AKHA – AZƏRBAYCAN KÖNÜLLÜ HƏKİMLƏR ASSOSASİASI – HESABAT

AKHA – AZƏRBAYCAN KÖNÜLLÜ HƏKİMLƏR ASSOSASİASININ HESABATI. 2021-Cİ İL YANVAR

30 ildir işğal altında olan Qarabağ və ona bitişik olan 7  rayonu, Ali baş Komandan , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmrinə əsasən azadlıq müharibəmiz başladı. Hər bir Azərbaycanlı kimi biz də bu müharibədə dövlətimizin, əsgərlərimizin yanında olmaq istədik.
Hər bir müharibədə olduğu kimi , II Qarabağ müharibəsində də ağır odlu silah yaralanmaları baş vermişdir.
Bizim fəaliyyətimiz 5 istiqamətdə aparıldı.
Xəstəxananın idarə etməsi(xəstə qəbulu, diaqnostika,müalicə,təxliyyə)
İxtisaslı Ağız və üz-çənə cərrahı xidməti
İxtisaslı həkimlərin könüllü şəkildə xəstəxanalara cəlb olunması ( travmatoloq, reanimatoloq, nevropatoloq,ağız və üz-çənə cərrahı,stomatoloq, tibb bacıları və s.)
Cəbhə bölgəsində yerləşən hospitallara və ön cəbhədə olan əsgərlərə tibbi ləvazimatların çatdırılması
Müharibə dövründə və müharibədən sonra xəstələrə könüllü olaraq stomatoloji xidmətin təşkili

İXTİSASLI AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHI XİDMƏTİ
İlk olaraq 29 sentyabr tarixindən Gəncə İnternational Xəstəxanasında Oktay Mehdiyev könüllü olaraq getmiş , orada ixtisaslı ağız və üz-çənə cərrahı yardımı göstərmişdir. Sonradan yaralı sayının çox olması ilə əlaqədar kömək üçün ATU- ağız və üz-çənə cərrahı kafedrasını assistenti t.f.d.  Məhəmməd Davudovu dəvət etmişdir. Baş-boyun,ağız və üz çənə nahiyəsində baş vermiş ağır dərəcəli odlu silah yaralanmaları ilə daxil olmuş yaralıları, dünyanın ən qabaqcıl metodikaları ilə 50 yə yaxın əməliyyat etmişlər və yüksək nəticələr əldə olunmuşdur. Heç bir xəstədə iltihablaşma və ağırlaşma baş verməmişdir.
Gəncə istiqamətində yaralılar artıq qəbul olunmadığı üçün və əsas döyüşlər cənub cəbhəsində baş verdiyi üçün əsas yaralılar Fizuli  rayonunda yerləşən Fizuli Diaqnostika Mərkəzinə (FDM)gətirilirdi.
Bu səbəbdəbdən Oktay Mehdiyev , Hüseyn Hüseynzadə 17  oktyabr  tarixindən həmin xəstəxanaya könüllü getdi və müharibənin sonuna qədər orada çalışdılar. Gün ərzində 50-250 yə yaxın yaralı qəbul olunurdu. Nəzərə alsaq ki, yaralanmaların 25-30 % i üz-çənə nahiyəsinin yaralanmalarına daxil idi, bu o deməkdir ki , gün  ərzində 4-5 əməliyyat məhz ixtisaslı ağız və üz-çənə nahiyyuəsi əməliyyatları icra olunurdu. Oktay Mehdiyevin dəvəti ilə Bakıdan ixtisaslı üz-çənə cərrahları dəvət olundu və əməliyyatlar uğurla icra edildi. Müharibə bitdikdən sonrada əmliyyat etdikləri xəstələri nəzarətdə saxladılar və onların reablitasiyası ilə bu günə qədər məşqul olurlar.

