Azərbaycan Tibb Universitetinin “Daxili xəstəliklər” kafedrasının professoru, tibb elmləri doktoru, Azərbaycanın Əməkdar Elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının Həqiqi üzvü, Azərbaycan Tibb Assosiasiyasının (ATA) Revmatologiya Dərnəyinin sədri Sahib Musayev 1952-ci ildə Qazaxstanın Çimkənd vilayətində anadan olub.
Professor Sahib Musayev. Canlı yayında danışdı. Oynaq ağrıları. Revmatik xestelikler
Professor Sahib Musayev. Biz xesteni mualice etmeliyik, xesteliyi yox. Açıq qapı
Professsor Sahib Musayev. Revmatik xəstəliklər
Sahib Musayev. Professor.T.E.D. Oynaq ağrıları. Düzgün diaqnostika və müalicəsi.
saglamTV. Professsor Sahib Musayev. Revmatik xəstəliklərin müalicəsi
Sahib Musayev 1954-cü ildə ailəsi gürcüstanın Marneuli rayonuna qayıdıb. Nəriman Nərimanov adına ATİ-ni bitirib. Bakı Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında kardioloq işləyib. 1981-1984-cü illərdə keçmiş SSRİ TEA aspiranturasında, 1987-1991-ci illərdə doktoranturasında oxuyub. Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında (Kaspar), həmçinin N.Nərimanov adına ATU-nun “Daxili xəstəliklər” kafedrasında elmi fəaliyyətlə məşğul olub.
1992-ci ildən Azərbaycan Tibb Universitetibdə Pediatriya Fakultəsinin “Daxili xəstəliklər” kafedrasında professor vəzifəsinə seçilmişdir.
Elmi işləri əsasən “Birləşdirici toxumanın diffuz xəstəliklərinin” kliniki-immunoloji xüsusiyyətləri, sistem vaskulitləri, irsi hemoglobinopatiyalarda revmatik sindromlar, revmatik xəstəliklərdə stomatoloji təzahürlər, birləşdirici toxumanın diffuz xəstəliklərində həzm sistemi orqanlarının vəziyyətinə həsr olunub.
2005-ci ildə Beynalxalq Elmlər Akademiyası həqiqi üzvü seçilib.
2006- ci ildə Əməkdar Elm xadimi adına layiq görülmüşdür.
200 elmi işin, 4 tədris vəsaitinin, 6 metodik vəsaitin müəllifidir.
Sahib Musayevin namizədlik dissertasiyası “Sistem sklerodermiyasının kliniki-immunoloji xüsusiyyətləri”, doktorluq dissertasiyasının mövzusu isə “Talasemiyalı xəstələrdə revmatik sindromlar” olmuşdur. ATU-nun həmin kafedrasının professoru olaraq hal-hazırda da həkimlik və elmi fəaliyyətini davam etdirir, diffuz xəstəliklərin problemləri ilə məşğul olur.
O, immunoreabilitasiya üzrə Beynəlxalq Cəmiyyətin üzvü və Avropa Revmatoloqlar Liqasının diplomantıdır. Professor Sahib Musayev hal-hazırda eyni zamanda elmi fəaliyyətlə məşğul olduğu ATU-nun Tədris-Terapevtik Klinikasında şöbə müdiri vəzifəsində çalışır.
Müalicəsi ilə məşğul olduğu konkret xəstəliklər:
Birləşdirici toxumanın diffuz xəstəliklərində rast gəlinən konkret xəstəliklər, o cümlədən, Proqressivləşən sistem sklerozu, Sistem qırmızı qurd eşənəyi, Revmatoid artriti, Ankilozlaşan spondilit, Psiriativ artrit, İdiopatik iltihabi miopatiyalar, Revmatik polimialgiya, Behçet xəstəliyi, Osteoartroz, Padaqra, Osteoartrozlar, eynilə Sistem vaskulitləri, Dermatomiozit.
Bütün bunlar çoxsaylı ciddi revmatik xəstəliklər sayılır.
Sahib Musayevin rəhbərliyi altında 2018-ci il tarixində ATU Tədris-Terapevtik Klinikasında praktiki təbabət üçün 5 həkim-rezident hazırlanır. O eyni zamanda DİN Hospitalının konsultantıdır.
Mütəmadi olaraq KİV-lərdə və tele-radio efirlərində maarifləndirici çıxışlar edir.
2000-ci ildən indiyədək Azərbaycanda revmatoloqların yetişdirilməsində fəal şəkildə məşğul olmaqdadır. Onun rəhbərliyi altında 6 nəfər müvəffəqiyyətlə tibb elmləri namizədi alimlik dərəcəsi almış və ölkənin müxtəlif klinikalarında işləyirlər.
Sahib Musayev 2000-ci ildən bəri Avropanın və dünyanın digər revmatologiya üzrə mötəbər elmi cəmiyyətlərinin əksər konqresslərində iştirak etməkdədir.
MDB ölkələri üzrə revmatoloq-ekspert qrupuna salınmışdır. Ona görə də dünyanın müxtəlif ölkələrində revmatoloji qurultaylarda aktiv iştirak edir və tədbirlərdə elmi məruzələrlə çıxış edir.
Avropa Anti-Revmatik Liqasının diplomantıdır. Həmin qurumun konqresslərində hər il iştirak edərək Azərbaycanı təmsil edir.
