QƏLƏNDƏR CANBAXIŞOV. TRAVMATOLOQ-ORTOPED. PROFESSOR

Qələndər Canbaxışov (tam adı:Canbaxışov Qələndər Surxay oğlu; d. 17 avqust1957Daşkənd kəndiGöyçə mahalıErmənistan SSRSSRİ) — tibb elmləri doktoru (1999), professor(2010), Azərbaycan Respublikasının əməkdar həkimi (2000), Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri (2006), AzETTOİ-nun direktoru (19992006), Səhiyyə nazirliyinin baş travmatoloq-ortopedi (19992006), Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının (2000) və Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətının (Brüssel2004) üzvü, Azərbaycanda İlizarov üsulunun elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısı, Azərbaycan travmatologiyasının tanınmış simalarından biri


Səhiyyədə “Əməkdar elm xadimi” fəxri adına layiq görülənlər
Azərbaycan Respublikasının əməkdar həkimlərinin siyahısı

Həyatı

Canbaxışov Qələndər Surxay oğlu 17 avqust 1957-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində “Həzrətqulular” nəslində anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Tibb Universitetinin “Müalicə-profilaktika” fakultəsinə qəbul olmuş və 1980-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir[1].

1980-ci ildə təyinatla cərrah kimi Rusiyanın Kurqan şəhərinə göndərilmişdir. 19841987-ci illərdə akademik Q.A.İlizarov adına “Bərpaedici Travmatologiya və Ortopediya” Rusiya Elmi Mərkəzində əyani aspiranturadaoxumuş, 19871990-cı illərdə isə həmin elmi mərkəzdə elmi işçi işləmiş və 1990-cı ildə Azərbaycana gəlmişdir. Akademik Q.A.İlizarovun və V.İ.Şevtsovun tələbəsi kimi bu elmin sirlərini onlardan öyrənmişdir.

19901999-cu illərdə Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunda baş elmi işçi və elmi katib olmuşdur. 19992006-cı illərdə AzETTOİ-nun direktoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyininbaş travmatoloq-ortopedi olmuşdur. 2006-cı ildən indiyədək “Kəskin travma” şöbəsinin elmi rəhbəri vəzifəsində işləyir[1].

1989-cu ildə “Одновременное удлинение обеих голеней у больных ахондроплазией – как первый этап увеличения роста” mövzusunda namizədlik,[2] 1999-cu ildə isə akademik V.İ.Şevtsovun rəhbərliyi altında doktoranturanı bitirmiş, “Axondroplaziya zamanı aşağı ətrafların uzadılması hesabına boyun uzadılması” (rus.“Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза”) mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi adını almışdır.

Bir monoqrafiyanın (həmmüəlliflərlə), 100-ə qədər elmi işin, 3 patentin, 3 metodik tövsiyənin və bir neçə səmərələşdiriçi təklifin müəllifidir. Məqalələrindən bir neçəsi RusiyaTürkiyəİranLatviyaUkrayna və Gürcüstan kimi xarici ölkələrdə çap edilmiş, bir neçə regional, respublika, beynəlxalq konfransların iştirakçısı olmuşdur. Bir elmlər doktoru və beş elmlər namizədi yetişdirmişdir.

Dünyada ilk dəfə boyun 20-25 sm uzadılması üsullarını elmi surətdə əsaslandıraraq sistemləşdirmişdir. Respublikamızda ilk dəfə uzun borulu sümüklərin ağır deformasiyaları və qısalıqları zamanı iki və daha çox səviyyədə kortikotomiyası, poliseqmentar osteosintezi, ətraf seqmentlərinin 80-100% uzadılması üsullarını tətbiq edərək inkişaf etdirmişdir. Uzun borulu sümüklərin sınıqlarının müalicəsi üçün yeni yivli mil xarici fiksə aparatı ixtira edərək onunla osteosintez üsullarını işləyib hazırlamışdır.

2000-ci ildən bu günə qədər Azərbaycan Tibb Universitetinin nəzdindəki D03.011 Dissertasiya Şurasının üzvüdür. 2 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür. 2004-cü ildən SİCOT\SİROT-un (Beynəlxalq Elmi ortoped-travmatoloq cərrahlar cəmiyyətının-Brüssel) üzvüdür.

2006-cı ildən hal-hazıra qədər Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya institutunun travmatologiya bölməsinin elmi rəhbəri həmçinin Azərbaycanda İlizarov üsulunun elmi əsaslarla tətbiqi və onun geniş yayılmasının təşkilatçısıdır.

2010-cu ildə professor elmi adına layiq görülüb.

Təltif və mükafatları

2 noyabr 2000-ci ildə Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Fərmanı (№ 416) ilə Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərinə görə Canbaxışov Qələndər Surxay oğlu “Əməkdar həkim” fəxri adı ilə təltif edilmişdir

10 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyininn 129-K saylı əmri ilə Elmi Tədqiqat travmatologiya və ortopediya institunun yaradılmasının 70 illik yubileyi ilə əlaqədar olaraq qüsursuz və səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişdir.