XƏSTƏXANANIN İDARƏ EDİLMƏSİ
(xəstə qəbulu, diaqnostika,müalicə,təxliyyə)
17 Oktyabr 2020 ci il tarixindən etibarən könüllü şəkildə gedən Oktay Mehdiyev , Hüseyn Hüseynzadə, Fəxrəddin Şəmiyev  Fizuli Diaqnostika Mərkəzində çalışmağa başladılar. Oktay Mehdiyev xəstəxananın bütün  idarə etməsini şəxsən öz boynuna götürdü. Xəstələrin qəbulu, diaqnostika , müalicə və təxliyəsinin qüsursuz təşkil olunmasını həyata keçirdi. Fəxrəddin Şəmiyev xəstəxananın  təhcizat işlərinə nəzarət edirdi, dövlət tərəfində və ya özəl göndərilmiş tibbi ləvazimatların düzgün yerləşdirilməsi və şöbələr üzrə göndərilməsinin təkili. Hüseyn Hüseynzadə  müalicə prosesində lazım olacaq həkimlərin və yardımların kordinasiyası ilə məşqul olaraq. həkimlərin növbəli xidmət prosesini təşkil etmişdir.
 Oktay Mehdiyevin təkidi ilə Azərbaycanın ən qabaqcıl klinikalarından, ən savadlı tibbi personalın məhz Fizuli Diaqnostika Mərkəzində (FDM)yaralılara xidmət etməsini təşkil etmişdir.
II Qarabağ müharibəsi zamanı ağır yaralanmaların çox olmasına baxmayaraq şəhidlərimizin az olmasının səbəbi məhz ixtisaslı həkimlərimizin göstərdiyi yüksək ixtisaslı tibbi yardım oldu.
Müharibə zamanı yaralıların qəbulu zamanı ən çox travmatoloq, reanematoloq, neyrocərrah, damar cərrahı və nevrapatoloqa ehtoyyac yaranmışdır. Bu ixtisaslı mütəxəssislərin FDM də olmaması yaralılara vaxtında yetərli yardı edilməməsinə səbəb olurdu, bu da öz növbəsndə ağır fəsadlara gətirib çıxarırdı.
Oktay Mehdiyevin FDM nin idarə etməsinə başladıqdan  sonra (17 oktyabr2020 -10 noyabr 2020) çatışmayan tibbi kadrları könüllü şəkildə toplamağa başladı.
Oktay Mehdiyevin dəvəti ilə aşağıdakı ixtisas qrupları üzrə həkimlər FDM –ində yaralılara xidmət etməyə gəldilər
Nuriyev Rəşad –anestezioloq reanematoloq
Məədov Ərəstun- anestezioloq reanematoloq
Hacıhəsənli Zəfər- anestezioloq reanematoloq
Eyvazov Vüsal- anestezioloq reanematoloq
Elgün Səmədov- ümumi cərrah
İsmayılov İlqar-ümumi cərrah
Qorçiyev Bayram- ortoped travmatoloq
Seidov İnar- ortoped travmatoloq
Quliyev Sənan- ortoped travmatoloq
Əliyev Rəşid- ortoped travmatoloq
Məmmədov Fərid- ortoped travmatoloq
Mirzəliyev Elnur- ortoped travmatoloq
Əliyev Ülvi- ortoped travmatoloq
Hüseyn Hüseynzadə -Ağız və üz-çənə cərrahı
Vüqar Qurbanov-Ağız və üz-çənə cərrahı
Cahid Məmmədov-Ağız və üz-çənə cərrahı
Anar Kərimov-stomatoloq
Ceyhun Səfərov-stomatoloq
Aslan Məmmədov-stomatoloq
Rüfət Hüseynli-stomatoloq
Fəxrəddin Şəmiyev-stomatoloq
Bəhruz Rüstəmov-stomatoloq
Rzayev Fariz-stomatoloq
İsmayıl İsmayılov-stomatoloq
\Azər Hüseynov-stomatoloq
Emil İmanov-stomatoloq
Elşən Adıgözəlov-stomatoloq
Anar İsmayılov-stomatoloq
Ağalar Orucov-stomatoloq
Əzizxan Rəsulov-stomatoloq
Heydər Babayev-stomatoloq
Rəsul Nəsrəddinov-stomatoloq
Fərdi Ağayev-stomatoloq
Fizuli Qasımov-stomatoloq
İlkin Ağıdözəlov-stomatoloq
Mansur Novruzov-stomatoloq
Elnur Şirinov-stomatoloq
Adları qeyd olunan həkimlərin sayəsində FDM nə daxil olub, müalicə alan heç bir yaralı dünyasını dəyişməyib.
