VAQİF ŞADLİNSKİ TİBB ELMLƏRİ DOKTORU, PROFESSOR, ƏMƏKDAR ELM XADİMİ

Ə.e.x., t.e.d., Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor ATU İnsan anatomiyası kafedrasının müdiri Şadlinski Vaqif Bilas oğlu

Təhsil və İş təcrübəsi:

Vaqıf Bilas oğlu Şadlinski 1940-cı ilin yanvar ayının 24-də qədim Azərbaycan torpağı olan indiki Ermənistanın Vedi rayonunda ziyalı ailəsində anadan olub.
Məhşur Şadlinskilər nəslinin layiqli nümayəndələrindən biridir.
1948-50-ci illərdə çoxsaylı Azərbaycanlı ailələr erməni daşnakları tərəfindən dədə-baba yurdundan deportasiyaya uğradılan zaman V.B. Şadlinski ailə üzvləri ilə birlikdə Azərbaycanın Şəmkir rayonunun Leninkənd qə¬sə¬¬bə¬sində məskunlaşmışdır. O, 1959-cu ildə Leninkənd orta məktəbini bitirdikdən sonra ordu sıralarında hərbi xidmətdə olmuş, bölmə komandiri vəzifə¬sində çalışmışdır. Ordudan tərxis olunduqdan sonra 1962-63-cü illərdə Şəmkir rayonunun Həzi Aslanov kolxozunda sürücü vəzifəsində çalışmışdır.
1963-1968-ci illər. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsində tələbə olub.
V.B. Şadlinski 1963-cü ildə müvəffəqiyyətlə qəbul imtahanı verərək, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutiunun stomatologiya fakültəsinə daxıl olmuşdur. O, hələ ali təhsil alarkən özünü istedadlı və bacarıqlı tələbə kimi göstərərək müəllim və tələbələrin hörmətini qazanmışdır. V.B. Şadlinski 1964 – cü ildə ATİ – nun 3 saylı tələbə yataq¬xanası üzrə tələbə şurasının sədri, 1965-ci ildə fakültə tələbə həmkarlar şurasının sədri, 1966-cı ildə isə İnstitut Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışmışdır. V.B.Şadlinski 1967-ci ildə institut partiya komitəsi bürosunun və Respublika Tibb İşçiləri Həmkarlar İttifaqı Komitəsinin üzvü, həmçinin Ümumittifaq Həmkarlar İttifaqı İşçilərinin X qurultayına nümayəndə seçilmişdir.
2009-Türkiyə Respublikası Uluslararası Araşdırmalar Akademiyasının üzvü və həmin akademiyanın qızıl medalına layiq görülüb.
12.04.2009- BMT-nın təltiflər şurası tərəfindən I dərəcəli Hippokrat ordeni ilə təltif olunub.
10.07.2009-Avropa Təbiət Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
2009- Avropa Təbiət Elmlər Akademiyasının Rəyasət heyəti tərəfindən Albert Şveytser adına Gümüş medala layiq görülüb.
04.06.2010- Avropa Elmi Cəmiyyətlərinin Rəyasət heyəti tərəfindən elm sahəsinə avəzsiz töhfəsinə görə Hannover şəhərində Avropanın Fəxri Alimi diplomuna və Robert Kox adına medalla təltif olunmuşdur.
 V.B.Şadlinski Şərq aləmində ilk anatomiya atlasının, Tibb Universitetinin  müxtəlif fakültələri üçün Azərbaycan  və rus dillərində  anatomiya dərsliklərinin, anatomik  terminologiya kitabının, 18 dərslik,  22 dərs və tədris-metodik vəsaitin, 11 monoqrafiyanın, 350-dən artıq elmi, 50 elmi-publisistik  məqalənin müəllifidir. V.B.Şadlinski 6 doktorluq və 10 namizədlik işinin  elmi məsləhətçisi və rəhbə­ridir.
Respublikanın əməkdar həkimi, Rusiya Tibb  Elmləri Akademiyasının həqiqi üzvü, Avropa patoloqlar, Qara dəniz və Baltikyanı  ölkələrin, Anatomlar Cəmiyyətinin idarə Heyətinin üzvü, YUNESKO-nun nəzdində Beynəlxalq Kadrlar Akademiyasının anatomiya professoru, Azərbaycan Morfoloqlar Cəmiyyətinin sədri, Beynəlxalq Morfoloqlar Assosiasiyasının Koordinasiya Şurasının üzvü, Türk dünyası araşdırmaları Elmlər Akademiyasının akademiki, “Hippokrat” ordeni, “Qızıl Qələm” laureatı, Morfologiya” (Rusiya Federasiyası), “Sağlamlıq” (Azərbaycan) jurnallarının redaksiya heyətinin, Avropa Təbiət Elmləri Akademiyasının üzvüdür. Professor Şadlinski, akademik  Y.Məmmədəliyev adına və H.Z.Tağıyev adına mükafatlarla və təhsildə uğurlarına görə  qızıl medalla təltif olunmuşdur.
10.06.2010- Azərbaycan Respublikasının Prezidenti nin sərəncamı ilə
Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.

ATU-da ANATOMİYA kafedrasının 100 illik yubiley tədbiri – Bakı. 2019. 10 Dekabr.
Şadlinskilər. Vaqif Şadlinski. “Şadlinskilər” kitabı
saglamTV. Məhşur Şadlinskilər nəslinin tarixi. Şadlı. Şadlinskilər. Vaqif Şadlinski.saglamTV. Vaqif Şadlinski. Professor. ATU İnsan Anatomiyası kafedrası.
Vaqif Şadlinski – Kitabları – WIKIGALEREYA





Cəmil Əliyev 
Əhliman Əmiraslanov.
Rəşad Mahmudov
Gəray Gəraybəyli
Sahib Musayev
Qələndər  Canbaxışov
Vaqif Bilas oğlu Şadlinski
Çingiz Rəhimov
Yunis Yusifov
Nuru Bayramov
Musa Qəniyev
Surxay Novruz oğlu Musayev
Nəsib Cəfər oğlu Quliyev
Vaqif Qələndər
Qalib Şalon oğlu Qarayev
Yaşar Cəlilov
Xaləddin Musayev

Facebook Comments