CABİR GÜLMALIYEV. ÜRƏK-DAMAR CƏRRAHI.

 Cabir Məhərrəm oğlu Gülmalıyev 09 iyun 1987-ci ildə Naxçıvan MR Şahbuz rayon Əzizbəyov (indiki Daylaqlı) kəndində müəllim ailəsində anadan olub.
2004-cü ildə Naxçıvan şəhərində özəl liseyi fərqlənmə attestatı ilə bitirib və həmin il Türk Cumhuriyyətləri Sınavı (TCS) imtahanında iştirak edərək Türkiyə Respublikası İzmir şəhərindəki Egey Universiteti Tibb fakultəsinə qəbul olunub.
5 il tibb təhsili və 1 il Egey Universiteti Tibb Fakultəsi Xəstəxanasında internatura keçdikdən sonra magistr diplomu və “tibb doktoru” ünvanı ilə 2010-cu il iyul ayında məzun olmuşdur.
Tibb təhsili müddətində Cabir Gülmalıyev Ürək-Damar Cərrahiyyəsinə xüsusi maraöı olduğu üçün Egey Universiteti Tibb Fakultəsi Ürək-Damar Cərrahiyyəsi kafedrasında könüllü olaraq çalışmış, əməliyyatlarda iştirak etmişdir.

2010-cu il dekabr ayında Cabir Gülmalıyev Türkiyə Respublikasında keçirilən Tibbdə Uzmanlıq imtahanında iştirak edərək İstanbul Bakırköy Dr.Sadi Konuk Elmi-Tədqiqat Xəstəxanası Ürək-Damar Cərrahiyyəsi şöbəsində uzmanlıq (rezidentura) təhsili almaq üçün haqq qazanmışdır.
Uzmanlıq (rezidentura) təhsili müddətində Cabir Gülmalıyev Türkiyə Respublikasında, həmçinin Tailand, İsveç vs. ölkələrdə keçirilən Ürək və Damar cərrahiyyəsi ilə bağlı müxtəlif beynəlxaq konfranslarda və təkmilləşmə kurslarında iştirak etmişdir.
Həmçinin 2011-2016 illər rezidentura təhsili müddətində Cabir Gülmalıyev İstanbul şəhərində Acıbadem, Medicalpark və Kolan xəstəxana şəbəkələrində növbətçi ürək-damar cərrahı kimi fəaliyyət göstərmişdir.

Nəhayət 2016-cı ildə Cabir Gülmalıyev  tibb təhsilini yekunlaşdıraraq tam təkmilləşmiş şəkildə ürək-damar cərrahiyyəsi mütəxəssisi olaraq vətənə qayıdır və vətən qarşısında borc bildiyi Hərbi xidmətə başlayır.
Naxçıvan Hərbi hospitalda Cabir Gülmalıyev  hərbi xidmət zamanı hərbi qulluqçuların damar xəstəliklərinin müalicəsi və cərrahi əməliyyatlar həyata keçirir.
2016-2018-ci illər hərbi xidmətlə yanaşı Cabir Gülmalıyev Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 300-dən çox açıq ürək əməliyyatı həyata keçirmişdir.
Naxçıvan şəhərində tamamilə yerli kadrlardan ibarət ürək-damar cərrahiyyəsi komandası formalaşdırmış və Naxçıvan tarixində ilk dəfə başqa bölgələrdən dəstək olmadan yerli kadrlarla ürək əməliyyatları həyata keçirmişdir.
Həmçinin Naxçıvanda ilk dəfə ciddi ağciyər çatışmazlığı olan bir xəstə süni ürək-ağciyər cihazı  (venovenoz ECMO) dəstəyi ilə müalicə olunmuşdur.
2017-ci ildə Cabir Gülmalıyev  Muxtar Respublikada səhiyyənin inkişafına verdiyi töhfələrə görə Naxçıvan MR Səhiyyə nazirliyi tərəfindən əməkdə xüsusi xidmət və nailiyyətlərə görə fəxri fərmanı ilə təltif olunmuşdur.

2018-cil ildə doktor Cabir Gülmalıyev Bakı şəhərində yeni açılan Bona Dea International hospital tərəfindən dəvət almış və həmin xəstəxanada Ürək-Damar Cərrahiyyəsinin şöbə müdiri olaraq fəaliyyətə başlamışdır. Xəstəxanada adı çəkilən şöbənin qurulması və açıq ürək əməliyyatlarının başlanmasının təşkilində aktiv rol almışdır.

2018 ci ilin sonunda uzman doktor Cabir Gülmalıyev həmin xəstəxanada Baş direktorun Tibb Məsələləri üzrə müavini, sonrasında isə Baş Direktorun Birinci Müavini təyin olunmuşdur.
Hal-hazırda Cabir Gülmalıyev Bona Dea İnternational Hospitalda Baş Direktorun Birinci Müavini və Ürək-Damar Cərrahiyyə Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir.

Cabir Gülmalıyev Türkiyə Respublikasında və beynəlxalq elmi jurnallarda (SCI və SCİ-E) dərc olunmuş onlarla məqalənin müəllifidir.

DOKTOR CABİR GÜLMALIYEVLƏ ƏLAQƏ TELEFONU:
051-693-53-35, 050 693 53 35


ÜRƏK-DAMAR CƏRRAHI CABİR GÜLMALIYEVİN FACEBOOK SƏHİFƏSİ
ÜRƏK-DAMAR CƏRRAHI, UZMAN DOKTOR CABİR GÜLMALİYEV – İNSTAGRAM SƏHİFƏSİ
DOKTOR CABİR GÜLMALIYEVİN ŞƏXSİ FACEBOK PROFİLİ
DOKTOR CABİR GÜLMALIYEVİN ŞƏXSİ WEB SAYTI – DRCABİR.COM
DOKTOR CABİR GÜLMALIYEV – BONA DEA HOSPİTAL – HƏKİM HAQQINDA 
Bona Dea Beynəlxalq Hospitalının baş həkimi sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib
Cabir Gülmalıyev: “Təbəssüm Məmmədovaya əlimizdən gələn köməyi etmişik”
VİDEO XƏBƏR – Koronavirus şayiəsini yayan şəxsə qarşı profilaktik tədbir görülüb


VİDEO – BONA DEA İNTERNATİONAL HOSPİTAL. DR. CABİR GÜLMALIYEV.
ÜRƏK-DAMAR CƏRRAHİYYƏSİ

VİDEO – ÜRƏK ƏMƏLİYYATINDA YENİ ÜSUL
VİDEO – SOL ATRİUMDAN MİKSOMA EKSİZYONU – ÜRƏK ƏMƏLİYYATI
VİDEO – ECMO uygulaması – ‘Kirli’ ve ‘Temiz’ Kan
VİDEO – DOKTOR CABİR GÜLMALIYEVİN YOUTUBE KANALI
VİDEO – Trikuspid qapaq endokarditinə bağlı sepsis+ağciyər emboliyası və pnevmaniya. KİÇİK KƏSİKLƏ ƏMƏLİYYAT

   

 

Facebook Comments