Stomatolqoların əsas işi inzibati işlər, xəstə qəbulu, xəstələrin çeşidlənməsi, porter işləri, qeydiyyat işləri, xəstəlik tarixlərinin yazılması, təxliyyə işlərinin təşkili və. sa olmuşdur
Ermənizstanın Gəncə şəhərinə atdığı raket zərbəsi nəticəsində yaralılar və şəhidlərin şəkillərini sosial mediyaya və dünya  ictimaiətinə Oktay Mehdiyev yayımlamışdı.
Oktay Mehdiyevin xahişi ilə Türkiyyə respublikasının Trivita şirkəti 30 min avro dəyərində çənə sümüklərinin rekonstruksiyası üçün lazım olan rekonstruktiv plastinləri göndərdilər.
Cəbhə bölgəsində yerləşən hospitallara və ön cəbhədə olan əsgərlərə tibbi ləvazimatların çatdırılması
Qarabağın azadlığı uğrunda başlamış müharibənin ilk günlərindən  Hüseyn Hüseynzadənin təşəbbüsü ilə stomatoloqlardan ibarət HƏRBİYƏ HƏKİM DƏSTƏYİ vots ap qrupu yaradıldı və buraya 260 stomatoloq daxil oldu. Həmin qrupun adminləri Hüseyn Hüseynzadə, Oktay Mehdiyev,Fəxrəddin Şəmiyev , Anar Kərimov ,Fariz Rzayev oldu. Qrupun əsas məqsədi ön cəbhədə işləyən həkimlərə çatışmayan tibbi ləvazimatları qısa müddətdə çatdırmaq idi. Cəbhənin bütün istiqaməti boyu Ağcabədi Diaqnostika məntəqəsi, Naftalan diaqnostika mərkəzi, Ağdam Sarıcalı Hospitalı, Fizuli Horadiz , FDM və Əhmədbəylidəki hospitallar, Cəbrayılın Daşkəsən kəndindəki mobul hospital, Gəncə Beynəlxalq hospital,Gəncə Abbas Səhət xəstəxanası, Gəncə Hərbi hospital, Murov dağ istiqamətində tibb məntəqələri üzrə tibbi yardımlar gödərilirdi.
Kordinasiya işləri, yardımların toplanması və cəbhə boyu göndərilməsinin kordinasiyası ilə Hüseyn Hüseynzadə məşqul olurdu.
Bakı şəhəri və Fizuli rayonunda tibbi anbar təşkil olundu. Fizuli üzrə yardımları Oktay Mehdiyev ,Fəxrəddin Şəmiyev və Aynur Alişanova qəbul edirdi.
Qrup vasitəsi ilə ön cəbhədə döyüşən (əsasən  xüsusi təyinatlı və digər qüvvələr üçün) ilk tbbi yardım çantası hazırlandı( 1000 ədəd), qanaxmanın qarşısı alınması üçün 5000 dən çox jqutlar , 20 tondan çox 0.25ml su , energetic içkilər, isti geyimlər təşkil olundu
Hüseyn Hüseynzadə stomatoloqlar arasında növbəli xidmət təşkil etdi,Hər 5 gündən bir həkimlər növbəni dəyişib, həm həkim , həm də inzibati işlər ilə məşqul olurdular.
Müharibə dövründə və müharibədən sonra xəstələrə könüllü olaraq stomatoloji xidmətin təşkili
Müharibə dövründə təbii ki yaralanmalardan  başqa da digər xəstəliklərlə bağlı FDM əsgərlər və hərbi heyyət müraciət edirdi. Bu müraciətlər içərisində ən çox stomatoloji yardıma ehtiyyac yarandı.Bu baxımdan stomatoloqlar müharibə başlayan ilk ghünlərdən FDM dən stomatoloji xidməti könüllü təşkil etdik. Müharibə dövründə 300 hərbiçiyə təmənnasız stomatoloji yardım göstərildi.

