ÇİNGİZ RƏHİMOV. ÜZ-ÇƏNƏ CƏRRAHI. PROFESSOR

Çingiz Rəhim oğlu Rəhimov — tibb elmləri doktoru, professorATU ağız və üz çənə cərrahiyyəsi kafedrasının müdiri

PROFESSOR ÇİNGİZ RƏHİMOVUN HƏYATI:

Çingiz Rəhimov 1956-cı il yanvar ayının 6-da Bakı şəhərində həkim ailəsində anadan olub. Keçmiş Sovet İttifaqında öz ixtisası üzrə ən gənc tibb elmləri doktoru adını almış mütəxəssis.36 yaşında dissertasiya müdafiə edərək bu elmi dərəcəyə yiyələnmişdir. Təyinatı üzrə Naxçıvan şəhərində cərrah stomatoloq işləmiş, o dövrdə dünyanın aparıcı onkoloji elmi mərkəzlərindən hesab olunan Ümumittifaq Onkoloji Elmi Mərkəzinin baş-boyun şişləri ixtisası üzrə aspiranturasına daxil olmuşdur. Aspiranturanı 1984–cü ildə müvəffəqiyyətlə bitirərək müdafiə etmiş və tibb elmləri namizədi alimlik dərəcəsini almışdır. O, elmi fəaliyyətini davam etdirmiş və 1992-ci ildə Moskvaşəhərində doktorluq dissertasiyasını müdafiə etmiş və tibb elmləri doktoru alimlik dərəcəsini almışdır. Çingiz müəllimin rəhbərliyi altında 10 elmlər namizədi dərəcəsi müdafiə edilmişdir. Hal-hazırda da onun rəhbərliyi ilə kafedrada 5 tibb üzrə fəlsəfə doktoru və 1 tibb üzrə elmlər doktoru işi yerinə yetirilməkdədir. O, 39 il peşə, 37 il elmi-tədqiqat, 26 il pedaqoji təcrübəyə sahibdir. 120-dən çox elmi işin (onlardan 28-i PubMed-də dərc olunub) 3 monoqrafiyanın, 2 ixtiranın,4 texniki yeniliyin müəllifidir.

ÇİNGİZ RƏHİMOVUN İCTİMAİ FƏALİYYƏTİ:

1992-1993 Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator). 1993-1998 Azərbaycan Respublikası Nazirlər Kabinetinin səhiyyə və sosial problemlər şöbəsinin müdiri. 1997-2000 BMT-nin narkotiklərlə mübarizə üzrə Azərbaycan Respublikasında yardım proqramının Milli Koordinatoru. 2011-bu günə qədər İxtisas üzrə Rezidentura Qəbul Proqramına və test bankına daxil olmuş testlər üzrə, həmçinin qapalı rejimdən sonra imtahanda istifadə olunmuş sual kitabçalalarında təqdim olunan testlərin ekspertizası üzrə məsul şəxs. 2017- Azərbaycan üz-çənə cərrahları cəmiyyətin sədri.

PEŞƏ FƏALİYYƏTİ:

1979-1981 Naxçıvan Muxtar Respublikasında ağız cərrah kimi sərbəst peşə fəaliyyətinə başlayıb. 1981-1984 Moskva şəhərində Ümumittifaq Onkologiya Mərkəzinin baş və boyun şişləri şöbəsində məqsədli aspirantura. 1986-1992 Moskva şəhərində Moskva Tibb Akademiyasının üz-çənə cərrahiyyəsi kafedrasında doktorantura. 1992 – bu günə kimi Azərbaycan Tibb Universitetinin

Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının professoru 1992-1993 Azərbaycan Respublikası Prezidentinin İcra Apparatının Humanitar siyasət şöbəsinin müdir müavini (səhiyyə və sosial problemləri əhatə edən sahə üzrə kurator). 1993-1998 Azərbaycan Respublikası Nazirlər Kabinetiinin Səhiyyə və sosial problemlər şöbəsinin müdiri. 1997-2000 BMT-nin Azərbaycan Respublikası üzrə Milli Əlaqələndiricisi. 2004-2015 Səhiyyə Nazirliyinin 1 saylı klinik Xəstəxanasının üz-çənə cərrahiyyə şöbəsinin müdiri. 2007, 2012 Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının müdiri vəzifəsinə seçilib

PROFESSOR ÇİNGİZ RƏHİMOVUN BEYNƏLXALQ TƏŞKİLATLARDA ÜZVLÜYÜ:
Beynəlxalq Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin üzvüdür. Avropa Kəllə-üz-çənə cərrahları Cəmiyyətinin üzvüdür.Kəllə-üz-çənə cərrahiyyəsi üzrə Avropa Osteointeqrasiya Akademiyasının ekspertiir.Azərbaycan Diş İmplantoloqlar Cəmiyyətinin fəxri üzvü. Rusiyanın Baş və boyun onkoloqlar Cəmiyyətinin üzvü.
Prof. Çingiz Rəhimov bir çox nüfuzlu beynəlxalq tibbi konfransların, müxtəlif forumların məruzəçisi qismində dəvət alır.

