Neyrocərrahlıq. Kitab. Müəlliflər: Sabir Etibarlı. R.Həsənov

Neyrocərrahlıq.

Kitab. Müəlliflər: Sabir Etibarlı. R.Həsənov
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15.04.2004 tarixli 201 N-li əmri ilə təsdiq edilmişdir.
Dərslikdə neyrocərrahlığın ümumi və xüsusi bölmələri haqqında geniş məlumat verilmişdir. Kitabda neyrocərrahlığın inkişaf tarixi, neyrocərrahi xəstəliklərin (Mərkəzi sinir sistemi travmaları, şişləri, iltihabi, parazitar, damar xəstəlikləri, inkişaf qüsurları və s) etiologiya, patogenez, klinika, diaqnostika və cərrahi müalicə üsulları haqqında müasir məlumat verilmişdir.
Neyrocərrahlıq təbabətin yeni, hələ tam öyrənilməmiş sahələrindən biridir. Bu tədris vəsaitinin məqsədi geniş tibb ictimaiyyəti və Tibb Universitetinin tələbələrini sinir sistemi xəstəliklərinin cərrahi müalicəsinin imkanları ilə tanış etməkdən ibarətdir.
Kitabda müasir neyrocərrahlığın ümumi məsələləri, onun inkişaf tarixi, hipertenziya sindromu, beyin şişləri, mərkəzi sinir sisteminin travmatik, damar, iltihabi, parazitar xəstəlikləri, osteoxondroz, anadangəlmə qüsurlar, epilepsiya və ağrı neyrocərrahlığının əsas məslələri barədə müfəssəl məlumat verilmişdir.
Neyrocərrahi xəstəliklərin yaş xüsusiyyətlərin yaş xüsusiyyətinə xüsusi diqqət yetirilmişdir.
Əsər Azərbaycan dilində neyrocərrahlıqdan ilk vəsaitdir. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika, pediatriya və stomatologiya fakultələrinin tədris proqramına uyğun tərtib edilmişdir.
Ümumi ixtisaslı həkimlər, nevropatoloqlar, gənc neyrocərrahlar və Tibb Universitetinin tələbələti üçün nəzərdə tutulmuşdur.

Həmçinin bax:
Neyrocərrahiyyə
Sabir Etibarlı – ATU Neyrocərrahiyyə Kafedrasının müdiri

Facebook Comments