MÜHARİBƏ BİTDİKDƏN SONRA
FDM-
250 əsgərə xidmət
3000 manat dəyərində stomatoloji material
Fizuli rayonu Horadiz kəndində DSX- nin hərbi hissəsində –
150 əsgərə xidmət ,
1500 manat dəyərində stomatoloji məhsul alınıb
Hadrutda hərbi hissə
600 əsgərə stomatoloji xidmət görülüb
2 Kavoş cihazı(partotiv bor maşın) alınıb  1200 manat dəyərində
5000 manat dəyərində stomatoloji məhsul alınıb
Tuğda hərbi hissədə
50 əsgərə xidmət göstərilib
200 manat dəyərində məhsul alınıb
Zəngilanın Bartaz kəndində DSX hərbi hissəsində
650 hərbiçiyə stomatoloji yardım olunub
1 Kavoş cihazı(partotiv bor maşın)
1 hava kompressoru
200 dən çox alət
7000 manat dəyərində məhsul alınıb
Qubadlının Xanlıq kəndində DSX hərbi hissə
2 bor maşın cihaz alınıb 7000 manat dəyərində
200 əsgərə yardım göstərilib
2000 manat dəyərində stomatoloji məhsul alınıb.
Qeyd edək ki bu günə qədər sadaladığımız ərazilərdə könüllü təmənnasız  stomatoloji xidmət davam edir. Bütün xərclər könüllü stomatoloqlar tərəfindən toplanır. Həkimlərin nöbəsi, gediş gəlişi və kordinasiyasını Oktay Mehdiyevin göstərişi ilə Hüseyn Hüseynzadə tərəfindən aparır.
Aparılan bütün müalicə və diaqnostika qeyd olunur, Oktay mehdiyev tərəfindən yoxlanılır.

İNFORMASİYANI TƏQDİM ETDİ:
Mehdiyev Oktay Hüseyn oğlu, AKHA sədri, Azərbaycan Tibb Universitetinin Ağız və üz çənə cərrahiyəsi kafedrasının assistenti, Azərbaycan Kikboksinq federasiyasının vitse prezidenti
HESABATLA bağlı informasiya 2021-ci ilin ilk yarım illiyini əhatə edir
AKHA -nın davamlı fəaliyyətləri barədə yenilənmələr sayta daxil ediləcək
AKHA – AZƏRBAYCAN KÖNÜLLÜ HƏKİMLƏR ASSOSSASİYASI – FACEBOOK SƏHİFƏSİ
FACEBOOK PROFİLE – AKHA AVDA
İNSTAGRAM SƏHİFƏSİ – AKHA İCTİMAİ BİRLIİYİ
DOKTOR OKTAY MEHDİYEV – AKHA AZƏRBAYCAN KÖNÜLLÜ HƏKİMLƏR ASSOSSASİYASININ SƏDRİ
ELGÜN SƏMƏDOV – ÜMUMİ LAPAROSKOPİK CƏRRAH. AKHA ÜZVÜ
VUQAR QURBANOV – AKHA ÜZVÜ. AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHI 
İLQAR İSMAYILOV – ÜMUMİ-LAPAROSKOPİK CƏRRAH. AKHA ÜZVÜ

XƏBƏR LENTİ – Müharibə dövründə həkimlərimiz millətə və məsləklərinə sevgilərini nümayiş etdirə bildilər
XƏBƏR LENTİ – “Ağrısı ola-ola Qarabağdan mahnı oxudu” HƏKİM, MÜƏLLİM OKTAY MEHDİYEV YARALI ƏSGƏRLƏRLƏ BAĞLI XATİRƏLƏRİNİ DANIŞDI (Azərbaycan müəllimi)
XƏBƏR LENTİ – Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
XƏBƏR LENTİ – “Çənəsi qopub sallansa da, 3 gün belə vəziyyətdə döyüşüb” – FOTOLAR
XƏBƏR LENTİ – KTM-in Üz-Çənə Cərrahiyyə şöbəsinin bütün əməkdaşları, güc strukturlarında çalışan üz-çənə cərrahları arxa cəbhədə uğurlu fəaliyyət göstərirdilər. Oktay Mehdiyev, Məhəmməd Davudov, Murad Osmanlı, Cahid Məmmədov, Rəşid Yusifov, Elnur Abdullayev, Rəşad Məmmədzadə, Xəyal Aşurəliyevin böyük əməkləri olmuşdur
XƏBƏR LENTİ – Tanınmış həkim-idmançı Oqtay Mehtiyev də deputatlığa namizəddir
XƏBƏR LENTİ – İmplantoloqlar mürəkkəb kliniki situasiyalar və onlarin həllini müzakirə ediblər – VİDEO
XƏBƏR LENTİ – YARALI  ƏSGƏR: “Həkim Oktay Mehdiyev başımı qarışdırmaq üçün hansı peşənin sahibi olduğumu soruşdu. Müğənni olduğumu deyəndə bir mahnı oxumağımı istədi. Mən də Qarabağla bağlı bir mahnı oxumağa qərar verdim. Bu mahnını bütün qəlbimlə ifa elədim.YOUTUBE VİDEO – KÖNÜLLÜ HƏRBİ HƏKİMLƏR: “KARYERAMIZIN ƏN ŞƏRƏFLİ DÖVRÜNÜ YAŞADIQ”
VİDEO YOUTUBE – ŞUŞADA KÖNÜLLÜ İŞLƏYƏN STOMATOLOQLARIMIZ – DOKTOR OKTAY MEHDİYEV VƏ HƏKİM DOSTLARI….