Sahib Musayev MDB ölkələrinin ixtisaslı kadrları üçün hər il yazılan “Revmatik xəstəliklərin ayrı-ayrı formalarına aid rəhbərliklərin” həmmüəlliflərindən biridir. Bundan əlavə həkim rezidentlər, həm də yuxarı kurs tələbələri və praktik həkimlər üçün “Oynaqdaxili inyeksiya” adlı monoqrafiyanın müəllifidir. Həmçinin beynəlxalq və yeli elmi-tibbi jurnalllarda dərc olunan digər çoxsaylı elmi məqalələrin, monoqrafiyaların müəllifidir.
2018-ci ildə onun rəhbərliyi ilə müdafiə olunan dissertasiyanın mövzusu “Revmatoid artritli xəstələrdə mədə-bağırsaq sisteminin zədələnməsi” olmuşdur.
Sahib Musayevin İştirak etdiyi beynəlxalq konfranslar və aldığı mükafatlar:
Sahib Musayev Finlyandiyada, İtaliyada, Rumıniyada, Çexoslovakiyada, İzraildə, İstambulda, Antaliyada, Yaponiyada, Fransada, Hollandiyada ( Amsterdam), Tayvanda, İspaniyada, Londonda keçirilən Beynəlxalq konqreslərdə aktiv iştirak etmişdir.
1983-. 2 İyul. Avropa Revmatoloqlar Konqressində aktiv iştirakına və çıxışlarına görə diplomla təltif edilmişdir.
1999-cu il 1-7 May. V İnternational Congress on İmmunorehabilitation and Rehabilitasion in Medicine Tenerife.
2000-ci il. 24-27 Oktyabr. Moskva. “21-ci əsrdə sümük-zələ xəstəliklərinin tibbi-sosial problemləri”-nə həsr olunmuş Revmatoloqların Ümumrusiya Konfransı.
2008. 13-26 Sentyabr. Asia Pacific League of Association for Rheumatology-nin 13-cü konqressi.
23-16 Mart. 2017. Word Gongress on osteoporosiss, ostheoartrits and musculoskletal diseases.
11-14- İyun. Paris. Fransa. Annual European Congress of Rheumatology “EULAR 2008”
10-13- İyun. 2009. Kopenhagen. Danimarka. Bella Center Copenhagen. The European League Against Rheumatism. Annual European Congress of Rheumatology “EULAR 2009”
16-19 İyun. 2010. Roma İtaliya. Annual European Congress of Rheumatology “EULAR 2010”
The European League Against Rheumatism.
6-9 İyun 2012. Berlin. Almaniya. The European League Against Rheumatism. Annual European Congress of Rheumatology “EULAR 2012”
12-15 İyun. 2013. Madrid. İspaniya. Avropa revmatoloqlarının illik konqressi. Annual European Congress of Rheumatology “EULAR 2013”. The European League Against Rheumatism.
Revmatologiya sahəsində məhsuldar elmi və beynəlxalq əməkdaşlığına görə Rusiya Revmatoloqlar Assosiasiyasının üzvü olaraq Sahib Musayev diplomla təltif edilmişdir.
11-14. İyun 2014. Paris. Fransa. Annual European Congress of Rheumatology “EULAR 2014”
14-17 İyun. Madrid. İspaniya. Annual European Congress of Rheumatology “EULAR 2017”.
Hal-hazırda ATU Tədris-Terapevtik Klinikasının Revmatologiya və Qastroenterologiya şöbəsinin müdiridir.
Əməkdar Elm xadimi, professor Sahib Musayev 2022-ci il Noyabr ayında Azərbaycan Revmatologiya Asossasiyasının sədri seçilmişdir və hazırda bu vəzifəsini davam etdirir.. Azərbaycan Revmatoloqlar Asossasiyası AR Ədliyyə nazirliyindən qeydiyyatdan keçmişdir və bu səhədə ölkənin aparıcı ictimai birliyi hesab olunur.
Sahib Musayevlə
Əlaqə tel: (+994) 050-310-58-19
Səhiyyədə “Əməkdar elm xadimi” fəxri adına layiq görülənlər
Azərbaycan Respublikasının əməkdar həkimlərinin siyahısı
Revmatologiya – Revmatik xəstəliklər
FOTO QALEREYA – Azərbaycan Tibb Assosiasiyası. Revmatologiya Dərnəyi. Professorlar Sahib Musayev. Eldar Abbasov. Surxay Musayev.
FOTO QALEREYA – SAHİB MUSAYEV
Professor Sahib Musayev revmatologiya ilə bağlı nüfuzlu beynəlxalq konfranslarda aktiv iştirak edir və çıxışlar edir
Cəmil Əliyev
Əhliman Əmiraslanov.
Rəşad Mahmudov
Gəray Gəraybəyli
Nazim Qasımov
Sahib Musayev
Qələndər Canbaxışov
Vaqif Bilas oğlu Şadlinski
Çingiz Rəhimov
Yunis Yusifov
Nuru Bayramov
Musa Qəniyev
Surxay Novruz oğlu Musayev
Nəsib Cəfər oğlu Quliyev
Vaqif Qələndər
Qalib Şalon oğlu Qarayev
Yaşar Cəlilov
Xaləddin Musayev
Facebook Comments