TƏDQİQAT SAHƏSİ:
Rəqəmli texnologiyaların tədbiqi ilə kəllə-üz qusur və deformasiyalarda rekonstruksiya əməliyyatları Gicgah-çənə oynağının cərrahi müalicəsi. Orbita rekonstruksiyası AO prinsiplər əsasında üz-skeleti sümükləri sınıqlarının müalicəsi Üz-çənə implantasiyası Ciddi atrofiyaya uğramış çənələrdə dental implatasiyanın aparılması

Dünya təcrubəsində ilk dəfə
Üz-çənə nahiyyəsində geniş yayılmış şişlərin müalicəsində incik sümüyündən götürülən damar ayaqcıqda autotransplantatla və onun üzərində dərhal yerləşdirilmiş dental implantlarla çənə sümüyünün və gicgah çənə oynağının rekonstruksiyasi və dərhal protez reabilitasiyası keçirilib Rəqəmli texnologiyaların son nailiyyəti olan artırılmış realllıq eynəklərlə və tərəfimizdən hazırlanan xüsusi proqram təminatı ilə üz-çənə nahiyyəsinin rekonstruksiyasında yüksək dəqiqlik əldə edilir, əməliyyat vaxtı xeyli azaldılır, toxumaların zədələnməsi minimuma endirilir, eləcədə yüksək funksional və estetik nəticə əldə olunmasına imkan yaranır. Bu məlumat Evronyus telekanalında yayılıb.
Azərbaycan səhiyyəsində ilk dəfə olaraq Craniofasial cərrahi əməliyyatlarını aparır. Üz-çənə cərrahiyyəsində əməliyyatönü virtual planlaşdırmanı, plastik moddeleərin hazırlanmasını və naviqasion usulunu tədbiq edir. Çənənin incik sümüyündən götürülən damar ayaqcıqda sərbəst autotransplantatla bərpasını yerinə yetirir.
Cərrahi əməliyyatdan sonraki çənə defektlərində dental implantlarla ortopedik reabilitasiya Ambulator şəraitdə ümümi ağrısızlaşdırma altında müxtəlif növ ağız və üz-çənə cərrahi əməliyyatlarını icra edir. Travmalar zamanı orbita rekonstruksiyalarında custom made titan lövhələrini tədbiq edir. Gicgah-çənə oynağının artrosentezini aparır Gicgah-çənə oynağının tam süni oynaq kompleksi ilə əvəz olunmasını aparır
Az invaziv transkoyuktival yolla orbitanın rekonstruksiyasını aparır Kəllə-üz-çənə nahiyyəsində distraktorları tədbiq edir Konorar yanaşma ilə Almacıq-orbita kompleksinin deformasiyaların aradan qaldırırır Ziqoma implantasiyası əməliyyatını aparır. Ortoqnatik cərrahiyyədə 3D sefalometriya metodları tədbiq edir

AİLƏSİ:
Atası akademik Rəhim Rəhimov Azərbaycan səhiyyəsinin tanınmış simalarından, həmçinin dünyanın bir çox ölkələrində elmi əsərləri ilə tanınan ziyalılardandır. Anası Şükufə xanım Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun aparıcı mütəxəssislərindən biri olmuşdur. Çingiz Rəhimov hal-hazırda ATU Böyük Elmi Şurasının üzvüdür. ATU Ağız və Üz-Çənə Cərrahiyyəsi Kafedrasının müdiridir. O həmçinin ATU Tədris-Cərrahiyyə Klinikasının Ağız və Üz-Çənə Cərrahiyyəsi şöbəsinin müdiridir. ATU Stomatologiya Klinikasının direktor müavinidir. Ailəlidir. İki qızı və bir oğlu var.

PROFESSOR ÇİNGİZ RƏHİMOVLA ƏLAQƏ:
T
el: +99455 274 22 22
+994-12-449-82-56, +994-12-449-82-54


VİDEO YOUTUBE – PANDEMİYA DÖVRÜNDƏ TƏHSİL. Ağız və üz-çənə cərrahiyyəsi kafedrası – İmplantology(AZ),3-cü kurs (mühazirə 3)
VİDEO – Tibb Universitetinində unikal cərrahi əməliyyat icra edildi
VİDEO – ATU-nun Tədris Cərrahiyyə Klinikasında unikal cərrahi əməliyyat icra edildi
VİDEO – Prof.Chingiz Rəhimov – İmplantoloqların VII Beynəlxalq Xəzər Konfransı (27-29 oktyabr)
VİDEO – Professor Çingiz Rəhimov – Yoldaş Rövşanənin verlişində.



