Prof. T.E.D. Üz-çənə cərrahı, Professor, Tibb Elmləri Doktoru Yunis Yusubov
Həkim haqqında
Tibb elmləri doktoru, professor Yunis Əmiraslan oğlu Yusubov 1942-ci ildə anadan olub.
300-dən çox elmi işin, o cümlədən iki dərsliyin, üç kitabın, bir monoqrafiyanın (həmmüəllifi), 23 ixtiranın, 15 metodik tövsiyyə və metodik işləmələrin müəllifidir. 1999-cu ildən Beynəlxalq Üz-Çənə Cərrahlar Assosiasının, 1997-ci ildən Azərbaycan Stomotoloji Assosiasiya Şurasının üzvü və cərrahi stomatologiya bölməsinin rəhbəridir. 1996-cı ildə ilk dəfə olaraq Azərbaycan dilində cərrahi stomatologiya üzrə dərslik çap etdirib.
Professor Y.Ə. Yusubovun üz-çənə cərrahiyyəsində bir sıra yeni orijinal cərrahi üsullara patent almaqla gündəlik təcrübədə geniş tətbiq olunur.
Təhsil
O, 1964-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib.
1972-ci ildə Kiyev həkimləri Təkmilləşdirmə İstitutunun cərrahi stomatologiya kafedrasına aspiranturaya qəbul olub.
Kurslar
O, bir çox Beynəlxalq konfrans və konqreslərdə iştirak edib (Türkiyə 1997-2012-2013-2014, İran 2008-2010, İtaliya 2008, İspaniya 2013).
İş təcrübəsi
1975-ci ildə tibb elmləri namizədlik dissertasiyasını müdafiə edərək, Kiyev Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasında assistent işləyib.
1988-ci ildə Kiyevdə doktorluq dissertasiyasını müdafiə etdikdən sonra, 1989-cu ildə müsabiqə yolu ilə Azərbaycan Tibb İnstitutunun cərrahi stomatologiya kafedrasına professor vəzifəsinə seçilib.
Əməliyyatlar
Anadangəlmə dodaq və damaq yarıqları
Üz-çənə nahiyəsinin travmaları
Üz-çənə və boyun nahiyəsinin şişləri
Üz-çənə nahiyəsinin hemangiomaları anadangəlmə patalogiya olub, 75-80 % sifətdə rast gəlinir. Adətən bu törəmələr uşaq anadan olandan kiçik ölçülərdə, məhdud olur, uşaq böyüdükcə qısa müddətdə şışlər sürətlə böyüyərək sifətin bir neçə nahiyəsini əhatə edə bilər. Əfsuslar olsun ki, hal-hazırda da bu patalogiya ilə vaxtında həkimə müraciət olunmur, şiş daha da böyüyərək ağır fəsadlar verir. Bu patalogiyanın növündən,yerləşdiyi nahiyədən,uşağın somatik vəziyyətindən asılı olaraq müalicə sklerozlaşdırma və cərrahi yolla aparılır. Bu patalogiyanın aşkar olunduğu ilk günlərdən xəstənin ixtisasçı həkimə müraciət etməsi məsləhət görülür.
Yunis Yusubovla Əlaqə telefonu: +994 050 388 77 00
Dr.Yunis Yusubov -FOTOQALEREYA
Professor Yunis Yusifovun müəllifi olduğu kitablar
Professor Yunis Yusubovun patentləşdirdiyi elmi ixtiralar:
Sümükdaxili hemangiomanın müalicə üsulu Patenti
Qulaq seyvanı defektinin cərrahi müalicə üsulu
Alt çənə çıxıntısı sınıqlarının fiksasiyası Patenti
Çənənin oynaq çıxıntısı sınığının təsbit edilməsi üçün aparatın ixtirası Patenti
Hemostatik Sıxac Patenti
Cəmil Əliyev
Əhliman Əmiraslanov.
Rəşad Mahmudov
Gəray Gəraybəyli
Nazim Qasımov
Sahib Musayev
Qələndər Canbaxışov
Vaqif Bilas oğlu Şadlinski
Çingiz Rəhimov
Yunis Yusifov
Nuru Bayramov
Musa Qəniyev
Surxay Novruz oğlu Musayev
Nəsib Cəfər oğlu Quliyev
Vaqif Qələndər
Qalib Şalon oğlu Qarayev
Yaşar Cəlilov
Xaləddin Musayev
Facebook Comments