YOUTUBE VİDEO – DOKTOR OKTAY MEHDİYEV: MUHARİBƏ BİTSƏ DƏ BİZİM İŞİMİZ BİTMƏYİB. QAZİLƏRİMİZİN VƏ ORDUMUZUN YANINDAYIQ. ONLARIN SAĞLAMLIĞI ÜÇÜN TƏMƏNNASIZ FƏALİYYƏTDƏYİK – İCTİMAİ TELEVİZİYADA KÖNÜLLÜ HƏKİMLƏR BİRLİYİNİN RƏHBƏRİ DR.OKTAY MEHDİYEVİN MÜSAHİBƏSİ.
ŞUŞADA, HADRUTDA, ZƏNGİLAN VƏ QUBADLIDA STOMATOLOJİ KABİNETLƏR YARATMIŞIQ ƏSGƏRLƏRİMİZ ÜÇÜN. AYRICA OLARAQ HƏFTƏ SONLARI DİGƏR İXTİSAS HƏKİMLƏRİ İLƏ İŞĞALDAN AZAD OLUNMUŞ TORPAQLARIMIZA GEDİB ƏSGƏRLƏRİMİZİN MÜAYİNƏ VƏ MÜALİCƏSİ İLƏ MƏŞĞUL OLURUQ.
YOUTUBE VİDEO – KÖNÜLLÜ HƏRBİ HƏKİMLƏR: KARYERAMIZIN ƏN ŞƏRƏFLİ ANLARINI YAŞADIQ 44 GÜNLÜK MÜHARİBƏDƏ…. DOKTOR OKTAY MHDİYEV. İTV Səhər verilişində müsahibə
YOUTUBE VİDEO – Oktay Mehdiyev: “BİR OLAQ! BİRLİKDƏ ADDIMLAYAQ!”
YOUTUBE VİDEO – SAATLIDA OKTAY MEHDİYEZ İZDİHAMI. DEPUTATLIĞA NAMİZƏD OKTAY MEHDİYEVLƏ SEÇİCİLƏRİN GÖRÜŞÜ
YOUTUBE VİDEO SAATLI RAYONU QARA NURU KENDININ FEXRI MEHDIYEV OKTAY
YOUTUBE VİDEO – DEPUTATLIĞA NAMİZƏD OKTAY MEHDİYEV: ÖZÜMÜZƏ SÖZÜMÜZƏ SƏS VERƏK
YOUTUBE VİDEO – SAATLI RAYONUNDA OKTAY MEHDİYEVİN SEÇİCİLƏRLƏ GÖRÜŞÜ
YOUTUBE VİDEO – Saatlı rayonu 62 saylı seçki dairəsindən namizəd Oqtay Mehtiyevin seçiciləri ilə görüşü.


WIKIMED.AZ- DA – AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİ.
WIKIMED.AZ- DA – ÇİNGİZ RƏHİMOV. ÜZ-ÇƏNƏ CƏRRAHI. PROFESSOR
WIKIMED.AZ- DA – YUNİS YUSUBOV PROFESSOR, T.E.D. AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHI
WIKIMED.AZ- DA – FƏRMAN HƏSƏNOV AĞIZ VƏ ÜZ-ÇƏNƏ CƏRRAHI, T.Ü.F.D.