XƏBƏR LENTİ – Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti dünyanın müxtəlif qurumları ilə əməkdaşlıq memorandumu imzalayıb
FACEBOOK SƏHİFƏSİ – AZƏRBAYCAN AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHLARI CƏMİYYƏTİ
ATU KAFEDRASI – AĞIZ VƏ ÜZ ÇƏNƏ CƏRRAHİYYƏSİ


WIKIMED.AZ- DA – AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİ.
WIKIMED.AZ- DA – ÇİNGİZ RƏHİMOV. ÜZ-ÇƏNƏ CƏRRAHI. PROFESSOR
WIKIMED.AZ- DA – YUNİS YUSUBOV PROFESSOR, T.E.D. AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHI
WIKIMED.AZ- DA – FƏRMAN HƏSƏNOV AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHI, T.Ü.F.D.
WIKIMED.AZ- DA – OKTAY MEHDİYEV ÜZ-ÇƏNƏ CƏRRAHI, İCTİMAİ XADİM
WIKIMED.AZ- DA –RƏŞAD MƏMMƏDZADƏ ÜZ-ÇƏNƏ CƏRRAHI. İMPLANTOLOQ
WIKIMED.AZ- DA – HƏSƏN ƏSƏDOV. ÜZ-ÇƏNƏ CƏRRAHI. DOSENT
WIKIMED.AZ- DA – VUQAR QURBANOV. İMPLANTOLOQ. ÜZ-ÇƏNƏ CƏRRAHI
WIKIMED.AZ- DA – XƏYAL AŞURƏLİYEV. ÜZ-ÇƏNƏ CƏRRAHI
WIKIMED.AZ- DA – Pərviz Hüseynov. Parviz Huseynov
WIKIMED.AZ- DA – BƏHRUZ İSMAYILOV. BAHRUZ İSMAYILOV. STOMATOLOQ-İMPLANTOLOQ
WIKIMED.AZ- DA – AZƏR İSMAYILOV. İMPLANTOLOQ
WIKIMED.AZ- DA – ARZUMAN ƏSGƏROV STOMATOLOQ
WIKIMED.AZ- DA – Y.Ə.Yusubov, S.Y.Bilalzadə. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Kitab.
WIKIMED.AZ- DA – ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİNƏ AİD YENİ DƏRSLİK. Şamxal.Ə.Məmmədov. Rauf .F.Əzizov
WIKIMED.AZ- DA – Dodaq və damaq yarıqları
WIKIMED.AZ- DA – MƏQALƏ: Üz-çənə sistemi travmalarında istifadə olunan osteoplastik materiallar. ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI
WIKIMED.AZ- DA – XƏBƏR LENTİ – Bakıda V beynəlxalq dodaq və damaq yarığı konfransı
WIKIMED.AZ- DA –MAHİR ƏLİYEV PLASTİK-REKONSTRUKTİV, ESTETİK CƏRRAH
WIKIMED.AZ- DA – ABDULALI ƏLİYEV. ABDULALİ ALİYEV. PLASTİK-REKONSTRUKTİV CƏRRAH
WIKIMED.AZ- DA – MƏZAHİR QULİYEV. LOR PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA – RƏŞAD BABAYEV. PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA – MUBARİZ MƏMMƏDLİ REKONSTRUKTİV PLASTİK VƏ ESTETİK CƏRRAH
WIKIMED.AZ- DA – MİRƏZİM ZAİDOV – ESTETİK PLASTİK REKONSTRUKTİV CƏRRAH
WIKIMED.AZ- DA – VAQİF QƏLƏNDƏR PLASTİK-REKONSTRUKTİV CƏRRAH
WIKIMED.AZ- DA – PƏRVİZ ASLANOV LOR CƏRRAHI
WIKIMED.AZ- DA –FƏRİD ƏLİYEV – LOR CƏRRAHI
WIKIMED.AZ- DA – “PLASTİK və REKONSTRUKTİV CƏRRAHİYYƏ” KİTABI. Vaqif Qələndər
WIKIMED.AZ- DA –RUSLAN RƏSUL. PLASTİK REKONSTRUKTİV CƏRRAH
WIKIMED.AZ- DA – TƏLƏT ŞƏFİYEV. OTOLARİNQOLOQ. LOR PLASTİK CƏRRAHI
WIKIMED.AZ- DA –ARAZ SALMANOV. PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA –  MEHRİBAN MƏLİKOVA ESTETİK-PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA – ELNUR MEHRƏLİ – LAPAROSKOPİK ESTETİK PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA – RAFİQ DƏMİRÇALOV. LOR CƏRRAHI
WIKIMED.AZ- DA – JALƏ EYVAZOVA OTORİNOLORİNQOLOQ
WIKIMED.AZ- DA – CAVID ISMAYILOV. LOR CƏRRAHI
WIKIMED.AZ- DA – ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI. Üz-çənə sisteminin zədələnmələri və yaralanmalarının ağırlıq dərəcəsi və təsnifatları

Facebook Comments