOĞLU. AZƏRBAYCAN. 
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Yalquzaq (İfa: Şəmistan Əlizamanlı)
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Vətən Əmanəti (İfa: Şəmistan Əlizamanlı)
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Yollar Yordumu Səni (İfa: Şəmistan Əlizamanlı)
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Elegiya (İfa: Viola)
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Space TV | “Günaydın Azərbaycan”
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Ağ Ümid (İfa: Səbinə Ərəbli)
YOUTUBE VİDEO – HƏRBİ VƏTƏNPƏRVƏRLİK ÖZFƏALİYYƏT QƏBUL ELƏMİR….Şahin Musaoğlu — “Yenilməyən Tankçılar” | Mədəniyyət TV
YOUTUBE VİDEO –Şahin Musaoğlu — “Mübariz” | Radio Tamaşa
YOUTUBE VİDEO – Haqqınızı Halal Edin! — Şahin Musaoğlu | 17.01.2020 | Opera | Mədəniyyət TV
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Mədəniyyət TV | “Səhərçağı”
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Zaman Bizim Zamandır!
YOUTUBE VİDEO – Üçrəngli Köynək Gəlir! — Şahin Musaoğlu | 17.01.2020 | Opera | Mədəniyyət TV
YOUTUBE VİDEO – Şahin Musaoğlu — “İgid Əsgər Möhkəm Dayan!” mahnısının tarixçəsi | Naxçıvan TV
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Veteran Marşı (İfa: Ülkər Əliyeva və İlkin Əhmədov) | 09.05.2020 | Mədəniyyət TV
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Qurban Türkün Bayrağına
YOUTUBE VİDEO -Şahin Musaoğlu — Səfərbərlik Marşı
YOUTUBE VİDEO – Şahin Musaoğlu — “İgid Əsgər Möhkəm Dayan” mahnısının yaranma tarıxçəsi | Mədəniyyət TV
YOUTUBE VİDEO – VƏTƏNPƏRVƏRLİK HƏR KƏSİN ÖZ SƏNƏTİNƏ, PEŞƏSİNƏ OLAN SƏDAQƏTİNDƏN BAŞLAYIR. Şahin Musaoğlu — “Rəsmini çək desələr, ay ulduzlu bayrağımı çəkərəm” | Mədəniyyət TV
YOUTUBE VİDEO – Şahin Musaoğlu — MTV | “10-da görüşək”
YOUTUBE VİDEO – ŞAHİN MUSAOĞLU. AND İÇİRİK
YOUTUBE VİDEO – Şahin Musaoğlu — ANS TV | “Qulp” | 2-ci hissə
YOUTUBE VİDEO – Şahin Musaoğlu — Bay Yurdum (İfa: Şəmistan Əlizamanlı)
YOUTUBE VİDEO – Şahin Musaoğlu — “Cənab Leytenant 55” yubiley tədbir

Facebook Comments