ZAUR ƏLİYEV DAMAR CƏRRAHI, TİBB ÜZRƏ FƏLSƏFƏ DOKTORU

ZAUR ƏLİYEV. DAMAR CƏRRAHI
Damar cərrahı, doktor Əliyev Zaur Mübariz oğlu 1973-cü il, 20, 07 tarixində anadan olmuşdur.
20 illik həkimlik təcrübəsinə sahibdir.
Doktor Zaur Əliyev 1990-1996-cı illərdə N.İ. Piraqov adına Rusiya Milli Elmi Tədqiqat Tibb İnstitutunda ali tibbi təhsil almışdır.
1996-1998-ci illərdə doktor Zaur əliyev Filatov adına 15 nömrəli Şəhər Xəstəxanasında cərrahiyyə üzrə kliniki ordinaturada olmuşdur.
Daha sonra Azərbaycanda akademik Topçubaov adına Elmi Tədqiqat Kliniki Təbabət İnstitutunda (Hazırda ora Elmi Cərrahiyyə Mərkəzi adlanır) aspirantura təhsili almışdır.
2005-2008-ci illərdə Doktor Zaur Əliyev Akadmeik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Damar cərrahiyyəsi şöbəsində elmi iş üzərində işləyərək Tibb Elmləri Namizədi dissertasiyasını müdafiə etmiş və həmin elmi dərəcəyə yiyələnmişdir.
DOKTOR ZAUR ƏLİYEVİN İŞTİRAK ETDİYİ KURSLAR:
Doktor Zaur Əliyev 2012-2013-cü illərdə Tükiyədə, Ankara Yüksek Eğitim Araşdırma Hastanesində dammar cərrahiyyəsi üzrə ixtisasartırma kursunda olmuşdur.
2016-cı ildə Skilosofski adına Elmi Tədqiqat İnstitutunda damar cərrahiyyəsi üzrə ixtisas təhsilini davam etdirmişdir.
2016-cı ildə doktor Zaur Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Damar cərrahiyyəsi üzrə peşə sertifikatı verilib.
İŞ TƏCRÜBƏSİ:
Doktor Zaur əliyev akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində dammar cərrahı və elmi əməkdaş işində çalışmıdır.
Hal-hazırda Bakı Sağlamlıq Mərkəzində damar cərrahı işləyir.
Dr.Zaur Əliyev 2020-ci il 27 Sentyabr tarixində Ermənistan təcavüzü altında olan Azərbaycanın Qarabağ və ətraf rayonların düşmən tapdağından azad olunması uğrunda haq davasında ordumuza tibb yardım göstərilməsi üçün həkim cərrah kimi cəbhə bölgəsinə yollanmış, müharibənin sonunadək hospitallarda olmuşdur.
DOKTOR ZAUR ƏLİYEVLƏ ƏLAQƏ TELEFONU:
+994 77 333 49 73
DOKTOR ZAUR ƏLİYEVİN ŞƏXSİ FACEBOOK SƏHİFƏSİ

Facebook Comments