Y.Ə.Yusubov, S.Y.Bilalzadə. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Kitab.

Y.Ə.Yusubov, S.Y.Bilalzadə. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya
Yenidən işlənilmiş və əlavələr olunmuş 2-ci nəşr.  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 679 saylı əmri ilə ali məktəblər üçün dərslik kimi təsdiq edilmişdir.

Cərrah xəstəliklərin etiologiyası, patogenezi, diaqnostikası və müalicəsi sahəsində böyük müvəffəqiyyətlər əldə edilməsinə baxmayaraq, cərrahiyyə bu gün də təbabətin ən aktual sahələrindən biri olaraq qalır. Ona görə də Tibb Universitetində təhsil alan gələcək həkimlərə cərrahlıq, eləcə də ümumi cərrahlıq sahəsində zəruri biliklərin verilməsi vacib məsələdir. Bu isə yalnız ümumi cərrahlığa aid zəruri biliklərin verilməsini təmin etməklə, gələcək həkim kadrların hazırlanmasına öz töhfəsini verəcəkdir.

Stomatologiya fakültəsinin təsdiq olunmuş tədris proqramına uyğun latın qrafikası ilə yazılmış bu ilk dərslikdə tələvələr üçün cərrahiyyənin ümumi məsələləri (antiseptika, aseptika, ağrısızlaşdırma, qanaxma və qanköçürmə, zədələnmələr, cərrahi infeksiya, damar və parazitar xəstəliklər, onkologiya, transplantologiya) haqqında biliklər verilmişdir. Gənc stomatoloqların seçdikləri ixtisasdan asılı olmayaraq, onların cərrahiyyənin ümumi məsələlərinə aid göstərilən biliklərə yiyələnmələri məqsədəuyğundur.

Bu kitab cərrahlığa dair çoxillik təcrübəmizə əsaslanaraq yazılmış orijinal dərslik olub, çoxsaylı şəkillərlə illüstrasiya edilmişdir və elmin son nailiyyətlərini özündə əks etdirir.

Ümid edirik ki, dərslik stomatologiya fakültəsində təhsil alan tələbələrlə yanaşı, ümumi cərrahlar, üz-çənə cərrahları, rezidentlər üçün də faydalı olacaqdır.

Dərslik haqqında rəy və təkliflərini bildirən oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk.

Ön söz

Müasir dövrdə cərrahi stomatologiya, üz-çənə cərrahiyyəsi yüksək inkişaf mərhələsinə çataraq, artıq kranio-maksilo-fasial cərrahiyyə adına məxsus səviyyəyə uyğun gəlir. Bunu həril Avropa, Beynəlxalq kəllə-üz-çənə cərrahiyyə assosiasiyasının konqresləri sübut edir.

Hazırda yüksək səviyyəli praktik həkimlər, elmi işçilərin hazırlanması dövlət üçün vacib problemlərdən sayılır. Bunun üçün hər bir sahədə ilk növbədə elmi-texniki baza, müasir tələblərə cavab verən, dövrə uyğun ədəbiyyat olmalıdır.

Azərbaycan 1991-ci ildən bəri müstəqil ölkədir, dövlət dili Azərbaycan dilidir.
Müasir elmi-texniki baza əsasında orta və ali tədris ocaqlarında indiki tələblərə və Avropa standartlarına uyğun tədris proqramlarının hazırlanıb həyata keçirilməsi dövlət miqyaslı çox vacib problemlərdəndir.
Bu barədə artıq ölkədə xeyli işlər görülməkdədir.
Bunlarla yanaşı, hər bir sahədə, o cümlədən təbabətdə yüksək səviyyəli ixtisasçı kadrların hazırlanması üçün yeni tədris proqramı üzrə Azərbaycan dilində hərtərəfli məlumat verən metodik tövsiyələr, dərsliklər müntəzəm olaraq yenidən işlənib nəşr olunmalıdır. Azərbaycan dilində ilk dəfə 1996-cı ildə bizimlə çap olunmuş dərslik “Poliklinikada cərrahi stomatoloji yardım” müasir tələblərə cavab vermir. Bu dərslikdə verilən material adından məlum olduğu kimi, ambulator cərrahi stomatologiyanı əhatə edir.

Bu kitabın buraxılmış ilk nəşrindən isə artıq altı il keçir. Kitabın nüsxələri çoxdan qurtarıb və həkimlərin, tələbələrin buna böyük ehltiyacı olduğu müşahidə edilir. Elmin müasir inkişafı, təcrübi təbabətin indiki tələbatı kitabın yenidən işlənilməsinə, fəsillərin çoxunda yazıya əlavələr edilməsinə və ən əsası isə çoxsaylı illüstrativ vəsaitlərə yer verilməsini zəruri etmişdir.

Kitab müasir elmi, praktiki təbabətin nailiyyətləri nöqteyi-nəzərindən yazılmışdır və üz-çənə cərrahiyyəsinin hər bir fəsili geniş şərh olunmuşdur.

kitabın giriş hissəsində cərrahi stomatoloji xəstələrin müayinəsi, ağrısızlaşdırmalar, dişlərin çəkilməsi müasir tələblərə uyğun yazılmışdır.

İltibahlı xəstəliklər haqqında məlumat-patologiyanın etiologiyası, patogenizi, klinikası, mikrofların rolu, makroorqanizmin immun sisteminin vəziyyəti, müalicə və reabilitasiya tədbirləri zəmanəyə uyğun, yeni baxışla verilmişdir.

Ağız suyu vəzilərinin iltihabı xəstəliklərinin etiologiya, patogenezinə və müalicə üsullarına müasir elmi baxışla yanaşılmışdır.

Üz orqanlarının spesifik iltihabı xəstəliklərinin, gicgah-çənə oynağı xəstəliklərinin etiologiya, patogenezi, klinika və müalicəsi haqqında geniş məlumat verilmişdir.

Üz-çənə nahiyəsi toxumalarının sülh dövründə zədələnmələri, odlu silahla yaralanmaları geniş izah olunmuş, üz skeleti sümüklərinin sınıqlarının yeni fiksasiya üsulları göstərilmişdir.

Kitabda üz-çənə nahiyəsinin xoşxassəli, bəsxAssəli şişlərinin və şişəbənzər törəmələrinin diaqnostikası, müalicəsi və profilaktikası haqqında müasir baxışla geniş yer verilmiş, yeni cərrahi üsullar işlənilmişdir.

Dental implantasiya müasir dövrün tələbləri nəzərə alınmaqla, geniş işıqlandırılmışdır. Dental implanktasiyaya göstəriş, əks göstərişlər, əməliyyatın aparılma texnikası, həmçinin fəsadlar barədə ətraflı yazılmışdır.

Kitab üz-çənə cərrahiyyəsinin nəzəri və təcrübi məsələlərini tələbələr və həkimlər tərəfindən dərindən mənimsəməyə imkan verəcək və bu sahədə praktik həkimlərə gündəlik işlərində kömək göstərəcəkdir.

Kitabda olan nöqsanların qeydinə və təkliflərə görə müəlliflər oxuculara öncədən öz minnətdarlığını bildirirlər və deyiləcək irad və təkliflərin gələcəkdə kitabın mükəmməlləşməsinə kömək edəcəyindən əmindirlər.

Ağız və üz çənə cərrahiyyəsi
Çingiz Rəhimov – Professor
Yunis Yusubov – Professor 

Facebook Comments