Əsas elmi işləri

  • Джанбахишов Г.С. Особенности послеоперационного течения у больных ахондроплазией при одновременном удлинении обеих голеней на двух уровнях по Илизарову //Областная медико-биологическая конференция молодых ученых и специалистов: Тез. докл. – Курган, 1987. – С.22-23.

  • Джанбахишов, Г. С. Одновременное удлинение обеих голеней по Илизарову у больных ахондроплазией, как первый этап увеличения роста : дис… канд. мед. наук / Г. С. Джанбахишов. – Курган, 1989. – 148 с.

  • Джанбахишов, Г. С. Одновременное удлинение обеих голеней по Илизарову у больных ахондроплазией, как первый этап увеличения роста: автореф. дис. канд. мед. наук / Г. С. Джанбахишов; РНЦ «ВТО» им. акд. Г. А. Илизарова. Курган, 1989. – 23 с. [1]

  • Ахондроплазия. Билокальный дистракционный остеосинтез голени: пособие для врачей / МЗ РФ. РНЦ “ВТО”; сост.: А.В. Попков, Е.В. Диндиберя, А.А. Щукин, Г.С. Джанбахишов. – Курган, 1998. – 24 с.

  • Увеличение роста у больных ахондроплазией с восстановлением пропорциональности тела методом дистракционного остеосинтеза: автореф. дис. … д-ра мед. наук / Г. С. Джанбахишов ; Перм. гос. мед. академия. – Пермь , 1999. – 33 с.

  • Ахондроплазия-руководство для врачей – Москва: Медицина, 2001. – 352с. (həmmüəllif.);

  • Bud sümüyünün diafizar sınıqlarının müalicəsində yeni yivli mil aparatının tətbiqi.//Azərbaycan Tibb Jurnalı, 2005, №1, s.122-124;

  • Лечение переломов диафиза бедренной кости стержневым аппаратом нашей конструкции.//Современные технологии в травматологии и ортопедии.- сб. тезисов Всероссийской науч.-практ.конференции.- Москва, 17-18 мая 2005., с.117-118. (с соавт);

  • Джанбaхишов Г.С. Лечение переломов диафиза бедренной кости стержневым аппаратом нашей конструкции [Текст] / Г.С. Джанбaхишов, А.Г. Гахраманов, В.Н. Махмудов: сб. тезисов «Современные технологии в травматологии и ортопедии». — Москва, 2005. — С. 117–118.

  • Principles of external osteosynthesis of multiple lower limbs fractures.//SIKOT/SIROT 2005 XXIII World Congress. 2-9 September, 2005. Istanbul, Turkey. p. 148. (həmmüəllif.).

  • The use of the pin device of our Design for treatment of Femoral shaft fractupes //5-th Meeting of the A.S.A.M.I. international program and abstract Book St. Petersburg. 2008. p. 230-231

  • Оптимальное применение аппаратов внешней фиксации при лечении множественних переломов нижних конечностей// Экспериментальная и клиническая медицина. 2009. №4(48). с.36-40.

  • Лечение билатеральных переломов бедренных костей аппаратами наружной фиксации. Г.С. Джанбахишов, Ш.Б. Акберов. «Ортопедия, травматология и протезирование» 2010, No 2: 81–82. ISSN 0030-5987

  • Джанбахишов Г.С. Наш опыт остеосинтеза чрезвертельных и подвертельных переломов бедренной кости стержневыми аппаратами наружной фиксации у лиц пожилого возраста / Г.С. Джанбахишов, Р.Р. Талышинский, Ш.Ш. Гаджиев, И.Ф. Агабеков // Літопис травматології та ортопедії. – 2012. – № 1-2. – С. 161-163. – Режим доступу: http://nbuv.gov.ua/UJRN/Lto_2012_1-2_47.

İş yeri: Azərbaycan SN. Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu
Əlaqə tel: (+994) 050 210-92-53


VİDEO – T.e.d. Qələndər Canbaxışov. Bud-çanaq çıxıqları
VİDEO – Travmatoloq-ortoped.Qələndər Canbaxışov. T.e.d. SINIQLAR VƏ TRAVMALAR
VİDEO – Travmatoloq-ortoped.Qələndər Canbaxışov. T.e.d. SINIQLAR VƏ TRAVMALAR. Növbəti hissə

Cəmil Əliyev 
Əhliman Əmiraslanov.
Rəşad Mahmudov
Gəray Gəraybəyli
Nazim Qasımov 
Sahib Musayev
Qələndər  Canbaxışov
Vaqif Bilas oğlu Şadlinski
Çingiz Rəhimov
Yunis Yusifov
Nuru Bayramov
Musa Qəniyev
Surxay Novruz oğlu Musayev
Vaqif Qələndər
Qalib Şalon oğlu Qarayev
Yaşar Cəlilov
Xaləddin Musayev

Facebook Comments