WIKIMED.AZ- DA – OKTAY MEHDİYEV ÜZ-ÇƏNƏ CƏRRAHI, İCTİMAİ XADİM
WIKIMED.AZ- DA –RƏŞAD MƏMMƏDZADƏ ÜZ-ÇƏNƏ CƏRRAHI. İMPLANTOLOQ
WIKIMED.AZ- DA – HƏSƏN ƏSƏDOV. ÜZ-ÇƏNƏ CƏRRAHI. DOSENT
WIKIMED.AZ- DA – VUQAR QURBANOV. İMPLANTOLOQ. ÜZ-ÇƏNƏ CƏRRAHI
WIKIMED.AZ- DA – XƏYAL AŞURƏLİYEV. ÜZ-ÇƏNƏ CƏRRAHI
WIKIMED.AZ- DA – Pərviz Hüseynov. Parviz Huseynov
WIKIMED.AZ- DA – BƏHRUZ İSMAYILOV. BAHRUZ İSMAYILOV. STOMATOLOQ-İMPLANTOLOQ
WIKIMED.AZ- DA – AZƏR İSMAYILOV. İMPLANTOLOQ
WIKIMED.AZ- DA – ARZUMAN ƏSGƏROV STOMATOLOQ
WIKIMED.AZ- DA – Y.Ə.Yusubov, S.Y.Bilalzadə. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Kitab.
WIKIMED.AZ- DA – ÜZ-ÇƏNƏ CƏRRAHİYYƏSİNƏ AİD YENİ DƏRSLİK. Şamxal.Ə.Məmmədov. Rauf .F.Əzizov
WIKIMED.AZ- DA – Dodaq və damaq yarıqları
WIKIMED.AZ- DA – MƏQALƏ: Üz-çənə sistemi travmalarında istifadə olunan osteoplastik materiallar. ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI
WIKIMED.AZ- DA – XƏBƏR LENTİ – Bakıda V beynəlxalq dodaq və damaq yarığı konfransı
WIKIMED.AZ- DA –MAHİR ƏLİYEV PLASTİK-REKONSTRUKTİV, ESTETİK CƏRRAH
WIKIMED.AZ- DA – ABDULALI ƏLİYEV. ABDULALİ ALİYEV. PLASTİK-REKONSTRUKTİV CƏRRAH
WIKIMED.AZ- DA – MƏZAHİR QULİYEV. LOR PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA – RƏŞAD BABAYEV. PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA – MUBARİZ MƏMMƏDLİ REKONSTRUKTİV PLASTİK VƏ ESTETİK CƏRRAH
WIKIMED.AZ- DA – MİRƏZİM ZAİDOV – ESTETİK PLASTİK REKONSTRUKTİV CƏRRAH
WIKIMED.AZ- DA – VAQİF QƏLƏNDƏR PLASTİK-REKONSTRUKTİV CƏRRAH
WIKIMED.AZ- DA – PƏRVİZ ASLANOV LOR CƏRRAHI
WIKIMED.AZ- DA –FƏRİD ƏLİYEV – LOR CƏRRAHI
WIKIMED.AZ- DA – “PLASTİK və REKONSTRUKTİV CƏRRAHİYYƏ” KİTABI. Vaqif Qələndər
WIKIMED.AZ- DA –RUSLAN RƏSUL. PLASTİK REKONSTRUKTİV CƏRRAH
WIKIMED.AZ- DA – TƏLƏT ŞƏFİYEV. OTOLARİNQOLOQ. LOR PLASTİK CƏRRAHI
WIKIMED.AZ- DA –ARAZ SALMANOV. PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA –  MEHRİBAN MƏLİKOVA ESTETİK-PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA – ELNUR MEHRƏLİ – LAPAROSKOPİK ESTETİK PLASTİK CƏRRAH
WIKIMED.AZ- DA – RAFİQ DƏMİRÇALOV. LOR CƏRRAHI
WIKIMED.AZ- DA – CAVID ISMAYILOV. LOR CƏRRAHI
WIKIMED.AZ- DA – ŞAMXAL MƏMMƏDOV ÜZ-ÇƏNƏ CƏRRAHI. Üz-çənə sisteminin zədələnmələri və yaralanmalarının ağırlıq dərəcəsi və təsnifatları

Facebook Comments